Britaniya monarxiyasının və aristokratiyasının Çində tiryək ticarətinə dərin cəlb olunmasına qarşı mübarizə 1874-cü il üçün qızışmağa başladı. “Tiryək Ticarətinin Dayandırılması Uğrunda İngiltərə-Şərq Cəmiyyəti” o vaxtkı aristokratiyaya çəkinmədən inadla hücum edir və öz hücumlarını qorxu-hürküsüz gücləndirirdi – bu, davam etdirməyimiz zəruri olan nümunədir. Cəmiyyət hesab edirdi ki, Çini çox böyük həcmlərdə tiryək idxal etməyə razı olmağa vadar edən “Syansin Müqaviləsi” Çin xalğına qarşı edilən nifrətəlayiq cünayət idi.
Güclü döyüşçü meydana çıxdmışdı – peşəsi vəkil olan Cozef Qrandi Aleksander (Joseph Grundy Alexander). O, 1866-cı ildə Britaniya taxt-tacının Çində tiryək siyasətinə qarşı güclü hücumun rəhbərliyini öz üzərinə götürdü. O, bu hücumun gedişində kral ailəsinin və aristokratiyanın bu ticarətdə iştirakını açıq-açığına vurğulayırdı. Aleksander Hindistanın, “taxt-tacın ziynətinin” bütün bu işdə əsl rolunu o vaxt ilk dəfə hamı qarşısında açdı. O, bunun günahını kimin üzərinə qoymaq lazım idisə, məhz onun da üzərinə – yəni, birbaşa monarxiyanın, üzdəniraq aristokratiyanın və onun Britaniya hökümətindəki nökərlərinin üzərinə qoydu.
“Tiryək Ticarətinin Dayandırılması Uğrunda İngiltərə-Şərq Cəmiyyəti” Aleksanderin təsiri altında öz üzərinə Hindistanın Benqaliya əyalətində tiryək laləsinin yetişdirilməsini tamamilə dayandırmaq öhdəliyini götürdü. Aleksander özünü cəsarətli və nöqsansız döyüşçü kimi göstərdi. Mübarizədə onun lider olması sayəsində narkoaristokratiya Aleksanderin kral ailəsini və onun müftəxorlarını açıq ifşa etməsi qarşısında çəkinərək, qətiyyətsiz hərəkət etməyə başladı; parlamentin mühafizəkarlardan, yunionistlərdən və leyboristlərdən olan bir neçə üzvü onu dəstəkləməyə başladı.
Kral ailəsinin üzvü və şəxsən özü də güclü oliqarx olan Lord Kimberli hədələyici çıxış edərək bildirdi ki, onun “milli ticarət” adlandırdığı işə qarışmaq üçün edilən istənilən cəhd kabinetin ciddi əks hərəkətləri ilə üzləşəcək. Aleksander və onun cəmiyyəti saysız təhdidlər qarşısında öz fəaliyyətini davam etdirirdi. Nəhayət, parlament Hindistanın İşləri üzrə nazir Lord Kimberlinin başçılığı altında “Tiryək Ticarətinin Təhqiqatı üzrə Kral Komissiyası”nı təyin etməyə razılıq verdi. Bu komissiyanın rəhbəri vəzifəsinə Lord Kimberlidən də çox uyğun olmayan şəxs tapmaq çətin ki, mümkün olaydı. Bu, məsələn, əgər Uorren Komissiyasına Dalles başçı təyin olunsaydı, buna bənzər bir təyinat idi.
Lord Kimberli ilk çıxışında mövqeyini belə nümayiş etdirdi ki, “Hindistan tiryəkindən gələn gəlirdən” imtina etmək barədə qətnaməyə razılıq verməkdənsə, o, yüksək vəzifəsindən istefaya gedər. Qeyd etmək lazımdır ki, “Hindistan tiryəkindən gələn gəlir” deyəndə, guya bütün ingilis xalqının rifahı üçün istifadə edilən pullar nəzərdə tutulurdu. Bu yalan, ölkənin nəhəng həcmdə qızıl və almaz ehtiyatlarının satışından gələn gəlirlərdə Cənubi Afrika xalğının payı olduğu kimi bir yalandır. Hindistan tiryəkindən gələn gəlir birbaşa aristokratların, oliqarxların və plutokratların seyflərinə girir və onları milyarder edirdi.
Rountinin “NARKOTİKLƏRLƏ İMPER TİCARƏTİ” kitabı (Rowntree, “The Imperial Drug Trade”), monarxiyanın tiryək ticarətində ilişib-qaldığını ictimaiyyətdən gizlətmək üçün baş nazir Qladston və onunla əlbir olan plutokratların yalanları, firildaqları, hər şeyi baş-ayaq qoymaları və təmizə çaxarmaları haqqında oxunaqlı hesabatdır. Rountinin kitabı – kral ailəsinin və ingilis aristokratiyasının tiryək ticarətinə çox dərin girişməsi, eləcə də çinli tiryək çəkənlərin dərdləri üzərində toplanan nəhəng varidatlar barədə informasiya dəfinəsidir.
