ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
BAŞININ ORTASINDAN 2 METRLİK REYKA KEÇDİ | "XOCALI FACİƏSİNİ TÖRƏTMİŞ ERMƏNİSTAN RƏHBƏRLİYİNİN HÜZURUNA GEDƏNLƏRİ BAŞA DÜŞMÜRÜK" | "DİFFAMASİYA HAQQINDA QANUN"UN QƏBUL EDİLMƏSİ NƏ DƏRƏCƏDƏ REALDIR? | ALMANİYA BUNDESTAQININ DEPUTATI ACLIQ AKSİYASININ İŞTİRAKÇILARINA BAŞ ÇƏKİB | PƏNAH HÜSEYN ACLIQ AKSİYASINA BAŞLADI | ŞİMALİ KOREYADAN DƏHŞƏTLİ FAKT | İBRAHİM İBRAHİMLİ | İTALİYADA MƏKTƏBƏ HÜCUM OLUB: 1 ölü, 6 yaralı | RÜFƏT HACIBƏYLİ KARSERƏ SALINIB | İBRAHİM İBRAHİMLİ PREZİDENT ADMİNİSTRASİYASININ İTTİHAMLARINA CAVAB VERDİ |

Foto Xəbər
TƏYYARƏ PƏNCƏRƏSİNDƏN ÇİN MƏNZƏRƏSİ
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

QARABAĞ ALYANSI AZƏRBAYCAN HAKİMİYYƏTİ QARŞISINDA TƏLƏB QOYDU

"Bizə özünü unutmuş Azərbaycan yox, öz tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmış Azərbaycan

AİP LİDERİ MÖVSÜM SƏMƏDOV AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ

"Gərək evlərimizin qapılarına qara bağlayaraq, ailə və övladlarımızın üzünə çıxmayaq"

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ "GEY PARAD"LA ƏLAQƏDAR AÇIQLAMA VERDİ

"Rəsmi səviyyələrdən bizə məlumdur ki, Bakıda milli-mənəvi dəyərlərimizə zidd hər hansı aksiya keçirilməyə

VƏRƏMLİ ƏSGƏR HƏRBÇİLƏRƏ YEMƏK PAYLAYIR

"Ortancıl oğlum Şəfəqqətov Faiq isə 3 il vərəm xəstəliyindən müalicə alıb və hazırda Astara Rayon vərəm d

"EUROVİSİON" BARƏDƏ DAHA BİR DƏHŞƏTLİ FAKT!

"Xəstəxanalara xəstə qəbul etməmək tapşırığı verilib"

Sorğu

ÖLKƏMİZDƏ GEYPARADIN KEÇİRİLMƏSİNƏ NECƏ BAXIRSINIZ?

YAXŞI
FƏRQ ETMƏZ
BİABIRÇILIQDIR

Nəticələr

Ən Çox Oxunanlar

n BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ
n NAZİRLİK TELEFON ALMAQ İSTƏYƏNLƏRƏ MƏSLƏHƏT VERDİ
n BAŞININ ORTASINDAN 2 METRLİK REYKA KEÇDİ
n BU GÜNDƏN BAKININ MƏRKƏZİ KÜÇƏLƏRİ BAĞLANIR - (Siyahı)
n RUSLAN BƏŞİRLİ AÇIQLAMASI İLƏ KEÇMİŞ HƏYATINI İNKAR ETDİ
n OĞURLANMIŞ JURNALİSTİN CƏSƏDİ TAPILDI
n İSTANBUL BAKININ GÜNÜNƏ DÖNDÜ
n PUTİN "MUJİK"İ PREZİDENT NÜMAYƏNDƏSİ TƏYİN ETDİ
n ƏRDOĞANIN FOTOQRAFI ÖLDÜRÜLDÜ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
TAXT-TAC HƏR ŞEYƏ NAZARƏT EDİR (XXXVIII yazı)
 
 
Britaniya Taxt-tacı - bu, hər şeyin başlanğıcında duran nəzarət mərkəzidir


30-04-2011 / 13:47


Yazının XXXVII hissəsinə keçid

 

Bütün bu faktları necə təsdiq etmək olar? Bunların bir çoxunu işdə təsdiq etmək qeyri-mümkündür, çünki informasiyanın hamısı birbaşa kəşfiyyat xidmətlərinin dosyesindən götürülmüşdür. Lakin əməlli-başlı əziyyət çəksən, onda bu faktların heç olmasa bir hissəsini təsdiq edən çoxlu mənbə tapmaq olar. Bu iş özündə “Dan və Brodstrit korporasiyaları üzrə məlumat kitabı” (Dun and Broadstreet Reference Book of Corporations), “Standard and Poor's”  reytinq agentliyinin materialları, Böyük Britaniya və Amerikanın “Kim kimdir?” (“Who`s Who”) almanaxlarında üzüntülü axtarışları, eləcə də kəsişən adlar və onların korporativ əlaqələri ilə bağlı informasiyaların analizi üzrə gərgin çoxsaatlıq əmək ehtiva edəcəkdir.

