Litva dövləti Rusisyanın gizli kəşfiyyat xidməti KGB-nin fəaliyyəti ilə bağlı sənədləri internetə yerləşdirib
13-05-2011 / 10:59
FaktXeber.com-un verdiyi məlumata görə, Litva dövləti SSRİ dövründə Rusiyanın gizli kəşfiyyat idarəsi olan KGB-nin o dövrdəki fəaliyyəti ilə bağlı gizli sənədləri internetə yerləşdirib. Rusiyanın sovet imperiyası dövründə Litvada törətdiyi cinayətlərlə bağlı sənədlər, '"www.kgbveikla.lt" internet sayta yerləşdirilib. İnternetə yerləşdirilən məlumatlarla bağlı ictimaiyyətə məlumat verən Litvanın baş naziri Andrius Kubilius bildirib ki: "Uzun illərdir həqiqətlər gizli qalıb, çünki bunlar bir çox insanı narahat edirdi''.
Qeyd edək ki, sayta yerləşdirilən məlumatlarda 1960-1991-ci illərə aid 159 sənəd barədə məlumat verilir. Sənədlərin arasında 7 KGB liderinin bioqrafiyası da göstərilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.