Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2020
15:09
3178 şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 16 fevral 2020-ci il tarixində respublikanın 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, həmin gün 3178 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır. İmtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır. 

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. 

İmtahanların keçirilməsi üçün 25 imtahan binası ayrılıb.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında 3178 (Bakıda 1259, Gəncədə 280, Şəmkirdə 77, Gədəbəydə 60, Qazaxda 37, Tovuzda 110, Sumqayıtda 270, Şamaxıda 52, Qaxda 76, Bərdədə 155, Göyçayda 58, Kürdəmirdə 12, Zərdabda 40, Şirvanda 95, Sabirabadda 60, Biləsuvarda 53, Salyanda 52, Saatlıda 88, Lənkəran 80, Cəlilabadda 88, Qubada 71, Qusarda 37, Xaçmazda 68 nəfər) şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 33 imtahan rəhbəri, 294 nəzarətçi-müəllim ayrılıb.

Məqalədə : imtahan peşə təhsili 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədəki həbslərlə bağlı - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:53
HÜQUQ,HADİSƏ
202

Fevralın 21-nə manatın məzənnəsi

20

Fevral
17:31
İQTİSADİYYAT
180

"Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:10
BÖLMƏNİ DÜZ SEÇ!
186

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
263

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
587

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
324
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 19:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru