"Mənəvi Saflığa Dəvət" İctimai Birliyinin Uşaqlarla İş üzrə Sektoru müqəddəs Qurban bayramı münasibətilə azyaşlı uşaqlar üçün şənlik təşkil edib
18-11-2010 / 15:51
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin Uşaqlarla İş üzrə Sektoru müqəddəs Qurban bayramı münasibətilə azyaşlı uşaqlar üçün şənlik təşkil edib. Əvvəlcə İctimai Birliyin ofisində toplanan uşaqlara Qurban bayramı haqqında bilgilər verilib. Onlarla müxtəlif oyunlar keçirilib və uşaqların ifasında nağıllar səhnələşdirilərək tamaşalar oynanılıb.
Faktxeber.com-a “Mənəvi Saflığa Dəvət” İctimai Birliyi tərəfindən daxil olan məlumata görə, iki hissədən ibarət bayram şənliyinin ikinci hissəsi uşaqlar üçün xüsusi əyləncə mərkəzlərinin birində davam etdirilib. Əyləncə mərkəzinin uşaqlar üçün xüsusi oyun zalında müxtəlif atraksionlar uşaqların böyük sevincinə səbəb olub.
Bayram şənliyinin sonunda iştirakçı uşaqlara “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin bayram hədiyyələri təqdim edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.