Fransız yazıçısı Kristine L'Heureux və rejissor Helene Desputauksun yaratdığı cizgi qəhrəmanı olan Kalyu (ya da orijinal adıyla Caillou) bütün dünyada 2-6 yaş arası uşaqlarda çox böyük maraqla bu cizgi filmini izləyir
23-05-2011 / 17:43
Fransız yazıçısı Kristine L'Heureux və rejissor Helene Desputauksun yaratdığı cizgi qəhrəmanı olan Kalyu (ya da orijinal adıyla Caillou) bütün dünyada 2-6 yaş arası uşaqlarda çox böyük maraqla bu cizgi filmini izləyir. Kalyu ilk dəfə Kanadada kitab şəklində nəşr olunmuş daha sonra isə artıq 11 ildir ki, dünya televiziyalarında cizgi film serialı kimi yayımlanır. İndi Kalyu, İsveçrədən Almaniyaya, İspaniyadan Dubaya kimi 50-dən çox ölkədə izlənilmə rekordları qırır və bütün dünyada məşhurdur.
Bir çox valideynlər uşaqlarının Caillou (Kalyu) fanatiki olmasından şikayətçidir. Kalyu cizgi filminin uşaqlarda necə təsiri qoyduğunu kiçik uşağı olan bütün ana və atalar təcrübə ediblər. Ana-atalar öz uşaqları üçün narahatdır!
Bir ana Kalyudan cizgi filminə baxandan sonra öz qızında müşahidə etdikləri mənfilikləri belə dilə gətirir:
1.Qaranlıqdan qorxmayan qızım, Kalyunun qaranlıqdan qorxması səhnəsini izlədiyi üçün qaranlıqdan qorxmağa başladı. Onu izləyəndən sonra qaranlıq otağa tək getməyə qorxdu.
2. Qocalıq və ölüm mövzusu olan serialarını izləyən bir dostumun qızı, bağçada tez-tez anasının qocaldığını və öldüyünü söyləməyə başlayıb. Atasına "sizin qocalmağınızı istəmirəm, heç vaxt ölməyin" - deyərək ağlayır.
3. Bağçaya getməyi çox sevən qızım, səhərlər ağlamağa başladıqdan bir neçə gün sonra ağlamadığı bir səhər "ana mən artıq dostlarımdan utanmıram" - deyərək məni təəccümləndirdi. Bir az düşündükdən və narahatlıqdan sonra bu yaxınlarda izlədiyi Kalyunun babasının dostuyla tanış olması və Kalyu babasının dostundan bir az utanmışdı" - cümləsi yadıma düşdü. Əvvəl soruşduğu amma mənim o an çox da fikir vermədiyim "ana utanmaq nədir, pis bir şeydir?" - sualı da yenə bu yaxınlarda gələn mövzuyla əlaqədar bir başqa sual idi. Hələlik Kalyu ilə macəralarımız bunlardır. Verdiyi mesajlar uşaqlar tərəfindən bu cür qəbul edilir? Yoxsa yalnız mənim qızım bu cür başa düşür? Hər halda artıq biz Kalyu cizgi filmini izləmirik.
Ananın bu narahatlığı ilə tatamilə razıyam. Bütün uşaqlar bu mesajları bu şəkildə qəbul edirlər. Kalyu kiçik uşaqların idealı olub. Kiçik yaşlı uşaqlar üçün bu qəhrəmanın etdiyi hər bir hərəkət doğru qəbul edilir. Onsuzda bu yaşda uşaqlar özləri kimi olan bir uşaqdan həyatı öyrənirlər. Lakin öyrəndikləri bu həyat həqiqəti əks etdirmir.
Kalyunun mənfi tərəfləri hansılardır?
