ABŞ-a görə, Türkiyənin yaxın gələck üçün nüvə silahı proqramı yoxdur, ancaq bunun əksinə çevrilməsi ehtimalı da ciddi bir narahatlıq qaynağıdır...
12-04-2011 / 13:13
FaktXeber.com-un verdiyi məlumata görə, Türkiyənin "Tərəf" qəzetində yayımlanan Wikileaks sənədlərindəki iddialarda, Amerika sənədləri ABŞ rəhbərliyinin Ankaranın nüvə siyasətlərini yaxından izlədiyini ortaya çıxarır. Hillari Klinton imzasıyla 28 aprel 2009-cu ildə Ankaraya göndərilən gizli teleqrafda, Türkiyənin nüvə silah siyasətini əksinə çevirmə ehtimalından narahatlıq ifadə edilir.
Teleqrafda Türkiyəni nüvə enerjisi proqramı hazırlamağa yönəldən faktorlar göstərilir və burada ən başlıca məqam kimi, Türkiyənin MAQATE müfəttişlərini aldatma cəhdləri barədə qayğılar göstərilir. Həmçinin, bu sahədə türklərə kimin xam mal dəstəyi verdiyi də qarşıya sual kimi qoyulur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.