Komitet 300-ün korporasiyaları, bankları və sığorta kompaniyaları fəaliyyət strategiyası və koordinasiyası sahəsində ağla gələ bilən bütün aspektlər üzrə vahid idarə və nəzarət altında fəaliyyət göstərir. Komitet – dünyada YEGANƏ təşkil olunmuş hakimiyyət ierarxiyasıdır və o, özlərini nə qədər güclü və müdafiə olunmuş hesab etsələr belə, bütün hökumətləri və şəxsiyyətləri üstələyir. O, maliyyə, müdafiə, eləcə də bütün çalarları və tipləri ehtiva edən siyasi partiyaları əhatə edir.

Elə bir təşkilat yoxdur ki, Komitet onun üzərində nəzarət qura bilməsin, özü də bu təşkil olunmuş dünyəvi dinlərə də aiddir. Deməli, bu, hakimiyyət mərkəzi Londonda və London Sitisinin maliyyə mərkəzlərində yerləşən hər şeyə qadir OLİMPİYAÇILAR QRUPUDUR. Onlar bütün mineralların, metalların və qiymətli daşların, kokain, tiryək və farmasevtik narkotiklərin mülkiyyətçisidir, hər cür kult və rok-musiqi onların nəzarəti altındadır. Britaniya Taxt-tacı – bu, hər şeyin başlanğıcında duran nəzarət mərkəzidir. Bir məsəldə deyildiyi kimi: “Hər bir kökədə onların barmağı var” (“They have a finger in every pie”).

Heç bir şübhə yoxdur ki, rabitə və telekommunikasiya sahələrinə sərt qaydada nəzarət olunur. RCA-ya qayıdaraq, biz, onun direktoratının Böyük Britaniya və Amerikanın tanınmış hökumət və ictimai xadimlərindən ibarət olduğunu, “Beynəlxalq Münasibətlər üzrə Şura” (CFR), NATO, “Roma Klubu”, “Üçtərəfli Komissiya”, Frankmasonçuluq, “Kəllə və sümüklər”, “Bilderbergerlər”, “Dəyirmi Masa”, “Milner Cəmiyyəti” və “İezuit-Aristotel Cəmiyyəti” (Jesuits-Aristotle Society) və s. bu kimi təşkilatlarda da mühüm postların elə onlar tərəfindən tutulduğunu aşkar edirik. Londona köçən David Sarnoff, həmin vaxtda isə Nyu-Yorkda RCA-nın binasına köçən Uilyam Stefenson da onların arasında idi.

Amerikanın əsas üç telekompaniyasının hər biri, xüsusilə də onlardan birincisi olan “National Broadcasting Company” (NBC = MYK, Milli Yayım Kompaniyası) RCA-nın əsasında meydana çıxmışdır. Ondan dərhal sonra 1951-ci ildə “American Broadcasting Company” (ABC = AYK, Amerika Yayım Kompaniyası) meydana çıxdı. Üçüncü iri televiziya kompaniyası “Columbia Broadcasting System” (CBS) oldu ki, onun bacı-kompaniyalarında olduğu kimi, burada da Böyük Britaniya kəşfiyyatı başçılıq edirdi və indi də başçılıq etməkdə davam edir. Uilyam Peyli (William Paley) beyinlərin kütləvi surətdə yuyulması texnikasına “Tavistok İnsan Münasibətləri İnstitutunda” yiyələnmişdir və yalnız bundan sonra o, CBS-nin rəhbəri olmaq üçün kifayət qədər kvalifikasiyalı mütəxəssis hesab olunmuşdur.

Birləşmiş Ştatlar xalqı bircə biləydi ki, bizim əsas televiziya kompaniyalarının verilişləri Böyük Britaniya senzurasına məruz qalır, onların verdikləri bütün informasiya isə əvvəl razılıq almaq üçün Londona göndərilir... Qeyd etmək maraqlı olardı ki, “Stenford Tədqiqat İnstitutu” tərəfindən yazılan və “Dolça Sui-Qəsdi” kimi tanınan “Tavistokun” kəşfiyyat xarakterli məruzəsinin maliyyələşdirilməsində hər üç televiziya kompaniyası iştirak etmişdir.