Əvvəla Kalyu, uşaqlara fərqli mədəniyyət öyrədir. Cizgi filmində ilk diqqətimi çəkən mədəni fərqliliklərdir. Uşaq davamlı anasına və atasına təşəkkür edir. Əvvəla bizim mədəniyyətimizdə hər şey üçün ailə üzvlərinə təşəkkür edilmir. Bizim mentalitetimizdə gülümsəməyimiz təşəkkür əlamətidir. Təşəkkür etmək uşaq ilə ana-ata arasında məsafə yaradır. Bizim mədəniyyətimizdə sevgi bağı çox qüvvətlidir və fərdi bir cəmiyyət deyilik. Eyni zamanda mədəniyyətimizdə uşaqlarımız bu filmdə olduğu kimi addım atmaq üçün belə ana-atalarından icazə istəmir və müstəqil hərəkət edir. Kalyu az qala nəfəs almaq üçün də anasından, atasından icazə alır, hər şey üçün təşəkkür edir.
Kalyu elə şişirdiblər ki, elə bil yetkin uşaqdır. Bu isə normal hal deyil. Çünki biz uşaqlarımızın bir yetkin olmasını deyil, uşaq kimi davranmasını və uşaqlığını yaşamasını istəyirik. Cizgi filmi gənc ana-ata və 2 uşaqdan ibarət olan ailənin hekayəsindən ibarətdir. Lakin hər şey Kalyunun ətrafında fırlanır. Bacısının istəkləri, ailənin həyatı ikinci planda dayanır. Onun bacısı Rozi cizgi filmində sanki bir dekorasiya kimi istifadə edilib. Qardaşı Kalyunu xoşbəxt etmək üçün fiqur personaj kimidir. Cizgi filmi nağıl kitabı kimidir. Kalyudan başqa heç bir personaj hərəkət etmir. Kalyu və onunla əlaqədar qəhrəmanlar hərəkət edir və digər personajlar yalnız hekayə kitabının səhifəsi kimi hərəkətsiz və sadə qalır.
Kalyu cizgi filmində həqiqi bir ailə mühiti yoxdur
Ailə sonsuz xoşbəxtliyin yaşandığı yer deyil, cəmiyyətin ən kiçik quruluşudur. Yəni cəmiyyətdə olduğu kimi ailədə də anlaşılmazlıqlar ola bilər. Uşaq cəmiyyətdə olmadan əvvəl ailədə problem həll etmə bacarığını inkişaf etdirir. Lakin Kalyunun ailəsi elə xoşbəxt bir ailədir ki, hər şey həmişə yaxşı gedir. Daha doğrusu Kalyu xoşbəxt etmək üçün bütün ailə səfərbər olub. Ailədə problemlər Kalyunun xoşbəxt olacağı şəkildə həll edilir və həqiqəti əks etdirmir. Uşaq heç bir şəkildəməyus olmur və ya "xeyr" cavabı ilə qarşılaşmır. Kalyunun ən çılğın istəkləri belə razılıqla qarşılanılır. Ana-ata isə həmişə sakit, heç əsəbiləşmir. Mümkünmüdürmü ki, bir ana stersli olmasın. Arada bir də olsa, əsəbiləşmədsin? Təbii ki mümkün deyil.
Kalyunun tərbiyəvi tərəfi yoxdur, biznes tərəfi güclüdür
Cizgi filminin izlədiyim hissələrində təlimatçı bir tərəf tapa bilmədim. Uşaqlarımız gündəlik həyatı onsuz da yaşayaraq öyrənirlər. Bunları izləyərək öyrənməsinə ehtiyac yoxdur. Cizgi filmi bir şey öyrətməsindən çox, pis nümunə olur. Məsələn hətta Kalyunun nahar etməsi də böyük bir hadisəymiş kimi göstərilir. Valideynlərinin gözü həmişə Kalyunun üzərindədir, sanki onun üçün yaşayırlar. Bacısı isə nəvzişdən kənarda qalır. Uşaqlar valideynlərinə Kalyu oyuncaqları almaları üçün yalvarırlar. Hər yerdə Kalyu ilə əlaqədar əşyalar satılır və uşaqlar bunları almaq üçün hətta ağlayırlar. Bütün bu mənfilikləri yalnız bir neçə seriasını başa düşdüm. Hər hissədə fərqli mövzular işlənir və hər mövzu ayrı-ayrı analiz edilməlidir. Mövzuların təsiri ilə yazının başlanğıcında ananın öz qızındakı müşahidələrinə yer vermişdik. Buna bənzər nümunələri onsuzda uşaqlarınızda müşahidə edirik.
