Yazının XXXV hissəsinə keçid
Komitet 300 – bu, sıralarına İngiltərə Kraliçasının, Niderland Kraliçasının, Danimarka kraliçasının və Avropanın kral ailələrinin daxil olduqları və toxunulmaz rəhbər sinfin nümayəndələrindən ibarət olan tamamilə gizlin cəmiyyətdir. Venesiya Qara Qvelflərin matriarxı Kraliça Viktoriyanın vəfatından sonra, bu aristokratlar bütün dünya üzərində hakimiyyət əldə etmək üçün “aristokratiyanın nümayəndələri qeyri-aristokrat, lakin korporativ biznesin çox güclü liderləri ilə bütün dünya miqyasında “paya” girməli” olduqlarını qərara aldılar. Buna görə də tam hakimiyyətin qapıları, İngiltərə kraliçasının “sadə təbəə” adlandırmağa üstünlük verdiyi kəslər üçün açılmış oldu.
Kəşfiyyatda iş təcrübəmə əsasən bilirəm ki, xarici dövlətlərin başçıları bu, hər şeyə qadir qrupu “Maqlar” adlandırır. Stalin onlar üçün özünə münasib ad fikirləşmişdi: “Qara Qüvvələr”. “Sarayayaxın yəhudi” (“hofjuden” - court Jew) dərəcəsindən yüksəyə heç vaxt qalxa bilməyən prezident Eyzenxauer isə bu qüvvələri tamamilə saya almırdı və onları “Hərbi-sənaye kompleksi” adlandırırdı. Stalin SSRİ-də adi və nüvə silahlarının çox yüksək səviyyədə olmasına çalışırdı, çünki “Ailə” adlandırdığı qüvvəyə etibar etmirdi. Onda olan anadangəlmə şübhəlilik və Komitet 300-dən qorxusu, demə, yaxşı əsaslandırılmışdı.
Fərdi azadlığa və bəşəriyyətin azadlığına bu, ən qorxulu təhlükə barədə xəbərdar etməyə cəhd edənləri diskreditasiya etmək üçün kütləvi əyləncə vasitələri, xüsusilə də kinodan istifadə olunur. Azadlıq – insan İlahi tərəfindən verilən bu qanunu daim pozmağa və ya ləğv etməyə çalışır. Lakin hər kəs azadlıq əldə etməyə elə can atır ki, indiyə qədər heç bir sistem bu hissi insanın ürəyindən qopara bilməmişdir. İnasanın azadlığa can atma hissini kütləşdirmək və zəiflətmək üçün SSRİ-də, Böyük Britaniyada və ABŞ-da keçirilən eksperimentlər öz məqsədinə nail olmadı ki, olmadı.
Lakin Dünya Hökümətinin və Yeni Dünya Nizamının gəlişi ilə Allah tərəfindən verilən azadlığa can atma hissini insanın şüurundan, cismindən və ruhundan qovub çıxarmaq üçün genişmiqyaslı eksperimentlər başlanacaqdır. Bizim artıq indi hiss etdiklərimiz, bizi hələ qarşıda gözləyənlərlə müqayisədə boş şeydir. Ruha hücumlar – hazırlanan saysız-hesabsız eksperimentlərin qayəsi buidur və mən təəssüflə deməliyəm ki, ABŞ-ın müxtəlif təşkilatları dəhşətli eksperimentlərdə aparıcı rol oynayacaqlar. Bu cür eksperimentlər Betesdəki Hərbi-Dəniz hospitalı və Kaliforniyadakı Vakavil türməsi kimi yerlərdə kiçikmiqyaslı səviyyədə artıq keçirilmişdir.
Geniş prokatda Ceyms Bond haqqında “Qətllər bürosu”, “Matareze dairəsi” və s. kimi filmlər göstərilmişdir. Bu filmlər fantastikadır və onların xüsusi təyinatı bu cür təşkilatların mövcud olduğu haqqında həqiqəti gizlətməkdən ibarətdir. Gerçəklikdə isə həmin təşkilatların fəaliyyətinin miqyasları elə genişdir ki, bu, Hollivudun məhsuldar yazarlarının ən cəsarətli fantaziyalarını da üstələyir.
“Qətllər bürosu“ tamamilə realdır. Büro Avropa və ABŞ-da yeganə məqsəd üçün fəaliyyət göstərir – bu, yüksək vəzifəli personalara digər bütün təsir vasitələri özünü doğrultmayanda, onların öldürülməsi barədə Komitet 300-ün göstərişlərini yerinə yetirməkdir. Kennedinin qətlini məhz PERMINDEX həyata keçirmiş və bunu “ziyanvericilərlə mübarizədə” ingilis kraliçasının uzun illər əsas agenti olmuş Ser Uilyam Stefensonun rəhbərliyi altında etmişdi.
