Yazının XXXVII hissəsinə keçid
İsveçrədə olduğu kimi, Kanadanın da çirkli tərəfi vardır. Lakin Komitet 300 bunu kənar nəzərlərdən, 1913-cü ildə Böyük Bitaniyada qəbul olunmuş qanundan sözbəsöz köçürülən, “Rəsmi sirrlər haqqında Akt” maneəsi ilə yaxşıca gizlətmişdir. Narkotiklər, çirkli pulların yuyulması, cinayətlər və reket – bütün bunların üstü bu biabırçı aktla örtülmüşdür.
Çoxlarına məlum deyil ki, Taxt-tacın agentləri tərəfindən ürəkləri istəyən şəkildə interpretasiya oluna bilən “Rəsmi sirrlər haqqında Akt” üzrə ittiham olunanlara hətta ölüm hökmü də kəsilə bilər və 1980-ci ildən başlayaraq mən bununla bağlı dəfələrlə çıxış etmişəm.
Kanada Cənubi Afrika və ya Hollandiya, və yaxud da Belçikaya bənzər millət deyil; Kanada həmişə İngiltərə kraliçasının önlüyünün bağlarına bağlı vəziyyətdə olub və indi də bu vəziyyətdə qalmaqdadır. Biz müəyyən edə bildik ki, Kraliça Yelizavetanın arzularının yerinə yetirilməsi işində Kanada həmişə hamıdan irəlidə gedir. Kanadanın qoşunları, Bur müharibəsi də (1899-1902-cü illər) daxil olmaqla, Ülyahəzrət Kraliçanın apardığı bütün müharibələrdə iştirak etmişdir.
Amerikadakı analoqu kimi, “Kanada Beynəlxalq İşlər İnstitutu” da “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”nun kreaturasıdır və Kanadanın siyasətini idarə edir. 1925-ci ildə bu institutun əsası qoyulan vaxtdan etibarən Kanadanın Dövlət Katibi postunu onun üzvləri tutur. Perl Harbora hücuma şərait yaratmış idarə olan “Sakit okean Münasibətləri İnstitutu” Kanadada razılıqla qəbul edildi. Bu hadisə Ouen Lattimor (Owen Lattimore) və onun əməkdaşlarına qarşı 1947-ci ildə dövlətə xəyanət ittihamı irəli sürüləndən və onlar məhkəmə qarşısına gətirilmələrini gözləməyərək Birləşmiş Ştatları tərk edəndən sonra baş vermişdi.
“Kanada Beynəlxalq İşlər İnstitutu”, İkinci Dünya Müharibəsinin sonunda Mİ-6-da ikinci adam olan Ser Kennet Stronq vasitəsilə “Rank Organization” ilə bağlıdır. “Müqəddəs İonn İerusalimski Ordeni”-nin üzvü olaraq, Ser Kennet Stronq Kanadada “Rank Organization” və Böyük Britaniya taxt-tacının kommersiya maraqlarına nəzərən ikinci adamdır. O, “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” bankından sonra ən inkişaf etmiş narkobanklardan biri olan “Bank of Nova Scotia” (“Yeni Şotlandiyanın Bankı”) bankının Direktorlar Şurasının üzvüdür. Kanadada heroin ticarətindən gələn pullar bu bank vasitəsilə yuyulur.
Kanadada bir nömrəli adam isə “Müqəddəs İonn İerusalimski Ordeni”-nin yüksək dərəcəli üzvü Ser Brayan Edvard Mauntindir. Burada xatırlatmaq yerinə düşərdi ki, Böyük Britaniya İkinci Dünya Müharibəsinə Birləşmiş Ştatların qoşulmasını istəyəndə, müvafiq əmri çatdırmaq üşün Prezident Ruzveltlə görüşə Lord Biverbruk və Ser Brayan Mauntin göndərilmişdi. Ruzvelt tabe oldu və ABŞ Hərbi-Dəniz Qüvvələrinə hərbi əməliyyatları Qrenlandiyadakı hərbi bazadan başlamaq əmrini verdi – Perl Harbordan doqquz ay əvvəl Almaniyanın sualtı gəmilərinə hücumlar məhz buradan həyata keçirilirdi. Bu, Konqresi xəbərdar etmədən və onun razılığı olmadan edilmişdi.