Əsas telekompaniyaların hər üçü Komitetdə təmsil olunmuşdur. Onların Nyu-York ştatının Roçester şəhərində yerləşən kütləvi kommunikasiyalar sahəsinin nəhəngi olan “Xerox Corporation” (“Kseroks Korporasiyası”) ilə sıx əlaqələri mövcuddur. “Xerox Corporation” kompaniyasının nümayəndəsi Robert M. Bek (Robert M. Beck) Komitetin üzvüdür. Bek həm də “Londonun Prudential Assurance Company Limited” kompaniyasının törəməsi olan “Prudential Life Insurance Company” şirkətinin direktorlarından biridir. “Xerox Corporation” kompaniyasının İdarə Heyətinə həm də “American Express Company” şirkətindən - bu şirkət “yol çekləri” vasitəsilə narkopulların yuyulmasının əsas kanallarından biridir - Hovard Klark (Howard Clark), ABŞ-ın keçmiş Maliyyə Naziri Uilyam Saymon (William Simon) və  Komitet üçün Panama kanalı müqavilələri haqqında danışıqları aparan Sol Linovits (Sol Linowitz) daxildir. Linovits Komitet üçün dəyərli adamdır, çünki o, “Marine Midland Bank” və “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” (HSBC) vasitəsilə narkopulların yuyulması üzrə çox böyük təcrübəyə malikdir.

“Kseroksun” Direktorlar Şurasının daha bir üzvü Robert Sproull (Robert Sproull) bununla çox böyük maraq doğurur ki, o, “Roçester Universiteti”nin direktoru olarkən, Mərkəzi Kəşfiyyat İdarəsi vasitəsilə iş görən “Tavistok İnsan Münasibətləri İnstitutuna” “MK-Ultra” adı altında LSD ilə 20 illik eksperiment proqramımın keçirilməsi üçün, universitetin otaqlarından və avadanlığından istifadə etməyə icazə vermişdi. ABŞ-ın başqa 85 universiteti də öz otaqlarını və avadanlığını eyni məqsədlə təqdim etmişdilər. Nəhəng ölçülərinə baxmayaraq, “Kseroks” “Rank Organization” – Londonda yerləşən kompaniyaların konqlomeratıdır və Kraliça Yelizavetanın ailəsinin üzvlərinin tam şəkildə nəzarəti altındadır – ilə müqayisədə cırtdana oxşayır. “Rank Organization” –  bu, Londonda yerləşən kompaniyaların konqlomeratıdır və Kraliça Yelizavetanın ailəsinin üzvlərinin tam nəzarəti altındadırr.

Aşağıda “Rank Organization” konqlomeratının Direktorlar Şurasının ən mühüm üzvlərinin adları çəkiləcəkdir ki, onlar həm də Komitet 300-ün üzvləridir:

Lord Helsbi (Lord Helsby), “Midland Bank”ın – narkopulların klirinq palatası – sədri. Helsbi həm də  “Imperial Group” və “Commercial Finance Corporation” kompaniyalarının Direktorlar Şursında postlar tutur.

Ser Arnold Frans (Sir Arnold France), London metropolitenini idarə edən “Tube Investments” kompaniyasının direktorudur. Frans həm də ABŞ-ın “Federal Ehtitat Sisteminə” daxil olan bankları sərt nəzarətdə saxlayan “İNGİLTƏRƏ BANKI”-nın direktorlarından biridir.

Ser Dennis Maunten (Sir Dennis Mountain), “Eagle Star” kimi qüdrətli qrupun sədri və kral ailəsinin maliyyə kompaniyalarından biri olan “English Property Corp” kompaniyasının direktorlarından biridir.

“Rank Organization” konqlomeratının Direktorlar Şurasının üzvlərindən biri çox hörmətli Anqus Ogilvidir (Angus Ogilvie). Şotland ritallı Masonluğun başçısı olan Hersoq Kentskinin bacısı Şahzadə Aleksandra ilə evlənən “Kompaniyalar Knyazı” Ogilvi, Kraliça Böyük Britaniyanı tərk edəndə onun əvəzində ölkədə qalan adamdır. Ogilvi həm də “İngiltərə Bankı”-nın direktorlarından biri və nəhəng “LONRHO” konqlomeratının sədridir. Rodeziyada Yan Smit rejimini məhz “LONRHO” kompaniyası sarsıtdı ki, Robert Muqabe onun yerini tutsun. Bunun bahası Rodeziyanın xrom yataqları idi ki, dünya bazarına çıxarılan xromun ən keyfiyyətlisi məhz burada hasil edilir.

Siril Hamilton (Cyril Hamilton), “Standard and Chartered Bank”-ın (Lord Milner və Sesil Rodsun qocaman bankı) direktoru və “İngiltərə Bankı”-nın İdarə Heyətinin üzvüdür. Hamilton həm də “Xerox Corporation”, “Malta International Banking Corporation” (“Malta Cangavərlərinin Bankı”) korporasiyalarının Direktorlar Şurasının üzvü, Cənubi Afrika ölkəsinin ən iri banklarından olan “Standard Bank”-ın direktorlarından biri, eləcə də “Banque Belge d'Afrique” bankının Direktorlar Şurasının üzvüdür.

