|
FaktXeber.com-un verdiyi məlumata görə, mütəxəssislər bəzi ailələrin uşaqlarına, ''bunu etsən hədiyyə alacağam'' dediyini, bunun əxlaqi normalara uyğun olmadığını bildiriblər.
Hər uşağın özünə xas bir dünyası var. Hər uşaq anadangəlmə üstün potensiala malikdir və öyrənmə həvəsi ilə doğulur. Uşağın anadangəlmə öyrənmə marağını, istək və arzularını, valideynlər, məktəb və cəmiyyət pozur.
Hər bir uşağın tətil etmək, gəzmək, əylənmək və oyun oynamaq haqqıdır. Ana və atalar, uşaqlarını mütləq nənə və babalarının yanlarına aparmalıdırlar. Bu çox əhəmiyyətlidir. Zəmanəmizdə nəsillər arası qopma yaşanır. Bu vəziyyət ciddi dəyərlərin pozulmasına, şəxsiyyətin formalaşmasında və özünü tanımada zəifliyə səbəb olur. Uşaqlar, ana və atalarından daha çox nənə, ata tərəfdən nənə və babalarını sevirlər. Uşaqlar, daha çox təsirlənirlər, onların sözünü daha çox dinləyirlər. Uşaqlar imkan olduqca mütləq idman və folklor fəaliyyətlərinə göndərilməlidir. Uşağını idmana göndərən ailələr, uşaqdan kubok, medal gözləməməlidir. İmkan yaradın, uşaq tək idman etsin. Həmçinin uşaqlar, həftədə bir kitab oxumağa da istiqamətləndirilməlidirlər.
İnternet, məktəb açıq olduğu vaxt qadağan edilib, tətil olduğunda isə tamamilə sərbəst buraxılmalıdır. Burada bir tarazlıq qurulmalıdır. İndiki vaxtda interneti heç istifadə etməmək də çox istifadə etmək də zərərlidir. İnternet 12 yaşına qədər ana və ata nəzarətində istifadə edilməlidir. Uşaqların "Facebook", "twitter" kimi ictimai şəbəkələrdə paylaşdığı fotolara da diqqət yetirilməlidir.
Uşaqları yaxşı işlər görməyə, dərslərini yaxşı oxumağa həvəsləndirmək üçün onlara hədiyyə almaq yaxşı addımdır. Amma bunu həmişə etmək olmaz. Birdə görərsiniz ki, uşaqınız bütün işlərini hədiyyəyə xatir edir. Hədiyyə almadıqda dərslərini oxumur, daha da dəcəllik edir. Uşaqlarımızı yaxşı işlərə təşviq edərkən bu incə nöqtələrə diqqət etməyimiz lazımdır.
Rübab
|