Kanada ilə “Rank Orqanization” arasında qarşılıqlı münasibətlərdə daha bir əhəmiyyətli ad, “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” bankının Kanadada ekvivalenti, narkopulların yuyulması çirkabına batmış “Bank of Nova Scotia” bankının Direktorlar Şurasının üzvü Ser Kennet Keyt idi. Başqaları kimi o, da Londonun qocaman qəzetləri olan “Tayms” və “Sandi Tayms” qəzetlərinin Direktorlar Şurasına daxil idi. “Tayms” artıq 100 ildən çoxdur ki, xarici siyasətdə, maliyyə işlərində və İngiltərənin siyasi həyatında kral ruporudur.
Ser Kennet nominal olaraq üzvü olduğu “Kanada Beynəlxalq İşlər İnstitutunun” adından çıxış edərək, Komitet 300-ün bir çox üzvləri kimi, Mİ-6 ilə Honkonq və Çindən tiryək göndərilməsinin idarə ierarxiyası arasında fırlanırdı. Üstəlik də, o, “Hill Samuel” bank evinin Direktorlar Şurasının üzvü olduğu üçün, ona tez-tez Honkonq və Çində olmağını izah etmək problem deyildi. Onun Mİ-6 dairəsindən kənarda ən yaxın əməkdaşlarından biri, Böyük Britaniyanın istər mühafizəkar, istərsə də leyboristlərdən olan bütün baş nazirləri üzərində Komitet 300 tərəfdən bilavasitə nəzarətçi olan Ser Filipp de Zuleta (Sir Philip de Zuleta) idi. Ser Kennet Stronqun narkotiklərlə əlqəli olan bütün hər şeyə, o cümlədən də terrorizmə, tiryək istehsalına, qızıl bazarlarına, çirkli pulların yuyulmasına və bütün narkobiznesin mərkəzi – Böyük Britaniya taxt-tacının bank əməliyyatlarına aidiyyatı vardır.
Böyük Britaniya taxt-tacının Kanada üzərində nəzarəti Ser Uolter Qordonun (Walter Gordon) rəhbərliyi altında həyata keçirilir. Kraliçanın şəxsi nəzarət kontorunun – bu, həm də “Məxfi Şura” (Privy Council) kimi tanınır - keçmiş üzvü olan Qordon “Sakit okean Münasibətləri İnstitutunu” “Kanada Beynəlxalq İşlər İnstitutu” vasitəsilə dəstəkləyirdi. Keçmiş maliyyə naziri olan Qordon Komitet 300-ün seçdiyi mühasibatçıları və vəkilləri ölkənin əsas üç bankına – “Bank of Nova Scotia”, “Canadian Imperial Bank” və “Toronto Dominion Bank” – işə qəbul etdirə bilmişdi.
Çirkli narkopulların yuyulması üzrə, birbaşa Çinə giriş kanalı olan, əməliyyatlar arasında həcminə görə ikinci yeri tutan əməliyyatı Komitet 300-ün Qordona tabe olan cəsuslar şəbəkəsi bu üç “taxt-tac bankı” vasitəsilə koordinasiya edirdi. Qordon ölən gününə qədər Ceyms Endikotta (James Endicott), Çester Ronninqə (Chester Ronning) və Pol Linnə (Paul Linn) nəzarət edib. Mİ-6 bu adamları Kanadada “Çin üzrə ən yaxşı mütəxəssis” kimi müəyyən etmişdi. Onların hər üçü Çjou En Layla sıx işləyirdilər. Necə olmuşdusa, Çjou En Lay Kamal Əbdul Nəsirə demişdi ki, o, Böyük Britaniya və ABŞ-ın başına, onların Çinlə etdiyini gətirərdi, yəni, onları heroin narkomanı millətinə çevirərdi. Vyetnamda amerikalı əsgərlərdən başlayan Çjou En Lay öz vədini demək olar yerinə yetirdi. Kanadanın heroin-narkotika halqasında başqa bir fəal əməkdaş Con V. Cilmer (John D. Gilmer) və Con Robert Nikolson (John Robert Nicholson) idi. Onların hər ikisi “Müqəddəs İonn İerusalimski Ordeninin” üzvüdür.
Lord Hartli Şoukross - “Beynəlxalq İşlər üzrə Kral İnstitutunun” Direktorlar Şurasının üzvü və Susseks Universitetinin – yaxşı ad çıxarmayan “Tavistok İnsan Münasibətləri İnstitutu” burada yerləşir - fəxri rektoru olub və Kanada ilə sıx bağlı idi. Ehtimal edirlər ki, o, bilavasitə Kraliça II Yelizavetaya tabe olurdu.