Mərkəzi Kəşfiyyat İdarəsinin muzdlu agenti olan Kley Şou PERMINDEX kompaniyasını Yeni Orleandakı “Ticarət mərkəzindən” idarə edirdi. Yeni Orleanın keçmiş prokuroru Cim Harrison Kennedinin öldürülməsi məqsədi ilə hazırlanan sui-qəsdin təhqiqatında Kley Harrisona lap yaxınlaşdı. Lakin bundan sonra Harrisonla “ciddi söhbət aparıldı” və Kley Şounun Kennedinin öldürülməsi məqsədini güdən sui-qəsddə iştirakı olmadığı etiraf olundu. Kley Şounun MKİ-nin digər muzdlu agenti Cek Rubinin aradan qaldırıldığı üsulla zərərsizləşdirilməsi faktı – onların hər ikisi xərçəng xəstəliyinin sürətlə inkişaf edən formasına yoluxma nəticəsində ölmüşdülər – Harrisonun düzgün yolda olduğunu kifayət qədər inamla təsdiq edir.
İkinci “qətllər bürosu” İsveçrədə yerləşir və yaxın vaxtlaradək bir qaranlıq fiqur tərəfindən idarə olunurdu, özü də bu adamın 1941-ci ildən sonra çəkilən fotoşəkli mövcud deyildir. Bu büronun əməliyyatları İsveçrənin “Qara Aristokratları”, Komitet 300-ün çevik əməliyyat təşkilatı olan “Lombard Odier Cenevrə Bankının” (“Lombard Odier Bank of Geneva”) mülkiyyətçisi olan Oltramar (Oltramaire) ailəsi tərəfindən maliyyələşdirilirdi və bu, görünür, hazırda da davam edir. ABŞ ordusunun “G-2” kəşfiyyat xidmətinin dosyesinə görə, büroda kontakt saxlanılan əsas şəxs Jak Sustel (Jacques Soustelle) idi.
Bu qrup həm də Allen Dalles və Komitet 300-ün mühüm üzvü, eləcə də Texasın iri neft hasilatçısı Jan Menil (Jean de Menil) ilə sıx bağlı idi. “G-2” kəşfiyyatının məlumatları göstərir ki, bu qrup Yaxın Şərqdə silah alveri ilə fəal məşğul olub. Bundan başqa, bu “qətllər bürosu” General de Qollun öldürülməsi üçün ən azı 30 cəhd edib ki, Jak Sustelin bunlara bilavasitə aidiyyatı olub. Peruda Komitet 300 üçün kokain istehsalçılarını müdafiə edən “Sendero Luminoso” (Sendero Luminoso — ispanca “İşıqlı yol”) qiyamçı qrupunun əlaqə saxladığı şəxs də elə həmin Sustel idi.
“Qətllər bürosunun” bütün əsas planları DGSE-nin (Fransa kəşfiyyatı – keçmiş SDECE) əla işi sayəsində alt-üst olandan sonra, iş “Şakal” kod adı altında eləcə də “Məxfi Kəşfiyyat Xidməti” (MKX = SİS) adı ilə tanınan Mİ-6-ya (Military Intelligence Department Six - Hərbi Kəşfiyyatın 6-cı bölməsinə) tapşırıldı. SDECE ali təhsil müəssisələrindən çoxlu ağıllı gənci işə qəbul etmişdi və buna görə də Mİ-6 və KQB-nin agentləri bura girə bilməmişdi. Bu idarənin xarici agentlərin ifşa edilməsi ilə bağlı fəaliyyəti bütün ölkələrin məxfi xidmətlərinin qısqanclıq predmeti idi. Məhz bu qrup “Şakalı” müəyyən edib, onu son məqsədinə qədər izlədi və o, General de Qollun avtomobil kortejinə atəş açmazdan əvvəl onu məhv etdi.
De Qoll hökümətində fəaliyyət göstərən sovet “köstəbəyini” məhz SDECE ifşa etmişdi. Yeri gəlmişkən, bu agentin həm də Lenqlidə Mərkəzi Kəşfiyyat İdarəsinin əlaqələndiricisi olduğu məlum olmuşdu. De Qolla nifrət edən Allen Dalles SDECE-ni diskreditasiya etmək üçün onun agentlərindən biri olan Roje De Lueti (Roger De Louette) 12 milyon dollar dəyərində heroin yükü ilə tutdurdu. Ciddi və bacarıqlı “sorğu-sualdan” sonra De Luet “etiraf” etdi, lakin ABŞ-da narkotika qaçaqmalçılığı ilə nə üçün məşğul olduğunu izah edə bilmədi. Bunun kobud şəkildə saxtalaşdırılmış iş olduğu dərhal nəzərə çarpırdı.
