“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Xəzər Universiteti ilə birlikdə “Türk dünyası arxeologiyası” mövzusunda elmi-praktik konfrans keçirir. Bu barədə FaktXeber.com-a “Miras” İctimai Birliyi Uşaq və Gənclərlə iş şöbəsinin rəhbəri Cəfər Mənsimi məlumat verib.
Məlumata görə, konfransın mayın 19-u saat 12-də Xəzər Universitetinin Neftçilər kampusunda keçirilməsi nəzərdə tutulur. Tədbirdə tarix elmləri doktoru, professor Qafar Cəbiyev “Azərbaycanda arxeoloji tədqiqatların ən yeni nəticələri”, “MİRAS” İctimai Birliyinin sədri, tarix elmləri namizədi Fariz Xəlilli “Ağsuda arxeoloji tədqiqatlar XVIII əsr türk tarixinin öyrənilməsində yeni mərhələdir”, Kazan Federal Universiteti Arxeologiya Muzeyinin əməkdaşı Alsu Nurətdinova “Tatarların arxeoloji irsi” mövzusunda məruzə edəcəklər.
Konfransda Xəzər Universitetinin müəllim və tələbə kollektivi, elm adamları və ziyalılar iştirak edəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.