Sonsuz hikmət sahibi olan Allah öz hikməti əsasında yer üzünün insanlarını kişilər və qadınlardan ibarət yaratdı. Kürəmizin bütün insanları təkcə kişidən deyil, bir kişi və bir qadından, Adəm və Həvvadan törədi.
Nisa surəsi, 1 – ci ayədə belə deyilir:
“Ey insanlar! Sizi tək bir həqiqətdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da çox çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!”
Kişi və qadın birləşərək biri birini tamamlamalı və kainatın yaradılış məqsədini üzə çıxarmalı idilər. Ona görə də onların hər birində digərini cəlb edən və birləşməyə zəmin yaradan özəlliklər olmalı idi. Belə də oldu. Allah kişiyə qadını cəlb edən, qadına da kişini cəlb edən cəhət və xüsusiyyətlər bəxş etdi.
Bu cəhət və xüsusiyyətlər qarışmamalıdır. Başqa sözlə desək, Allah kişini kişi, qadını qadın kimi görmək istəyir. Bu cəhətləri qarışdırmaq Allahın yaradılış hikmətini biri birinə vurmaq kimi qiymətləndirilir. Və bu da böyük azğınlıqdır.
Lut peyğəmbər kişi və qadın cəhətlərini qarışdıran qövmünə belə deyir:
“Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!” (Əraf. 81)
Bu azğınlıq Allah dərgahında o qədər iyrəncdir ki, Lutun qövmünə bəla məhz bu üzdən nazil olur.
“Onların (lutun qövmünün) üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!” (Əraf. 84)
Tarixdə var ki, Firon öz taxt-tacının bir kişinin tərəfindən nabud olacağını falçılardan eşitdikdə bütün kişilərin kökünü kəsmək və cəmiyyətdə “arvadlaşdırma” prossesi aparmağa qərar verir. Quranda bu qərar belə təsvir olunur:
“Həqiqətən, Firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) Onların arasında olan bir tayfanı gücsüzləşdirmə məqsədi ilə onların oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, fitnə-fəsad törədənlərdən idi!” (Qəsəs. 4.)
Bəli. Firon bu minval ilə o günki cəmiyyətdə arvadlaşdırma prossesi aparmağa başladı. Göründüyü kimi hələ qədim zamanlardan belə bir kampaniya var imiş. Və zaman dəyişdikcə bu kişilik əleyhinə olan kampaniyaların forması dəyişsə də eyni xəbis və çirkin niyyətlərdən qaynaqlanır onlar. Sizcə günümüzdə “maviliyə” yönlənən bu qədər qayğı və təbliğat kampaniyası sadəcə kimlərinsə hisslərini doyurmaq məqsədimi daşıyır? Bəs onda nəyə görə başqa azğın hisslər boğularaq məhv olunur? Misal üçün kiminsə içində oğurluq etmək, cinayət törətmək, qan töküb qəddarlıq etmək kimi hisslər var, bu hisslər niyə rəsmiləşdirilmir, onları doyurmaq üçün nə üçün şərayit yaradılmır?
Çünki, mavilik formasında olan azğınlıq kimlərinsə işinə yarayır. Çünki mavilik adlı azğınlıq Fironun apardığı arvadlaşdırma siyasətinin müasir formasıdır. Ona görə də bu gün bu azğınlıq geniş surətdə təbliğ olunur, müdafiə olunur və yayılır. Amma bu hələ planın tamı deyil. Bu yolla bir qism kişiləri arvadlaşdıraraq zərərsizləşdirə bilsələr də hamı bu planın qurbanı ola bilmir. Əslində hər əyninə şalvar geyən kişi sayılmır. Kişini kişi kimi formalaşdıran ən təməl xüsusiyyətlər var. Qeyrət, namus, mərdlik, mübarizlik və bu kimi təməl ölçülər. Müasir Fironlar başa düşürlər ki, kişiləri zərərsizləşdirmənin yolu təkcə onları öldürməkdən keçmir. Bu plan səs – küylüdür və ehtiyat planıdır. Yəni bu plan o kişilərin barəsində seçilir ki, onları başqa heç bir yolla zərərsizləşdirmək mümkün olmur.
Belə qərara gəlirlər ki, yuxarıda sadaladığımız kişini kişi edən xüsusiyyətlərlə oyun oynasınlar və kişilərin canlarını deyil, onların kişiliyini onlardan alsınlar. Bu da olsun arvadlaşdırma prossesinin başqa bir üzü. Bu plan əsasında müxtəlif yollarla adı çəkilən xüsusiyyətlərlə mübarizə etməyə başlayırlar. Misal üçün “müasirlik” şüarı altında əsil müasir qərb kişisini bizə təqdim edirlər. Kişi arvadı ilə partiyə gəlib bir masada əyləşirlər. Bu zaman partidə olan başqa bir kişi bu kişinin arvadından xoşu gəldiyinə görə onunla rəqs etmək üçün ərindən icazə istəyir. Əgər əri icazə vermirsə demək ki, qısqanc və geri qalmış insandır. Müasir kişi isə böyük məmnuniyyətlə buna razılaşmalıdır. Hətta bunula fəxr etməlidir ki, onun arvadı belə bəyənilir. Hələ siz arvadın reaksiyasını görəsiniz... Məhz kişinin bu rəftarına görə xanımı onu geri qalmış qısqanc adlandıraraq ondan ayrılmağa qərar verir...
Dediyimiz bu kimi epizodlara bir sıra qərb və Amerikan filmlərində rast gəlmək olur. Yavaş yavaş kişiyə təhmil olunur ki, sən müasir olmaq üçün öz halalca haqqından keçə bilməlisən, öz namus və qeyrətin uğrunda mərdlik göstərib mübarizə aparmaq geri qalmışlıqdır. Kişidə kişilik olmayandan sonra qoy yaşasın da. Nə zərəri var ki? Bu da planın başqa bir hissəsi. Planın son hissəsi isə “ehtiyat” hissə adlanır. Yuxarıda qeyd etdiyimiz kimi bu hissə əsil kişilər, başqa heç bir yolla arvadlaşmağı qəbul etməyən kişilərin barəsində həyata keçirilir.
zindanlar və terrorlar.
Bu da kişiləri zərərsizləşdirmənin başqa bir yolu. Bəzən bəzi kişilərin təhlükəsi o qədər çox olur ki, onları zindanda belə saxlamaq qorxuludur. Ona gərə də çarə terrordur. Bəzilərinə isə hələlik zindan kifayət edir...
Zərərsizləşdirilmək və susdurulmaq üçün zindana atılan kişi isə belə deyir:
Zindanlar dilimi susdura bilməz,
gəzdirin Zindandan zindana məni!
Məndən kölə olmaz, Allahınam mən,
Öldürün, qərq edin al qana məni!
İlqar Kamil FaktXeber