Valdeyinlərə təklifim Kalyu cizgi filmini uşaqlarına çox izlətdirməsinlər. Əgər uşaqlar davamlı olaraq Kalyunu izləsələr fanat olacaqlar və onun hər hərəkətini götürəcəklər. Bu isə övladlarımızın tərbiyəsində öz mənfi təsirini göstərəcək. Və gəlcəkdə sizdən daha çox tələbələri olacaqq. Çünki Kalyu fərqli mədəniyyəti əks etdirir. Cizgi qəhrəmanı həddən artıq şişirdilib və robotlaşdırılıb. Bu isə övladlarımızın psixologiyasına mənfi təsir göstərir.
Qeyd edək ki, bu cizgi filmi peyk antena və CD-lər vasitəsi ilə Azərbaycanda da yayımlanır. Artıq bu cizgi qəhrəmənaın oyuncaqları və aksesuarları ölkəmizdəki mağazalarda satılır. Mövzu gündəm mövzu olduğu üçün bu yazını oxucularımıza təqdim edirik. (Pedaqoq Sevil Yavuz )
Yaxsi bu cizgi filmine de baxmayaq, ona baxmayaq, buna baxmayaq, bes neye baxaq? Duzemelli cizgi filmi cekin ona baxaq
#FFFFFF">
Aynur
02-06-2011, 17:43
#FFFFFF">
Əvvəla salam, mən heç də sizinlə razı deyiləm, yazıq uşaq nəyə baxmalıdır ki,her uşaq bir cizgi filmindən bir şey götürür, mənim uşağım da şrekdən qorxur,təşəkkür edirəm
#FFFFFF">
Aynur
02-06-2011, 17:43
#FFFFFF">
Əksinə mənim uşağım Kayuya baxandan hər şeyi məndən icazə alıb götürür.
#FFFFFF">
ilkin ismayilov
22-06-2011, 17:43
#FFFFFF">
kayu yaxsi cizgi filmdir
#FFFFFF">
Gülay Rəhimli
27-08-2011, 17:43
#FFFFFF">
Məncə Caillou cizgi filminin heç bir mənfi təsiri yoxdur əksinə müsbət təsir göstərir.Məs:Mənim xalamqızım Kayunun təyyarəyə mindiyi bölümünə baxmısdı və təyyarəyə minəndə qorxmadı və deyim ki sadəcə 2 yasi var. Elə məndə Kayuya baxıram
#FFFFFF">
Sofiya Suri
05-10-2011, 17:43
#FFFFFF">
Salam. Caillou cizgi filmi haqda bu qeder menfi rey bildirmenizin sebebini anlamish deyilem. Butun verdishleri bu ve ya diger shekilde ushaqlara oyrede bilerik. Amma ushaq ucun en eylenceli yol cizgi filmdir. Dish fircalamaq,otaginda seliqe-sehmana gore mesuliyyet dashimaq, oyuncaqlari ile en dogru shekilde oynamaq,oyun yoldashlari ile paylasharaq oynamaq ve bashqa bu kimi ehemiyyetli verdishleri mehz bu cizgi filminden eylenceli shekilde menimseyirler. Mence ushagin teribiyesi ailede ne yonde qurulubsa, baxdigi ve gorduyu her sheyden mehz oyonde faydalana bilecek.
#FFFFFF">
Leyla
07-05-2012, 17:43
#FFFFFF">
Mən də sizinlə razı deyiləmş İndiki cizgi filmləri arasında bu cizgi filmi daha tərbiyəvi daha müsbət yönümlüdürş
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.