30 aprel faciəsinin qurbanlarına Allah rəhmət eləsin
30-04-2011 / 10:26
2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı, 29 yaşlı Fərda Qədirov məktəbin Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olaraq inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Daha sonra o, özünü öldürüb.
Hadisə ilə bağlı dərhal Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F. Qədirovla əlaqəli olan şəxslər- Cavidan Amirov, Ariz Qabulov, Nadir Əliyev və Süleyman Nəcəfov cinayət məsuliyyətinə cəlb olunub.
Fərda Qədirovun barəsində olan cinayət işinə isə xitam verilib.
30 aprel faciəsinin qurbanlarına Allah rəhmət eləsin.
Allah rehmet elesin... amma hadisənin üstündən iki il keçməsinə baxmayaraq, hələ də ölənlərin sayı dəqiqləşməyib deyəsən, çünki, hər mənbədə bir başqa cür yazılır...
#FFFFFF">
Refiyeva Elnure
30-04-2011, 10:26
#FFFFFF">
men dehwete geliremki niye bu terror hadisesinin ustu bele baglandi!?1-2 gun daniwildi vessalam,heyif qurbanlardan!!!bu gunde aci icinde yawayan ve hec vaxt ovladlarini yaxinlarini unutmayac zavalli ana ve atalarimiz ALLAH SIZLERE SEBR VERSIN INWALLAH!!!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.