Lord O'Brien (Lord O'Brien of Lotherby), “British Bankers Association” (“Britaniya Banklar Assosiasiyası”) bankının keçmiş prezidenti, nüfuzlu “Morgan Grenfell” investisiya bankının direktoru, “Prudential Assurance”-nin Direktorlar Şurasının üzvü, “J. P. Morgan Bankının”, “İngiltərə Bankının”, “Beynəlxalq Hesablaşmalar Bankının” Direktorlar Şurasının üzvü, həmçinin də  “Unilever” kimi nəhəng konqlomeratın Direktorlar Şurasının üzvüdür.

Ser Rey Cedds (Reay Geddes), avtomobil şinlərinin istehsalı üzrə nəhəng “Dunlop” və “Pirelli” kompaniyalarının Direktorlar Şurasının sədri, “Midland Bank” və “International Bankının” Direktorlar Şurasının üzvü, eləcə də “İngiltərə Bankının” Direktorlar Şurasının üzvüdür.

 Bu nüfuzlu adamların neçəsinin “İngiltərə Bankının” direktoru olduğuna qiqqət yetirin - bu, Amerikanın maliyyə siyasətinə asanlıqla nəzarət etməyə imkan verir.

Bu təşkilatların və idarələrin, kompaniya və bankların əksəriyyəti qarşılıqlı surətdə bir-biri ilə elə bir dərəcədə bağlıdır ki, onları bir-birindən ayırmaq demək olar mümkün deyil. RCA-nın Direktorlar Şurasında yer tutan “Atlantic Richfield” kompaniyasının prezidenti Tornton Bredşou (Thornton Bradshaw) həm də NATO-nun, “World Wildlife Fund”-un (“Vəhşi Təbiətin Ümumdünya Fondu”), “Roma Klubunun”, “Aspen Humanitar Tədqiqatlar İnstitutunun” və “Beynəlxalq Münasibətlər üzrə Şuranın” üzvüdür. Bredşou həm də NBC telekompaniyasının sədridir. RCA-nın ən mühüm funksiyası isə hələ də Böyük Britaniya kəşfiyyatının maraqlarına xidmət etməkdir.

Senator Makkartinin Mərkəzi Kəşfiyyat İdarəsinin fəaliyyətinin araşdırılması üzrə təzəcə başladığı təhqiqatın dayandırılmasında həlledici rolu məhz Komitet 300-ün oynadığı faktı geniş kütlələrə məlum deyildir. Əgər MakKarti bu işdə uğur qazana bilsəydi, onda, çox ola bilsin, Kennedi bu gün də sağ-salamat olardı.

MakKarti təhqiqat üzrə öz komissiyasına sorğu-sual üçün Uilyam Bandini (William Bundy) çağırmağa hazırlaşdığını bildirəndə, Vaşinqton və London bir-birinə dəydi. Əgər onu and altında ifadə verməyə məcbur etsəydilər, Bandi sına və Böyük Britaniyanın oliqarxik dairələri ilə onların ABŞ hökumətindəki kuzenləri (“kuzen” – dayı, xala, əmi və ya bibi uşağı. - tərc.) arasında mövcud olan “xüsusi münasibətləri” faş edə bilərdi.

Buna yol vermək olmazdı. “Beynəlxalq İşlər üzrə Kral İnstitutu”na Makkarti ilə qurtarmaq tapşırığı verildi. “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” Makkartiyə hücuma başçılıq etmək üçün Allen Dallesi - Böyük Britaniyanın dekadent cəmiyyətinə tamamilə valeh olan adamı - seçdi. Dalles Makkartinin işini Patrik Limana və Riçard Helmsə tapşırdı. MakKartiyə qarşı fəaliyyəti müqabilində Helms bir müddət sonra MKİ-nin direktoru postu qismində mükafat aldı.

Prezident Eyzenxauer MakKartinin MKİ-yə bu güclü hücumunu dəf etməyi, “Beynəlxalq Münasibətlər üzrə Şura”nın üzvü və London cəmiyyətinin sevimlisi General Mark Klarka (Mark Clark) tapşırdı. Klark “Agentliyin Fəaliyyətinin Araşdırılması üzrə Xüsusi Komitə”-nin yaradılmasının zəruri olduğunu bəyan edəndən sonra təşəbbüs MakKartinin əlindən alındı. “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” tərəfindən təlimatlandırılan Klark Konqresin Nəzarət Komissiyasına “hökumətin kəşfiyyat agentliklərini vaxtaşırı yoxlamağı” məsləhət gördü. Hər şey Amerika üçün dərin faciə və MakKartinin təsadüfən Komitet 300 və onun Birləşmiş Ştatların həyatının bütün aspektlərini idarə etməsi ilə rastlaşa biləcəyindən qorxan britaniyalıların qələbəsi ilə başa çatdı.