“Rank Organization” korporasiyasının ABŞ-da keçirdiyi əməliyyatlara gəlincə, bunlardan ən müvəffəqiyyətlisini “Metropolitan Life Insurance Company” və “New York Life Insurance Company” sığorta şirkətlərinin mülkiyyətçisi olan “Corning Group” kompaniyasının fəaliyyətini hesab etmək olar. Komitet 300-ün üzvləri olan Amori Houton (Amory Houghton) və onun qardaşı Ceyms Houton (James Houghton) adları çəkilən sığorta şirkətləri, eləcə də “Corning Glass”, “Dow Corning” və “Corning International” vasitəsilə artıq çox uzun müddətdir ki, Böyük Britaniya taxt-tacına xidmət edirlər. Onların hər ikisi “İBM” və “Citiqrupun” Direktorlar Şurasının üzvüdür. Ceyms Houton “Priston Ən Yeni Tədqiqatlar İnstitutunun” (“Princeton Institute for Advanced Studies”), eləcə də “Kral Beynəlxalq İşlər İnstitutu” və “Beynəlxalq Münasibətlər üzrə Şuranın” dayağı hesab eilən “C. Pyerpont Morqan Kitabxanasının” (“J. Pierpont Morgan Library”) Direktorlar Şurasının üzvü, həmçinin də CBS telekompaniyasının direktorlarından biridir.
Merilend ştatında “Uayi Plantasiyası” kimi tanınan yüzlərlə akr sahəni Böyük Britaniya taxt-tacının “Aspen Humanitar Tədqiqatlar İnstitutuna” məhz Houton qardaşlarından biri hədiyyə etmişdi. “Corning Glass” kompaniyasının İdarə Heyətində həmçinin də Bostonun Anqlikan (yepiskopal) Kilsəsinin yepiskopu da əyləşmişdir. Bütün bunlar bu qrupa, sığorta şirkətlərinin icraçı məmurlarına xas olan təkəbbürlü görkəm verir. Aşağıda biz görəcəyik ki, Ceyms Houtonla yanaşı, Keyt Fanston və Con Harper də - onların hər ikisi “Corning Glass” kompaniyasının İdarə Heyətində təmsil olunub – “Metropolitan Life Insurance Company” sığorta şirkətini idarə edənlərin arasındadırlar.
Komitet 300-ün təkcə bu strukturunun bir-birinə sıx nüfuz etməsi və bir-biri ilə sıx qarşılıqlı əməkdaşlığı sui-qəsdçilər ierarxiyasının sərəncamında olan və hamının, o cümlədən də Birləşmiş Ştatlar prezidentinin qarşısında diz çökdüyü hakimiyyətin nəhəngliyi barədə təsəvvür yaradır.
YÜZLƏRLƏ kompaniyadan biri olan bu Amerika şirkətinin – Birləşmiş Ştatların biznes və siyasətinin bütün aspektlərinə daxil olmağa can atan kompaniyaların funksionerləri və rəhbərlərnin bütöv şəbəkəsi haqqında hələ heç danışmırıq – Böyük Britaniya kəşfiyyatı ilə qarşılıqlı sıx əlaqə şəraitində Kanadada, Uzaq Şərqdə və Cənubi Afrikada işləri necə həyata keçirdiyini qeyd etmək vacibdir.
“Metropolitan Life Insurance Company” kompaniyası Komitet 300-ün nəhəngi - “Assicurazioni Generale” ilə müqayisə oluna bilməz. Lakin, bununla belə, bu kompaniya, Houtonun hakimiyyətinin ABŞ və Kanadanın bütün işgüzar spektrinə nə dərəcədə bərqərar olduğunu parlaq surətdə nümayiş etdirir. Houtonun təsir dairəsi “R. H. Masy” (sıravi işçiləri kompaniyanın kommunizmin təəssübkeşi olduğunun əlaməti kimi qırmızı bant artıq gəzdirmirlər), “the Royal Bank of Canada”, “National and Westminster Bank”, “Intertel” (kinli və alçaq özəl kəşfiyyat agentliyi), “Canadian Pacific”, “The Reader's Digest” (sovet jurnalı), “RCA”, “AT&T”, “the Harvard Business School” (“Harvard Biznes Məktəbi”), “W. R. Grace Shipping Company”, “Ralston Purina Company”, “U.S. Steel”, “Irving Trust”, “Consolidated Edison of New York and ABC” və davam edərək, “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” bankına qədər sirayət edir.