Federal Təhlükəsizlik Bürosu, “Məxfi Kəşfiyyat Xidməti” və MKİ De Qllun müdafiəsi, xüsusilə də onun avtomobil kortejlərinin qorunması üzrə SDECE-in metodlarının tədqiqinə əsaslanaraq, Prezident Kennedinin keşikçilərini necə zərərsizləşdirmək və 1963-cü ilin noyabrında Dili Plazada PERMINDEX-in üç atıcısı üçün qətli necə asanlaşdırmaq lazım olduğunu dəqiq bilirdi.
Cəsus belletristikası altında ört-basdır edilən FAKTIN daha bir nümunəsi ilə Leon Urisin “Topaz” romanında rastlaşırıq. Burada SDECE-nin aşkar etdiyi və KQB-nin MKİ ilə əlaqələndiricisi kimi ifşa edilən həmin KQB agenti - Tiro de Vosjolinin (Thyraud de Vosjoli) fəaliyyəti haqqında hesabat verilir. MOSSAD-ın (İsrailin kəşfiyyat idarəsi) fəaliyyəti haqqında belletristika formasında mövcud olan hesabat çoxdur, özü də onların demək olar hamısı faktlara əsaslanır.
MOSSAD həm də “İnstitut” adlandırırlar. Özündən müştəbeh olan bir çox yazıçı, xüsusilə də sağçı-xristian dairələrində çox hörmətli olan bir yazıçı bu idarə haqqında absurd çıxışlar edir və bunlar da həqiqət kimi qəbul olunur. Hər şeyi onun təcrübəsizliyinin ayağına yazmaq olar, çünki o, xüsusi kəşfiyyat hazırlığı keçməmişdir. Ancaq bu ona bütün mətn boyunca “mossadçıların adlarını” səpələməyə mane olmur.
Dezinformasiyanın bu şəkildə ortaya atılması adətən Amerikanın sağçı vətənpərvər qruplarına qarşı istifadə olunur. MOSSAD başlanğıcda üç qrupdan ibarət olub: Hərbi Kəşfiyyat Bürosu, Xarici İşlər Nazirliyinin Siyasi Departamenti və Təhlükəsizlik İdarəsi (Şerut Xabitaxon). Komitet 300-ün üzvü olan David Ben Qurion onları birləşdirmək üçün Mİ-6-dan əhəmiyyətli yardım almışdı.
Lakin müvəffəqiyyət əldə olunmadı və Mİ-6-dan olan Ser Uilyam Stefenson 1951-ci ildə Mossadı vahid xidmətə çevirdi ki, onun tərkibində İsrailin Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin şöbəsi, eləcə də cəsusluq və “çirkli işlər” üçün xüsusi qrup var idi. Böyük Britaniya kəşfiyyatı sonrakı dövrlərdə “Sapayet Maktal” (Sarayet Maktal) adlanan xidmətə təlim keçmək və texnika və s. təmin etməllə kömək etdi. “Britaniyanın Xüsusi Aviasiya Xidmətinin” (XAX = SAS, Britain`s Special Air Service) nümunəsi əsasında yaradılan “Sapayet Maktal” həm də İsrailin Baş Qərargahının kəşfiyyat bölməsi kimi tanınır. MOSSAD-ın bu bölməsi heç vaxt öz adı ilə adlandırılmır, sadəcə, “bu oğlanlar” kimi tanınır.
“Bu oğlanlar” sadəcə olaraq Böyük Britaniyanın “Xüsusi Aviasiya Xidməti” kəşfiyyat idarəsinin filialıdır, XAX daim onlara məşqlər, yeni fəaliyyət formaları ilə bağlı təlimlər keçir. Birləşmiş Fələstin Təşkilatının (BFT) liderlərini öldürən və Adolf Eyhmanı oğurlayan məhz “oğlanlar” idi. “Oğlanlar” və faktiki olaraq MOSSAD-ın bütün agentləri hər an döyüş hazırlığı vəziyyətində fəaliyyət göstərirlər. Dünyanın hər bir ölkəsində yəhudi icmasının olması MOSSAD-a digər kəşfiyyat xidmətləri qarşısında çox böyük üstünlük verir.