“Lehman Brothers” və “Kuhn Loeb's” banklarının keçmiş sədri Piter G. Peterson (Peter G. Peterson) Mİ-6-nın keçmiş şefi Uilyam Vaysmana xidmət etmişdi və Böyük Britaniyanın kpal dairələrində yad adam deyildi. Piterson Böyük Britaniya kəşfiyyatının daha bir filialı – “Aspen Humanitar Tədqiqatlar İnstitutu” ilə bağlıdır.

Con R. Petti (John R. Petty) Marine Midland Bank”-ın  prezidenti və Direktorlar Şurasının sədridir. Bu bankın narkotika ticarəti ilə əlaqəsi, “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” onun üzərində nəzarəti ələ alandan hələ çox-çox əvvəl qurulmuşdu. “Honkonq ənd Şanxay Bankinq Korporeyşn” bankı isə, çox guman, tiryək ticarətində bir nömrəli bankdır və bu mövqeni 1814-cü ildən tutur.

Lakin Komitet 300-ün mövcudluğuna dair mənim təklif edə biləcəyim ən yaxşı dəlil – bu, “Rank Organization” konqlomeratlarıdır ki, o, “Eagle Star”-la birlikdə, mahiyyət etibarilə, BRİTANİYA TAXT-TACI deməkdir. “Rank Organization” həm də Mİ-6-nın qara əməliyyatlar mərkəzidir. Komitet 300-ün bu iki kompaniyası Ülyahəzrət Kraliçanın dominionu olan Kanadaya tam şəkildə nəzarət edir və öz direktivlərinin həyata keçirilməsi üçün “saraya yaxın yəhudi” - Bronfmanlar ailəsindən istifadə edir.

Nominal olaraq Bronfman ailəsinin mülkiyyətində olan “Trizec Holdings” kompaniyası, əslində İngiltərə kraliçasının Kanadadakı mülkiyyətidir. Cənubi-Şərqi Asiyada bütün tiryək ticarəti bu və ya digər şəkildə Bronfman imperiyası ilə bağlıdır. Bu imperiya həm də heroinin Amerikaya gətirildiyi kanallardan biridir. Kanada müəyyən mənada İsverçrəyə bənzəyir – təmiz, ayaq dəyməyən qarlı landşaftlar, çox gözəl təbiət mənzərələri. Lakin bütün bunların altında genişmiqyaslı heroin ticarətinin çirkab və idbarlığından ibarət qalın təbəqə vardır.

Bronfmanlar – bu ailə Mİ-6-da “birinci eşelonun adamları” adlandırılan, müəyyən mənada, “şəbəkə qoruyucularıdır”. Onlara Londondan “kabinet adamları” (“deskmen” – hərfi tərcümə, “yazı masası adamları” – Mİ-6 kəşfiyyatçılarının mənzil-qərargahdan təşrif buyuran nəzarətçiləri müəyyən etmək üçün istifadə etdikləri jarqon ifadədir) nəzarət edir. Ailənin başçısı Edqar Brofman dəfələrlə “Moskvadakı mərkəzə” – Moskvada Dzerjinski meydanı, ev 2-də yerləşən KQB Baş İdarəsi Mİ-6-da üstüörtülü belə adlandırılırdı – göndərilmişdi.

Aşağı səviyyədə Moskva ilə kontaktlar üçün Bronfman, çox guman,  kifayət qədər faydalı adam idi. Bronfman heç vaxt Mİ-6-nın ştatlı agenti olmayıb və buna görə də heç vaxt fərdi “parolu” – agentlər arasında qarşılıqlı identifikasiya üçn açar-söz – olmayıb və bu da Bronfmanlar ailəsinin işgüzar başçısını bərk narahat edirdi. Belə bir mərhələ də olub ki, nəzarətçilər ailənin bəzi üzvlərinin özlərini şübhəli apardıqlarını guman edib, buna görə də ailəyə “baxanlar” (“watcher” – kəşfiyyatçılara məxsus jarqonda xarici müşahidə üzrə mütəxəssisləri ifadə edir) qoşulmuşdu. Lakin yalnız bu müəyyən edildi ki, Bronfmanlardan biri Birləşmiş Ştatlardan olan və Edqar Bronfmanın rolundan xəbəri olmayan “kuzenə” (Mİ-6-nın MKİ üçün termini) ağzından nə isə qaçırıbmış. Bu səhvi tez düzəltmək mümkün olmuşdu.