“Rank Organization”nun ABŞ-da uğurlu kompaniyalarından biri də “Reliance Insurance Group” sığorta şirkətidir. “Strateji Bombardmanların Planlaşdirilması İdarəsi”nin tərkib hissəsi olaraq, “Reliance Insurance Group” “Tavistok İnsan Münasibətləri İnstitutunun” ABŞ-da tətbiq etdiyi beyinlərin yuyulması, ictimai rəyin formalaşdırılması, müşahidə, seçkilərin təşkili və sistemli təhlili üçün ilkin struktur bazanı təşkil edir. Mənzil-qərargahı Filadelfiya ştatında olan “Reliance Insurance Company” “Strateji Bombardmanların Planlaşdirilması İdarəsinə” Birləşmiş Ştatlarda xəyanətkar fəaliyyəti başlamağa imkan verən korporativ struktur yaratdı. Artıq 45 ildir ona qarşı qəddarcasına psixoloji müharibə aparıldığı isə Birləşmiş Ştatlar xalqının heç ağlına da gəlmir.
ABŞ-a qarçı aparılan bu müharibənin həlledici simalarından biri Komitet 300-ün “Wilkie, Farr and Gallagher” hüquq firmasından olan David Byalkin (David Bialkin) idi. Byalkin uzun illər ərzində “Antidiffamasion Liqa”-ya rəhbərlik edib. “Antidiffamasion Liqa” Böyük Britaniya kəşfiyyatının strukturudur. Onu ABŞ-da Mİ-6 təsis edib və burada “Antidiffamasion Liqaya” “Tavistokdan” olan Sual Ştaynberq (Saul Steinberg) və Erik Trist (Eric Trist) rəhbərlik edib. Sual Ştaynberq - London ailəsi olan Cekob Rotşildin nümayəndəsi və işgüzar tərəfdaşıdır.
“Reliance Corporation” – Eli Blek (Eli Black) Nyu-Yorkdakı göydələnin 44-cü mərtəbəsindən “yıxılandan” sonra onun yerini tutan Karl Lindnerin (Carl Lindner) doğma evi olmuşdu. “Reliance Corporation” Maks Fisberin (Max Fisber) rəhbərlik etdiyi Boston və Nyu Orleanda yerləşən çox güclü “United Fruit Company” kompaniyası ilə qarşılıqlı fəaliyyətdədir. Maks Fisberin özünü isə, sözün əsl mənasında, çirkabdan yumaq lazım gəlmişdi, çünki o, Detroytun cinayətkar dünyasının görkəmli fiquru idi. “United Fruit Company” artıq uzun müddətdir ki, ABŞ-a heroin və kokain gətirilməsi üçün kanal rolunu oynayır və bu, Kanadadan narkotiklərin ABŞ-a gətirilməsinə başçılıq edən “Rapid American Corporation” kompaniyasından olan Misbulam Riklisin təcrübəli rəhbərliyi altında həyata keçirilir. Xatırlatmaq lazımdır ki, bütün bunlar yalnız bircə, bir çox nisbətən xırda kompaniya və təşkilatla sıx bağlı olan, kompaniyanın bayrağı altında baş verir ki, onlar hamısı birlikdə Komitet 300-ün nəzarəti altında olan dəqiq toxunmuş vahid şəbəkəni təşkil edir.
“Reliance Group” baş kompaniyanın şöbəsidir və onun əsas vəzifəsi, birbaşa “Tavistok İnsan Münasibətləri İnstitutu” ilə bağlı olan “ictimai rəyin manipulyatorları” vasitəsilə Amerika xalqının beynini yumaqdan ibarətdir. “Leasco” assosiasiyalaşmış daha bir kompaniyadır və o “AT&T” (American Telephone & Telegraph), “Disclosure Incorporated”, “Western Union International”, “Imbucon Ltd.” və “Yankelovich, Skelly and White” kompaniyaları ilə sıx əməkdaşlıq edir.
