
Vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə “Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin ("Neftçilər" m/st- Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.
Bu barədə FaktXəbər-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Keçirilən monitorinqlər nəticəsində “Transkontrol”un fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.
İstehsalat bazasının olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır.
Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Təkcə 2019-cu ildə yazılı olaraq və “Alo 141” Çağrı Mərkəzinə sürücülərin davranışı barədə 123, avtobusların istismar vəziyyəti barədə 64 müraciət daxil olub. Müraciətlər əsasında sürücülər barəsində 103 dayanacaqdan kənar, 15 sükan arxasında siqaret çəkmə və 20 hərəkət sxemindən yayınma faktı müəyyən edilərək inzibati cərimələr tətbiq edilib. Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdar olsa da bu istiqamətdə hər hansı bir tədbir görülməyib.
Xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.
Sabahdan 30 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Bu isə gündəlik 30 minə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək. Eyni zamanda bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 34 olacaq.
Keçirilən müsabiqə əsasında “BakuBus”a həvalə edilən marşrut xətləri üzrə dəyişikliklər mərhələli şəkildə icra ediləcək və bu barədə əvvəlcədən məlumat veriləcək.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun19-06-2020 10:34 Fərqlənmə nişanı yalnız hüquqi şəxslərə verilir - BNA
11-06-2020 17:15 BNA: “BakuBus”-a həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq
11-06-2020 10:20 Avtobuslarda kondisionerlərin qoşulmasına qərar verildi - RƏSMİ
10-06-2020 11:32 Bakıda avtobuslarda kondisionerlərin işləməsinə məhdudiyyət qoyuldu
26-05-2020 13:32 BNA və Baş Polis İdarəsi birgə əhalini maarifləndirmə tədbirlərinə başlayıb
18-05-2020 18:50 Sərnişin tələbatı nəzərə alınaraq avtobusların sayı və intervalı nəzarətdə s
- 25-06-2020 09:51 Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər öldü
- 19-06-2020 12:02 Badamdar yamacında sürüşmənin qarşısını almaq üçün tədbirlərə başlanıb
- 19-06-2020 10:34 Fərqlənmə nişanı yalnız hüquqi şəxslərə verilir - BNA
- 19-06-2020 10:25 Azərbaycanda bütün qatarlarda “WiFi” olacaq
- 19-06-2020 09:41 BŞİH-dən xəbərdarlıq: Küçələr güclü kimyəvi maddələrlə dezinfeksiya olunacaq
- 18-06-2020 10:57 Bakı metrosunda sərnişinlər üçün YENİLİK
- 18-06-2020 10:44 BTQ ilə yeni növ yüklərin nəqlinə başlandı
- 17-06-2020 12:00 Taksidən istifadə edən şəxsin ön oturacaqda əyləşməsi məsləhət görülmür
- 17-06-2020 11:16 Hacıqabul-Muğan avtomobil yolu yenidən qurulur
- 17-06-2020 10:36 Sabahdan Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa olunur
- 16-06-2020 12:00 Salyanda yol tikintisinə 5.6 milyon manat ayrılıb
- 13-06-2020 14:25 Bakıdan rayonlara avtomobillərin buraxılmaması böyük tıxac yaratdı
- 12-06-2020 17:56 Xüsusi karantin rejimi tətbiq olunan rayonlardan keçərkən avtomobili saxlamaq qadağandır
- 12-06-2020 17:51 Sərt karantin tətbiq edilən rayonlardan keçmək mümkün olacaq
- 12-06-2020 17:29 DYP: İcazə portalında adı olanlar avtomobillərində ailə üzvlərini gəzdirməməlidir
- 12-06-2020 16:49 Bakı-Sumqayıt istiqamətində xəttə əlavə avtobuslar verildi
- 12-06-2020 15:51 Ekspres xətlər bağlanır: Avtobuslar isə yenidən sərnişinlərin xidmətində olacaq
- 12-06-2020 15:26 Dəmir yolu qatarlarında kondisionerlər işləyəcəkmi?
- 11-06-2020 18:00 Naxçıvana uçuşların vaxtı açıqlandı
- 11-06-2020 17:53 İyulun 1-dək beynəlxalq uçuşlar qadağandır - RƏSMİ
- 11-06-2020 17:23 Hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar təsdiqləndi
- 11-06-2020 17:15 BNA: “BakuBus”-a həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq
- 11-06-2020 15:09 “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu genişləndirilir
- 11-06-2020 14:19 Bakı-Sumqayıt elektrik qatarları iki gün hərəkətdə olmayacaq
- 11-06-2020 12:16 Prezident Binəqədinin yolları ilə bağlı sərəncam verdi