“Eagle Star” kompaniyasının iki direktoru – onlar da Mİ-6-nın həlledici əməkdaşlarından idi – Bronfmanlar ailəsini müharibə qurtarandan altı ay sonra nəzarət altına almışdı. Kitabın əvvəlində artıq rast gəldiyimiz Ser Kennet Keyt (Sir Kenneth Keith) və Ser Kennet Stronq (Sir Kenneth Strong) “Trizec Holdings” kompaniyasını təsis edərək Bronfmanlar ailəsini “qanuniləşdirdilər”. Özünün “birinci eşelonunun” fəaliyyətini kommersiya kompaniyaları vasitəsilə təşkil etmək sahəsində Mİ-6-nın dünyada tayı-bərabəri yoxdur.

 

Davamı var

Yaşar Əsədov


Redaksiyadan: "Komitet-300" artıq kitab şəklində çapdan çıxıb və Bakı şəhərinin "Əli və Nino" kitab mağazasında satılır. Qiyməti 7 manatdır.

 

 

 

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

14/05/2012 - 15:01 MKİ-nin VYETNAM ƏMƏLİYYATLARI

n

11/05/2012 - 17:33 "MƏKKƏNİ BOMBALAMAQ LAZIMDIR"

n

05/05/2012 - 14:16 MERLİN MONRO KQB AGENTİ İMİŞ

n

27/04/2012 - 17:54 "TİME" JURNALI BİN LADENİN SON SÖZLƏRİNİ DƏRC EDİB

n

26/03/2012 - 15:33 TURQUT ÖZALIN ÖLÜM SƏBƏBİ ARAŞDIRILIR

n

09/03/2012 - 13:15 CNN-nin SURİYA YALANI TELEKANALI RÜSVAY ETDİ

n

05/03/2012 - 18:10 TÜRK LİRƏSİNİN YENİ SİMVOLU ERMƏNİLƏRƏ DEYİL, MASONLARA MƏXSUS İMİŞ

n

05/03/2012 - 16:20 OBAMANIN SİRLƏRİNİ AÇMAQ İSTƏYƏNİN MEYİDİ TAPILIB (video)

n

27/02/2012 - 19:12 ƏRƏBİSTAN KRALININ QARDAŞI İFŞAEDİCİ FAKTLAR AÇIQLADI

n

19/01/2012 - 14:12 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN DÖVLƏT ÇEVRİLİŞLƏRİ -2

n

19/12/2011 - 13:38 PKK-nın BİR NEÇƏ MİLYARDLIQ GƏLİRİ!

n

19/12/2011 - 12:31 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ TÜRKİYƏYƏ CAVAB VERMƏK İSTƏMƏDİ

n

17/12/2011 - 14:59 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN DÖVLƏT ÇEVRİLİŞLƏRİ

n

13/12/2011 - 16:01 ABŞ-ın TÜRKİYƏ-İSRAİL PLANI

n

09/12/2011 - 19:55 MİSSİONERLƏRİN AZƏRBAYCANLA BAĞLI GİZLİ HESABATI

n

08/12/2011 - 15:40 BUXARESTDƏ MKİ-nin GİZLİ HƏBSXANASI VAR

n

05/12/2011 - 16:58 TELEFONLARINIZI HANSI ŞİRKƏTLƏR DİNLƏYİR?!

n

05/12/2011 - 13:27 TÜRK HAKİMİYYƏTLƏRİ ÖCALANA NƏ VƏ NİYƏ HƏDİYYƏ ETDİ?!

n

02/12/2011 - 16:25 VADİNİN DİRİLTDİYİ KARA və YEŞİL

n

18/11/2011 - 15:52 RUSİYA RƏHBƏRLİYİNDƏKİ 10 KQB ZABİTİ

n

10/11/2011 - 12:32 HÜQUQ MÜDAFİƏÇİLƏRİ VƏ MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ

n

01/11/2011 - 18:23 KONDALİZA RAYS TARİXİ SİRRİ KİTABINDA İFŞA ETDİ

n

27/10/2011 - 16:09 "XAÇLI SƏFƏRİ" ÇEVRİLİŞİ

n

27/10/2011 - 13:57 SƏDDAM HÜSEYNİN GİZLİ DANIŞIQLARI YAYILDI

n

25/10/2011 - 14:11 TÜRKİYƏDƏKİ ZƏLZƏLƏ BARƏDƏ BÖYÜK İDDİA!

n

17/10/2011 - 18:27 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN DEMOKRATİYA ANLAYIŞI

n

30/09/2011 - 12:54 MKİ MOSSADA NİYƏ SƏHV HESABAT GÖNDƏRDİ?