MOSSAD sosial və kriminal dosyeləri əldə etməklə adına kompromat olan yerli yəhudiləri ələ almaq və ONLARI HAVAYI ÖZÜNƏ İŞLƏTMƏYƏ qadirdir. MOSSAD ABŞ-ın hüquq-mühafizə orqanlarının və kəşfiyyat idarələrinin arxivlərindən istifadə etmək imkanı cəhətdən də üstünlüyə malikdir. ABŞ-ın “Hərbi-Dəniz Kəşfiyyatı İdarəsi” MOSSAD-ın istəklərini yerinə yetirir, özü də İsrail buna görə heç bir xərc çəkmir. Əgər MOSSAD-ın milyonlarla amerikalının, hətta siyasətlə heç cür əlaqəsi olmayan amerikalıların da, həyatının bütün tərəfləri barədə necə çox bildiyi nə vaxtsa aşkarlanarsa, Birləşmiş Ştatların vətəndaşları şoka düşər, hiddətlənər və təşvişə düşərdilər.
MOSSAD-ın ilk başçısı olan Royben Şiloah (Reuben Shiloach) Komitet 300-ün üzvlüyünə daxil edilmişdi, lakin onun davamçısının da bu imtiyazdan istifadə etdiyi bəlli deyildir. Bu fikrin xeyrinə şans çoxdur ki, o, bu imtiyazdan istifadə edir. MOSSAD yüksək ixtisaslı dezinformasiya xidmətinə malikdir. Onun Amerika “bazarına” çıxardığı dezinformasiyanın həcmi narahatlıq yaradır, lakin cəmiyyətin bu dezinformasiyanı bütövlüklə və tamamilə həzm etməsi daha böyük narahatlıq yaratmalıdır.
“Olimpiyaçılar”-ın dünya miqyasında kəşfiyyat xidmətləri, əyləncə industriyası, nəşriyyat fəaliyyəti, ictimai rəyin yaradılması və televiziya “xəbərləri” üzərində həyata keçirdikləri nəzarətin əhatə dairəsini biz, MOSSAD-ın “mikrokosmu”-nun nümunəsində əyani surətdə görürük. Ted Törner (Ted Turner) bu yaxınlarda Komitet 300-də yer almışdır. Bunu o, CNN “xəbərlər” (daha dəqiq olsaq, saxta xəbərlərin quraşdırılması) proqramını yaratdığı üçün mükafat qismində almışdır. Komitet bütün dünyada insanlara ÖZÜNƏ SƏRF EDƏN NƏ İSTƏSƏ DEMƏK üçün hakimiyyətə, imkanlara və vasitələrə malikdir və böyük əksəriyyət də deyilənə inanacaq.
Hər hansı bir tədqiqatçının qarşısına bu, insanın təxəyyülünü heyrətə gətirən mərkəzi idarə qrupu çıxanda o, hər dəfə ya müvəffəqiyyətlə satın alınır, ya da “Tavistok İnsan Münasibətləri İnstitutunda” “xüsusi təsirə” məruz qalır və bundan sonra həmin yazıçı Ceyms Bond haqqında hadisələr tipində hər cür fantastika yazmağa başlayır. Başqa sözlə, bu adamın enerjisinin istiqaməti dəyişdirilərak tələb olunan məcraya yönəldilir, özü isə səxavətli mükafat alır. Lakin, əgər Con F. Kennedi kimi insan dünyadakı hadisələri kimin istiqamətləndirdiyi ilə rastlaşırsa və onu satın almaq mümkün olmursa, bu halda onu öldürürlər.
Kennedi ilə bağlı hadisədə qətl çoxsaylı insanın toplaşdığı yerdə hamının gözü qarşısında və son dərəcə qəddarcasına həyata keşirilmişdi. Bu, dünyanın bütün liderlərinə itaətdən çıxmaları təqdirdə baş verə biləcək hadisə ilə bağlı verilən aydın xəbərdarlıq idi. Papa I İoann səssiz-küysüz öldürülmüşdü, çünki o, Vatikan ierarxiyasındakı masonlar vasitəsilə Komitet 300-ə yaxın adam idi. Onun yolunun davamçısı olan Papa II İoann arzuolunmaz fəaliyyətə son qoyması üçün ictimaiyyət qarşısında təhqirə məruz qalmışdı və o, ondan tələb olunanı yerinə yetirdi. Biz aşağıda Vatikanın bəzi liderlərinin bu gün Komitet 300-də iclaslarda iştirak etdiklərini hələ görəcəyik...
Davamı var
Yaşar Əsədov
Redaksiyadan: "Komitet-300" artıq kitab şəklində çapdan çıxıb və Bakı şəhərinin "Əli və Nino" kitab mağazasında satılır. Qiyməti 7 manatdır.