Qəzzaya yeni humanitar yardım flotiliyasının hazırlandığı bildirilir
31-05-2011 / 10:29
İstanbulda 1 il əvvəl «Azadlıq Donanması»nın tərkibində Qəzza Zolağına humanitar yardım aparan Türkiyənin «Mavi Mərmərə» gəmisinə İsrailin silahlı hücumunun 1-ci ildönümü qeyd olunub. İstanbulun Taksim meydanına yürüş edən yüzlərlə insan həmin hücumda həlak olan 9 sülh fəalının xatirəsini yad edib, həmin hücuma qarşı etiraz şüarları səsləndiriblər.
Aksiyanın təşkilatçıları yeni bir flotiliya ilə yola çıxmağa hazırlaşdıqlarını və 1 il əvvəl fələstinlilər üçün humanitar yardım gəmiləri ilə getməyə 500-600 nəfər müraciət etsə də, qan töküldükdən sonra onların sayının 500 mini keçdiyini deyiblər. Aksiya iştirakçılarından bəzilərinin sözlərinə görə fələstinlilərin də hamı kimi eyni hüquqları var və İsrail fələstinlilərə evə, məktəbə, xəstəxanaya getmək üçün eyni hüquqları verməyincə onların yanında olacaqlar.
Analoji aksiya Ankarada İsrailin səfirliyi qarşısında da təşkil olunub. Həmin hücumda öldürülən şəxslərin şəkillərini tutan və Fələstin bayraqlarını dalğalandıran aksiya iştirakçıları şüarlar səsləndirib və sübh namazını orada qılmaq istəyiblər. Ancaq səfirlik binası qarşısında asayişi qoruyan polis əməkdaşlarının müdaxiləsindən sonra aksiya iştirakçıları yaxınlıqdakı parka üz tutublar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.