Daniel Yankeloviç (Daniel Yankelovich) – ictimai rəyin yaradılması və seçkilərin keçirilməsi üzrə korporativ strukturun, Edvard Berneysdən (Edward Bernays) iqtbas gətirsək, “sosial, iqtisadi və siyasi həyatın problemləri üzrə rəy yaradan” nəhəng aparatın imperatorudur. Bu, indiyə qədər Səddam Hüseyn barədə heç nə eşitməyən və İraqın haradasa Yaxın Şərqdə yerləşdiyi baradə dumanlı təsəvvürləri olan amerikalıların əksəriyyətini gözünü qan tutmuş və İraqın bir millət kimi məhv edilməsini tələb edən adamlara çevirmiş elə həmin o nəhəng aparatdır.
Yankeloviç İkinci Dünya Müharibəsi dövründə topladığı biliklərin hamısını tam həcmdə istifadə etdi. Öz sahəsində Yankeloviçin tayı-bərabəri yoxdur və buna görədir ki, onlar ABC kompaniyasının keçirdiyi rəy sorğularının nəticələrində həmişə “ictimai rəyin” avanqardında gedirlər. Birləşmiş Ştatların əhalisi də, alman yaşayış kvartalları kimi, hədəfə çevrilmişdir, yalnız hücuma məruz qalan sağlam düşüncə və reallıq hissidir. Bu metodika, əlbəttə, müəyyən kəşfiyyat təşkilatlarının, o cümlədən də Mərkəzi Kəşfiyyat İdarəsinin standart hazırlıq proqramının bir hissəsini təşkil edir.
Yankeloviçin vəzifəsi Amerikanın milli dəyərlərini dağıtmaq və onları “Yeni eranın” – “Dolça Erasının” dəyərləri ilə əvəz etmək idi. Yankeloviç Komitet 300-ün ən əsas ictimai rəy yaradıcısı olduğu üçün o, şübhəsiz, öz işini parlaq surətdə yerinə yetirir.
Con Neysbitin (John Naisbitt) “Tendensiyalar haqqında Məruzə” işindən verəcəyimiz sitat, bu fəaliyyətdə hansı metodlardan istifadə olunduğu və hansı nəticələr gözləndiyini aydın göstərir. Neysbir prezident Lindon Consonun, “Eastman Kodak”, “IBM”, “Amercian Express”, “Siyasi Tədqiqatlar Mərkəzi”, “Chase Manhattan bank”, “General Motors”, “Louis Harris Polls” kompaniyalarının, Ağ Evin, “Həyatın Sığortalanması İnstitutu”-nun, “Amerika Qırmızı Xaçı”-nın, “Mobil Oil”, “British Petroleum” və Komitet 300-ün bir çox digər kompaniya və təşkilatlatrının müşaviri idi. Onun Mİ-6-nın “Tavistok İnsan Münasibətləri İnstitutu”-nun prosedurlarından götürülən metodologiyası unikal deyildi:
“Mən bizim metodologiyanı qısaca təsvir edim. Müştərilərimiz üçün “Tendensiyalar haqqında Məruzə” işlənib-hazırlanarkən biz əsas etibarilə lokal hadisə və davranışların monitorinqi sisteminə əsaslanırdıq. Bu cəmiyyətin nə dərəcədə “baş-ayaq” qurulduğu bizi bərk heyrətləndirdi, ona görə də biz Vaşinqtonda və ya Nyu-Yorkda baş verənləri yox, yerlərdə baş verənləri izləyirdik. Hadisələr Los-Ancelesdə, Tampda, Hartfordda, Viçitada, Portlenddə, San-Diyeqoda və Denverdə başlanır. “Baş-ayaq” çevrilmiş cəmiyyət nöqteyi-nəzərindən bu, çox vacibdir.
Həmin tendensiyaların müəyyən edilməsində istifadə olunan izləmə konsepsiyası öz başlanğıcını İkinci Dünya Müharibəsi dövründən götürür. O vaxt kəşfiyyatlardakı ekspertlər düşmən ölkələr haqqında elə informasiyanın əldə edilməsi metodunu tapmaq istəyirdilər ki, adətən bu cür informasiyanı ictimai rəy sorğularında alırlar. Pol Lazarfeldin (Paul Lazarsfeld) və Qorald Lasvellin (Harold Laswell) rəhbərliyi altında bu cəmiyyətlərdə baş verənlərin monitorinqi metodu işlənib-hazırlandı ki, bura həm də gündəlik mətbuatın məzmununun təhlili də daxil idi.