“Tiryək Ticarətinin Təhqiqatı üzrə Kral Komissiyası”nın katibi Lord Kimberli özü tiryək ticarətinə dərin cəlb olunmuşdu, buna görə də o, həqiqəti axtaranların qarşısında yolları bağlamaq üçün əlindən gələn hər şeyi edirdi. Nəhayət, Kral Komissiyası ictimaiyyətin güclü təzyiqi altında belə bir təhqiqat üçün qapıları bir qədər açmağa məcbur oldu və beləliklə də, ölkənin ən yüksək vəzifəli simalarının tiryək ticarəti ilə məşğul olduğu və bundan çox böyük qazanc götürürdükləri məlum oldu. Lakin bu qapını çox tez çırpıb bağladılar və Kral Komissiyası şahid qismində bir nəfər də olsun ekspert dəvət etmədi. Komissiya bundan sonra absurd dərəcədə qısa bir müddət də işlədi, sonra isə öz fəaliyyətini ümumiyyətlə dayandırdı.
Bu dünyada hələ də qalan azadfikirli insanlar təkbaşına və ya kiçik qruplarla narkotiklərin ticarətinə mane ola biləcəklərini düşünürlərsə, onlar amansız səhvə edirlər. Onlar kokain və ya heroin ticarətinin hansı isə qolunu kəsə bilərlər, lakin başını heç cürə kəsə bilməzlər. Avropanın taclı kobraları və “şərqli liberal isteblişmentə” məxsus ailələr buna yol verməzlər. Buş administrasiyasının guya apardığı “Narkotiklətə qarşı müharibə” narkotiklərin BÜTÜN növlərinin və formalarının LEQALLAŞDIRILMASINA xidmət edir. Bu narkotiklər – sadəcə sosial xəstəlik yox, bizim planetin insanlarının şüuru üzərində nəzarəti ələ almaq və ya “Dolça Sui-qəsdinin” müəlliflərinin bu barədə dediyi kimi, “Birləşmiş Ştatlarda radikal dəyişikliklər meydana çıxarmaq”üçün edilən tammiqyaslı cəhddir. BU, TAMAMİLƏ GİZLİN TƏŞKİLAT OLAN KOMİTET 300-ün PRİNSİPİAL VƏZİFƏSİDİR.
Tiryək-heroin-kokain ticarətində heç nə dəyişməmişdir. Bu ticarət yenə də əvvəlki kimi Böyük Britaniya və ABŞ-ın “ali sinfinə” mənsub olan elə həmin ailələr tərəfindən aparılır. Bu, hələ də əfsanəvi gəlirli ticarətdir. Burada narkotiklərin hakimiyyətlər tərəfindən müsadirə edilməsi ilə vurulan sanki çox böyük ziyan, Nyu-Yorkda, Honkonqda və Londonda iclas zallarında portveyn və siqara masası arxasında “sadəcə izafi xərclər” kimi silinir.
Böyük Britaniyanın müstəmləkəçi kapitalizmi həmişə İngiltərədə oliqarxik feodal imtiyazlar sisteminin dayağı olmuşdur və bu günə qədər də belə qalmaqdadır. Cənubi Afrikanın kasıb, sadəlövh və Allahdan qorxan, Burlar kimi tanınan xalqı 1899-cu ildə Böyük Britaniya aristokratiyasının qana bulaşmış əllərinə düşəndə heç təssəvürünə də gətirə bilməzdi ki, Kraliça Viktoriyanın başladığı amansız müharibə, “Britaniya Ost-Hind Kompaniyası”nın Çində tiryək ticarətindən “bir göz qırpımında qamarladıqları varidatlarından” gələn ağlasığmaz nəhəng məbləğlərlə maliyyələşdirilir.
Komitet 300-ün üzvləri Sesil Con Rods, Barney Barnato (Barney Barnato) və Alfred Beyt (Alfred Beit) müharibəni təhrik və təşkil etdilər. Rods Rotşildlərin əsas agenti idi, Rotşildlər özləri isə pulu ilk növbədə tiryək ticarətindən qamarlayırdılar. Bu talançı, fırıldaqçı və yalançı adamlar – Rods, Barnato, Oppengeymer (Oppenheimer), Coel (Joel) və Beyt – burları tarixən onlara məxsus olan, onların doğma torpağının təkində yatan qızıl və aımazdan məhrum etdilər. Cənubi Afrikalı burlara ONLARIN qızılının satışından əldə olunan MİLYARDLAR VƏ MİLYARDLARLA dollardan heç nə çatmadı.
Komitet 300 bu nəhəng xəzinə üzərində nəzarəti çox tez öz əlinə keçirdi və öz üzvlərindən biri, Ser Harrı Oppengeymer vasitəsilə bu nəzarəti indi də saxlamaqdadır. Cənubu Afrikanın orta statistik sakini qızıl və almaz hasilatından adambaşına ildə 100 $ alır. MİLYARDLAR isə Komitet 300-ün bankirlərinə axır. Bu, tarixin annalllarında hərisliyin, talanın və millətin məhv edilməsinin ən iyrənc və rəzil hadisələrindən biridir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.