Birinci Dünya müharibəsinin sonuncu veteranı 110 yaşında dünyasını dəyişdi
05-05-2011 / 10:47
FaktXeber.com-un verdiyi məlumata görə, Birinci Dünya müharibəsinin sonuncu qəhrəmanı, Avstraliyada yaşayan 110 yaşlı Klod Stenli Şul dünyasını dəyişib. O həmçinin hər iki dünya müharibəsində iştirak etmiş sonuncu şəxs veteran hesab edilirdi.
Veteran bu gün səhər Avstraliyanın qərbində yerləşən Pert şəhərindəki qocalar evində dünyasını dəyişib. Ölüm anına kimi Avstraliyanın ən yaşlı insanı sayılırdı və dünyanın yaçlılar siyasının onluğuna daxil edilmişdi.
Klod Şul 1901-ci ildə Böyük Britaniyada doğulmuşdu. O 1916-cı ildə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb və Birinci Dünya müharibəsində iştirak edib.
1926-cı ildə isə o, digər təcrübə matroslarla birgə Avstraliyanın hərbi flotuna mütəxəssis kimi göndərilirlər. Daha sonra isə həmişəlik bu ölkədə qalmağı qərarlaşdırır və Avstraliya hərbi flotunda xidmət edir. Məhz Avtraliya flotu ilə də o, İkinci Dünya müharibəsində iştirak edir.
1956-cı ildə hərbi xidmətini başa vuran Şul Avstraliyada həyatına davam edir. Evli olub. Özündən qabaq isə onun həyat yoldaşı və 3 uşağı dünyasını dəyişib. 11 nəvəsi və 22 nəticəsi olub. 108 yaşında kitab yazmağa başlayıb.
2011-ci ilin fevralında dünyasını dəyişmiş Birinci Dünya müharibəsi veteranı amerikalı Frenk Baklsdan sonra o, ən yaşlı veteran hesab olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.