“İctimai şüurin vəziyyətinin monitorinqi üzrə bu metod kəşfiyyat xidmətlərinin ən sevimli metodu olaraq qalmaqda davam etsə də, bütün dünyada mətbuatın təhlil olunmasına ölkə hər il milyonlarla dollar xərcləyir... Cəmiyyətdə dəyişikliklərin monitorinqi üzrə bu sistemin belə yaxşı işləməsinin səbəbi bundan ibarətdir ki, qəzetlərdəki “xəbərlər bloku” - bu, bağlı, dəyişməz sistemdir. İqtisadi mülahizələrə görə qəzetlərdə xəbərlər bloku daimi dəyişməz ölçülərə malik olur.
Buna görə də xəbərlər blokunda nə isə yeni bir şey meydana çıxırsa, onun ölçülərinə müvafiq olaraq köhnə nə isə oradan yox olmalı və ya dəyişməlidir. Burada qapalı sistem daxilində məcburi seçim pronsipi işə düşür. Belə vəziyyətdə ictimai şüur həmişə ortaya atılan yeni “problemlərə” keçir və köhnələri tez unudur. Biz həm yeni “problemələri”, həm də cəmiyyətin artıq maraq dairəsində olmayan problemləri izləyirik.
Aşkar olan budur ki, bütövlükdə cəmiyyətlər insan fərdləri kimidir. Mən dəqiq sayını bilmirəm, lakin insan eyni vaxtda şüurunda yalnız müəyyən sayda problem və qayğı saxlaya bilər. Əgər yeni problem və qayğılar əlavə olunursa, onda bu vaxt köhnələr sadəcə olaraq sıxışdırılıb şüurdan çıxarılır. Biz amerikalılar üçün indiki anda nəyin aktual olduğunu və onların nədən imtina etdiklərini izləyirik.
Birləşmiş Ştatlar industrial cəmiyyətdən sürətlə informasiya cəmiyyətinə keçir və bunun nəticələri 19-cu əsrdə kənd təsərrüfatı cəmiyyətindən sənaye cəmiyyətinə keçidlə müqayisədə daha dərin olacaqdır. 1979-cu ildən başlayaraq ABŞ-da əsas peşə fəhlə və ya fermeri əvəz edən klerk işi oldu. Bu sonuncu təsbit özündə Birləşmiş Ştatların qısa tarixini ehtiva edir”.
Təsadüfi deyildir ki, Neysbit “Roma Klubu”-nun üzvü və Komitet 300-ün “ən yüksək funksionerlərindən” biridir. Həmçinin də o, “Yankelovich, Skelly and White” kompaniyasının baş vitse-prezidentləri siyahısına daxildir. Neysbitin məşğul olduğu iş tendensiyaların qabaqcadan göstərilməsi yox, onların YARADILMASIDIR. Birləşmiş Ştatların maşınqayırma sahəsindən başlayaraq ölkənin industrial bazasının necə dağıdıldığını biz artıq görmüşük. 1982-ci ildə mən “Polad industriyasının ölümü” adlı iş yazmışdım və orada bilirirdim ki, 1990-cı illərin ortalarında ABŞ-da polad istehsalı geriyə artıq yol olmayan nöqtəyə qədər aşağı düşəcək, avtomobil və evtikmə industriyası da onun yolu ilə gedəcəklər.
Bütün bunlar artıq baş vermişdir və bu gün şahidi olduğumuz heç də qeyri-kompetent iqtisadi siyasətin meydana çıxardığı müvəqqəti iqtisadi zəifləmə deyildir. Bizim industrial bazamızın şüurlu surətdə dağıdılması və ölkənin onurğa sütununu təşkil edən Amerikanın unikal orta sinfinin məhv edilməsidir ki, sonuncunun varlığı industrial inkişaf və sabit məşğulluqdan asılıdır.
Bu, ciddi surətdə 1991-ci ilin yanvarında başlanan iqtisadi tənəzzülün depressiyaya çevrilməsinin səbəblərindən biridir ki, bunun nəticəsində biz altmışıncı və yetmişinci illərdə dünyanın tanıdığı Birləşmiş Ştatları, ola bilsin, artıq heç vaxt görməyəcəyik. İqtisadiyyat, hər-halda 1995-1996-cı illərədək, Birləşmiş Ştatlar tənəzzül başlanan vaxtadək olduğundan tamamilə fərqli bir cəmiyyətə çevrilənə qədər depressiyadan çıxmayacaqdır.
