Faktxeber.com-un "aif.ru"-ya istinadən verdiyi məlumata görə, bu uşaq nadir əsəb hisslərinə malikdir. İki yaşlı Holli Klivlendin valideynləri üçün hər bayram, narahatçılıq üçün ciddi səbəb yaradır. İş orasındadır ki, onların qızları nadir əsəb pozğunluğundan əziyyət çəkir. Bu sevinc hissi ilə əlaqədar yaranmış həyacanla əlaqədardır. Məhz bu səbəbdən qızcığazın qəlbi dayana bilər. Məsələn qız, şam ağacı altında hədiyyə gördükdə onda, hipoksik refleks yaranır ki, bu da solğun bayılmaq kimi hallara gətirib çıxarır.
30 saniyə keçəndən sonra Hollinin ürəyi heç nə olmamış kimi döyünməyə başlayır, lakin valideynləri üçün bu yarım dəqiqə sonsuz bir əbədiyyətə çevrilir. "Mən bilirəm ki, onun qəlbi yenidən döyünəcək, lakin hər dəfə bu hadisə baş verdikdə, mən təlaş keçirməyə bilmirəm. Mənim yerimdə hər hansı bir ana olsa və qızının yarım dəqiqə boyu nəfəs almadığını görsə, o da mənim kimi vahimə içində olar. Bu olduqca dəhşətlidir"-deyə qızın anası bildirib. Həkimlər ürəyin yenidən döyünəcəyi barədə arxayınçılıq yaradıblar, lakin valideynlər təbii olaraq hisslərinə hakim ola bilmirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.