n

22/09/2011 - 13:14 SİRLİ BULUDLAR VƏ NAMƏLUM YOXA ÇIXMALAR

n

21/09/2011 - 13:13 MÜBARİZ NORYEQA VƏ BİN LADEN MKİ AGENTİ OLUB

n

19/09/2011 - 11:47 TÜRKİYƏLİ YAZAR ŞOK AÇIQLAMA VERDİ

n

10/09/2011 - 10:38 VİKİLEAKS AZƏRBAYCAN MÜSƏLMANLARI VƏ ŞEYXDƏN YAZDI

n

07/09/2011 - 18:54 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNƏ HÖKM EDƏN ŞƏXS - Kissincer

n

15/08/2011 - 16:58 "COCO CHANEL" FAŞİST AGENTİ İDİ

n

10/08/2011 - 18:22 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ VƏ MOSSAD

n

10/08/2011 - 13:36 SURİYADAN ABŞ-a AĞIR KƏŞFİYYAT ZƏRBƏSİ VURULUB

n

06/08/2011 - 16:16 "MƏSİH DƏ ATOM BOMBASINI SEVİR"

n

03/08/2011 - 17:55 MKİ VƏ BİLDERBERG QRUPU

n

02/08/2011 - 13:09 DUSTAQ QADININ FƏRYADI

n

14/07/2011 - 19:00 "COUNCIL ON FOREIGN RELATIONS" - XARİCİ ƏLAQƏLƏR KOMİTƏSİ

n

11/07/2011 - 12:46 O GÜN NƏ BAŞ VERDİ?

n

06/07/2011 - 14:37 SUPER NATO VƏ ONUN CİNAYƏT ŞƏBƏKƏSİ

n

01/07/2011 - 18:51 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ

n

30/06/2011 - 13:10 "NAMAZ QILMAYANI ÖLDÜRMƏK VACİBDİR!"

n

29/06/2011 - 14:12 GLADİO NECƏ YARANDI?

n

25/06/2011 - 12:40 DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (III hissə)

n

22/06/2011 - 13:19 SOVET CASUSLARINDAN STALİNƏ 30 XƏBƏRDARLIQ!

n

21/06/2011 - 14:46 BİLDERBERG-in NÖVBƏTİ GİZLİ TOPLANTISI KEÇİRİLİB

n

16/06/2011 - 10:25 İLHAM ƏLİYEVƏ NÖVBƏTİ "WİKİLEAKS" ZƏRBƏSİ

n

15/06/2011 - 16:41 DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (II hissə)

n

08/06/2011 - 13:58 DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (I hissə)

n

06/06/2011 - 16:10 MOSSADın "TROYA ATI" İDDİASI

n

31/05/2011 - 18:30 OSMANLI İMPERİYASININ ƏSL ÇÖKÜŞ SƏBƏBİ

n

13/05/2011 - 10:59 "KQB"-nin GİZLİ FƏALİYYƏTİ İNTERNETDƏ

n

07/05/2011 - 14:03 "KOMİTET 300"ün MƏTBUAT RUPORU: "TAYMS" (XXXVIII yazı)

n

03/05/2011 - 15:28 WİKİLEAKS RƏHBƏRİNDƏN FACEBOOK-a AĞIR İTTİHAM

n

03/05/2011 - 13:27 ASALA-nı DİRİLTMƏKDƏ KİM MARAQLIDIR?

n

30/04/2011 - 13:47 TAXT-TAC HƏR ŞEYƏ NAZARƏT EDİR (XXXVIII yazı)

n

25/04/2011 - 13:23 WİKİLEAKS İNDİ DƏ QUANTANAMODAN YAZDI

n

23/04/2011 - 11:54 "KOMİTET 300"ün STRUKTUR SXEMİ (XXXVII yazı)

n

20/04/2011 - 17:02 KENNEDİ SUİ-QƏSDİNDƏ YENİ İDDİA

n

20/04/2011 - 11:38 HAKİMİYYƏT DÖVLƏT HİMNİNİ DƏYİŞİR

n

19/04/2011 - 13:26 FRANSA VƏ İNGİLTƏRƏNİN 4 AY ƏVVƏLKİ LİVİYA MANEVRİ

n

14/04/2011 - 13:40 KOMİTET 300 - DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXXVI yazı)

n

12/04/2011 - 13:13 TÜRKİYƏNİN ATOM BOMBASI VARMI?

n

31/03/2011 - 12:22 YENƏ ORQAN MAFİYASI, YENƏ AZƏRBAYCAN

n

15/02/2011 - 12:04 70 İLDƏN SONRA ORTAYA ÇIXAN TARİXİ FAKT

n

08/01/2011 - 16:09 KOMİTET 300 - DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXXV yazı)

n

07/01/2011 - 13:04 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

n

06/01/2011 - 15:47 ANS-in EFİRİNƏ MASON EMBLEMİNİ KİM YERLƏŞDİRİB?

