ABŞ prezidenti Kennedinin öldürülməsindən 10 gün əvvəl CİA və NASA-dan yadplanetlilərlə bağlı məlumat istədiyi ortaya çıxıb
20-04-2011 / 17:02
FaktXeber.com-un verdiyi məlumata görə, yazar William Lesterin səyləriylə ortaya çıxan iki gizli yazışmada Kennedi, paranormal hadisələrin detalları üçün gizli xidmətə və NASA-ya əmr verib.
Sui-qəsd araşdırmaçıları illərdir Kennedi sui-qəsdinin arxasında yadplanetlilərə maraqlarının olduğunu iddia edirlər. Ortaya çıxan yeni sənəd onların iddialarını yenidən gündəmə gəlməsinə səbəb olub. Sui-qəsd araşdırmaçılarına görə, prezident Kennedi UNO həqiqətlərini öyrənməsin deyə öldürüldü.
NASA direktoruna göndərilən ikinci yazıda isə Kennedi, yerdənkənar xarici varlıqlar mövzusunda Sovetlər Birliyi ilə əməkdaşlıq edilməsini istəyir.
CİA və NASA-ya göndərilən bu sənədlər, Kennedi haqqında kitab hazırlayan William Lesterin Məlumat Əldəetmə Haqqında Qanun daxilində etdiyi müraciət nəticəsində ortaya çıxıb.
Lesterə fikrincə, Kennedi, xüsusilə Sovet səmalarında tez-tez görünən UNO-lara görə, onlardan şübhənilməməsi üçün belə bir cəhd edib.
CİA NARAHAT OLUB
Ancaq UNO araşdırmaçılarından olan Timothy Cooper mövzuyla əlaqədar 1999-cu ildə bir CİA mənbəsi tərəfindən ona məlumat verildiyi iddiasındadır.
CİA rəhbəri tərəfindən yazılan məlumatda "Lancer (Kennedinin ləqəbi) əsla öyrənməsinə icazə verə bilməyəcəyimiz işlərimizlə əlaqədar məlumat almaq istəyir", - ifadələri yer alır və belə davam edir: "Lütfən fikirlərini oktyabr ayına qədər göndər. Sənin bu mövzudakı hərəkətin qrupun gələcəyi baxımından çox əhəmiyyətlidir..."
UNO araşdırmaçısı Robert Wood, kağız və üzərindəki mürəkkəbi, ədliyyə tibb mütəxəssisləri tərəfindən araşdırtdığını və həqiqəti ilə tarixi mövzusunda şübhəsi olmadığını açıqlayır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.