FRANSA VƏ İNGİLTƏRƏNİN 4 AY ƏVVƏLKİ LİVİYA MANEVRİ
Liviyadakı qarşıdurmalara görə BMT Təhlükəsizlik Şurasının Liviyanı uçuşa qadağan bölgə elan etməsi və ardınca həyata keçirilən hərbi müdaxilənin əvvəldən planlaşdırıldığı bildirilir
19-04-2011 / 13:26
FaktXeber.com-un "Global Research" adlı araşdırma mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, prof.Michael Chossudovsky imzasıyla yayımlanan məqalə, baş verən hadisələrin təsadüf olmadığını gsötərir. Chossudovsky, İngiltərə və Fransa arasındakı "Southern Mistral 2011" adlı hərbi əməliyyat ssenarisinə diqqət çəkərək, Liviya müdaxiləsinin ana xəttlərinin 4 ay əvvəl bu ssenari ilə çəkilmiş ola biləcəyini iddia edir. Chossudovskya görə, Liviya üsyanının, Orta Şərq və Şimali Afrikadakı ərəb qiyamları başlamamışdan bir neçə ay əvvəl planlaşdırıldığı ortaya çıxır.
ƏRƏB ÜSYANI TƏƏSSÜRATI YAYILDI
2 noyabr 2010-cu ildə, yəni "Şəfəq Səfəri Əməliyyatı" başlamamışdan 4 ay əvvəl, İngiltərə və Fransa, "Southern Mistral 2011" əməliyyatı ilə "Southland" (Cənub Ölkəsi) adlı, dikatorluqla idarə olunan xəyali bir ölkəyə müdaxiləni müzakirəyə başlayıblar. Bu ölkənin ssenarisinə görə, Fransanın mənfəətlərinə hücum etməklə günahlandırılan bir yer olması planlaşdırılıb. Ssenari hazırlanarkən, digər tərəfdən də Liviyadakı üsyanın, Misir və Tunisdəki etiraz aksiyaları səbəbiylə yayıldığı inancı təbliğ edilməyə başlanılıb. Və bunun nəticəsində də Liviyaya müdaxilənin "vətəndaşları qorumaq" üçün olduğu fikri konkret bir zəmin hazırladı.
Manevrin 21 martda başlaması nəzərdə tutulurdu. Lakin bu tarixdən 2 gün əvvəl, təqvimlər 19 martı göstərdikdə, BMT Təhlükəsizlik Şurası Liviyanı uçuşa qadağan bölgə elan etdi və "vətəndaşları qorumaq" adıyla döyüş üçün düyməni basdı. Buna görə də, hərbi oyuna ehtiyac qalmadı və Liviyaya müdaxilə həqiqətən başladılmış oldu. Manevr ssenarisində göstərilən Fransa və İngiltərə təyyarələrinin Liviya hücumlarında istifadə edilməsi də bir başqa bənzərliyi ortaya qoyur. Fransa prezidenti Nicolas Sarkozy və İngiltərə baş naziri David Cameron, BMT qərarı verilən kimi hərbi müdaxilə üçün təyyarələrini göndərmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.