n

28/12/2010 - 13:39 YAP TURQUT ƏRİN KİTABINA ADEKVAT CAVAB HAZIRLAYIR

n

24/12/2010 - 10:12 ABŞ AZƏRBAYCANA MÜHARİBƏ İCAZƏSİ VERİB

n

23/12/2010 - 13:52 DÜNYANIN ƏN GİZLİ TƏRİQƏTLƏRİ

n

22/12/2010 - 15:53 YƏHUDİLƏRİN HİTLERİ HAKİMİYYƏTƏ GƏTİRMƏSİ İFŞA OLUNUB

n

22/12/2010 - 13:18 2050-Cİ İLƏ QƏDƏR 6 MİLYARD İNSAN 4 MİLYARD EDİLƏCƏK

n

18/12/2010 - 15:24 İBLİS İDEYALARININ DAŞIYICILARI

n

13/12/2010 - 11:44 DÜNYA ÜZƏRİNDƏKİ MALİYYƏ NƏZARƏTİ

n

06/12/2010 - 11:50 CİA-dan İLHAM ƏLİYEVƏ SUİ-QƏSD HƏDƏSİ

n

30/11/2010 - 14:41 TÜRK GENERALIN WİKİLEAKS AÇIQLAMASI

n

27/11/2010 - 17:13 TİRYƏK SİYASƏTİNƏ ABŞ VƏ İNGİLTƏRƏDƏKİ AİLƏLƏR BAŞÇILIQ EDİR

n

20/11/2010 - 14:09 KOMİTET 300-ün PORTFELİNDƏKİ ƏN QİYMƏTLİ AKTİV

n

13/11/2010 - 17:38 KRAL AİLƏSİNİN NARKOTİK TİCARƏTİ BU GÜN DƏ DAVAM EDİR

n

09/11/2010 - 12:34 ABŞ-IN ÖLDÜRMƏK İSTƏDİYİ ŞƏXS

n

29/10/2010 - 18:12 TÜRKİYƏNİN HƏRBİ SİRRLƏRİNİ KİM OĞURLAYIB?

n

27/10/2010 - 11:56 İRANIN GİZLİ BAZASINDA BAŞ VERƏN QƏZADA MOSSAD ŞÜBHƏSİ

n

26/10/2010 - 15:23 BMT-NİN MİNLƏRLƏ SƏNƏDİ OĞURLANDI

n

23/10/2010 - 18:52 BÖYÜK BRİTANİYANIN ÇİNƏ QARŞI TİRYƏK MAFİYASI

n

18/10/2010 - 13:31 MAFİYA BAŞÇISI ERMƏNİSTAN HAKİMYYƏTİNİN YAXIN DOSTU ÇIXDI

n

15/10/2010 - 13:51 "BARONLARIN TOPLANTISI"NIN AZƏRBAYCAN UZANTILARI

n

13/10/2010 - 11:13 TURQUT ÖZALIN HƏYAT YOLDAŞINDAN ŞOK AÇIQLAMA

n

13/10/2010 - 11:00 AST TELMAN VƏ XARİCİ İŞLƏR NAZİRİ PRİTONDA

n

12/10/2010 - 14:50 AZƏRBAYCANLI "LOTU"LAR NİYƏ VURULUR?

n

02/10/2010 - 13:42 ÖZALIN HƏYATDA OLDUĞU SON GECƏNİN ŞOK DETALLARI

n

30/09/2010 - 16:21 7000 PANAMALI NİYƏ ÖLDÜRÜLDÜ? (XXVIII yazı)

n

27/09/2010 - 15:56 OBAMANIN "DAYILAR"I TAPILDI

n

21/09/2010 - 18:00 TURQUT ÖZALIN ÖLÜMÜ İLƏ BAĞLI ŞOK İDDİA

n

17/09/2010 - 16:24 ŞOK! TURQUT ÖZALI ERGENEKON ÖLDÜRÜB

n

15/09/2010 - 15:40 PENTAQON KİMƏ 320.000 DOLLARI ÖDƏYİB? (XXVII yazı)

n

07/09/2010 - 16:54 MÜSƏLMAN SÜMÜYÜNDƏN BƏZƏDİLMİŞ KİLSƏ

n

06/09/2010 - 13:37 PENTAQONDA 264 POZĞUN VAR

n

01/09/2010 - 12:28 RUSİYALI GENERALIN MEYİDİ TÜRKİYƏDƏ TAPILDI


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
İBRAHİM İBRAHİMLİ
"Azərbaycan hakimiyyəti uzun illərdən bəri cəmiyyətin və cəmiyyətdə fəaliyyət göstərən müxalif qüvvələrin tələb və təkliflərini qulaq ardına vurur"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.