İctimai rəyi yaradanlar Birləşmiş Ştatlara qarşı aparılan bu müharibədə heç də az rol oynamırlar; biz uzağagedən bu dəyişikliklərin həyata keçirilməsində Komitet 300-ün rolunu, eləcə də ictimai rəyin həmişə yalnız gözəgörünməz hökümətin siyasətini ifadə etməsi üçün sosial mühəndislərin sistemli analizi necə istifadə etdiklərini tədqiq etməliyik. Bütün bunlar necə və harada başlanmışdır?
Londonun Uaytholl küçəsində yerləşən Böyük Britaniya Müdafiə Nazirliyində toplayıb və öyrənə bildiyim Birinci Dünya Müharibəsinə aid olan sənədlərdən belə çıxır ki, Komitet 300 “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”-na hərbi informasiya ilə manipulyasiya etmək barədə tapşırıq vermişdi. Bu məsələ Lord Nortklifə (Lord Northcliffe), Lord Rotmerə (Lord Rothmere) və Mİ-6-nın “Beynəlxalq İşlər üzrə Kral İnstitutunda” agenti olan Arnold Toynbiyə (Arnold Toynbee) tapşırılmışdı. Lord Rotmerin ailəsi hökümətin müxtəlif niyyətlərinə dəstək verilməsi üçün istifadə olunan bir qəzetin sahibi idi və hesab edilirdi ki, bu qəzet ictimai rəyi, xüsusilə də müharibə əleyhdarlarının artmaqda olan sıralarında mövcud olan rəyi dəyişdirə biləcəkdir.
Layihə Vellinqton Hausda – bura Hersoq Uellskinin şərəfinə belə adlandırılmışdır - yerləşirdi. Rotmer və Nortklifə köməyə amerikalı mütəxəssislər, o cümlədən də Edvard Berneys və Uolter Lipmman verildi. Bu qrup müharibəyə kütləvi ictimai dəstəyin, xüsusilə də oğulları kütləvi şəkildə Flandriyada qırılmalı olan fəhlə sinfi arasında dəstəyin səfərbər edilməsi metodlarını işləyib-hazırlamaq üçün “beyin həmlələri” keçirirdi.
Lord Rotmerin qəzetini istifadə edərək ictimai şüurun manipulyasiyası üçün yeni metodlar sınaqdan çıxarılmışdı və təqribən 6 aydan sonra aydın oldu ki, bu metodlar kifayət qədər effektivdir. Tədqiqatçılar aydınlaşdırdılar ki, problem haqqında sadəcə rəy söyləməkdən fərqli olaraq, problemlə bağlı mülahizələri qəbul və problemi dərk etmək üçün qabiliyyətə əhalinin yalnız kiçik bir hissəsi malikdir. Lord Rotmerin sözlərinə görə, Böyük Britaniya əhalisinin 87 %-nin müharibəyə münasibəti məhz belə idi və bu prinsip yalnız müharibəyə münasibətdə deyil, ümumiyyətlə cvəmiyyətdə mövcud ola bilən istənilən problemə münasibətdə də özünü tamamilə doğruldur.
Beləliklə, irrasionallıq ictimai şüurun ən yüksək səviyyəsinə qaldırılmış oldu. Manipulyatorlar bunun üzərində oynamağa başladılar və bunda məqsəd istənilən vəziyyətdə insanın hərəkətlərini müəyyən edən reallıq hissini zəiflətmək və onu başqa istiqamətə yönəltməkdən ibarət idi. Müasir industrial cəmiyyətin problemləri nə qədər mürəkkəbləşirdisə, insanların şüurunu yayındırmaq və başqa istiqamətə yönəltmək getdikcə daha asan olurdu. Bunun nəticəsində biz elə bir vəziyyətə düşdük ki, fəndgir manipulyatorların insan kütlələrində yaratdıqları tamamilə motivsiz rəylər obyektiv elmi faktlar kimi qəbul olunmağa başladı.
SON.
Yaşar Əsədov
Redaksiyadan: "Komitet-300" artıq kitab şəklində çapdan çıxıb və Bakı şəhərinin "Əli və Nino" kitab mağazasında satılır. Qiyməti 7 manatdır.