
Əl Qaidəyə yeni qoşulanlara təlim keçən Evlaki, bir çox terror hadisələrində əli olduğu bildirilir. ABŞ, Evlakini məhv etmək üçün müxtəlif bəhanələr axtarır. ABŞ-da keçirilən federal məhkəmədə, Evlakiyə qarşı Obama rəhbərliyi tərəfindən ölümcül işgəncə verilməsi haqqında daxil olan şikayətlərə baxılıb.
Hökumətə bağlı vəkillər, Evlakinin Yəməndə təlim düşərgələri qurduğunu və əl Qaidə terror təşkilatı üçün yeni kadrlar hazırladığını bildirib. Noel bombasını partladan Ömər Faruk Əbdülmütəllibin bir il əvvəl reallaşdırdığı Detroit təyyarəsini partlatmaq əməliyyatında əli olduğu da bildirilir. ABŞ mətbuatında gedən xəbərlərə görə, Evlaki Obama rəhbərliyinin ölüm siyahısındadır. Ancaq Amerika Vətəndaş Azadlıqlar Birliyinin Evlakinin atası adından açdığı iddia ilə, ABŞ hökumətinin ölüm hökmünə qarşı çıxııb.
ABŞ qanunlarında milli təhlükəsizliyi pozmaq istəyən vətəndaşlara qarşı ölüm hökmünü verməsi müxtəlif şərtlər daxilində mükündür. Şikayətçilər, Evlaki üçün bu şərtlərin olmadığı deyirlər. Amerika Vətəndaş Azadlıqlar Birliyinin vəkilləri, heç bir cinayət məhkumu olmayan və bu günə qədər hökmü verilməyən Evlakini öldürmək istəyən Obama rəhbərliyinə, bu cür hökmün düzgünlüyünü beynəlxalq hüquqla ziddiyət təşkil etdiyini deyib.
MÜHAKİMƏSİZ EDAM SƏYİ
Hökumət vəkilləri 11 sentyabrdan sonra Konqresin həm Əfqanıstanda, həm də Yəməndəki əl Qaidəylə mübarizədə ölümdən istifadə edilməsini lazımlı gördüyünü və bunu təsdiqlədiyini bildirib. Vəkillər eyni zamanda, öldürmə iddialarının açıq iclasda aparılması nəticəsində milli təhlükəsizliyə aid əhəmiyyətli qaynaqların və metodların ortaya çıxa biləcəyini qeyd ediblər.
Digər tərəfdən, Amerika Vətəndaş Azadlıqlar Birliyinin vəkilləri bu yanaşmaya qarşı çıxıblar. Onlar bildiriblər ki, hökumət Evlakini heç bir iddia olmadan öldürmək əvəzinə, yenidən iddia qaldırıb istintaq aparsa, hökümətə məlum olmayan bəzi sirrlərin üstünü açıla bilər. Vəkil Camal Cəfər isə bildirib ki, hökumət, ölüm cəzasına səbəb olacaq heç bir sübut olmadan ölüm cəzasını həyata keçirmək istəyir.
Federal məhkəmədə iki saat davam edən proses, əl Qaidənin Yəməndəki qolunun təhdidlərinin artdığı günlərlə üst-üstə düşüb. Yəməndən Avropa və ABŞ-a göndərilən bombalı paketlər zərərsizləşdirilib. 2009-cu ilin avqust ayında Səudiyyə Ərəbistanı daxili işlər naziri Şahzadə Məhəmməd ibn Nayefə təşkil edilən müvəffəqiyyətsiz terror hadisəsindən sonra, ərəb yarımadasında da əl Qaidənin olduğu ortaya çıxdı.
ŞÜBHƏLİLƏRDƏN BİRİ OBAMA
Evlaki, əl-Qaidəyə qoşulan ilk ABŞ vətəndaşı deyil. 2002-ci ildə, əl Qaidəyə qatılan bir ABŞ vətəndaşı pilotsuz hava hücumları zamanı öldürülmüşdü. ABŞ-ın, Pakistan və Əfqanıstandakı əl Qaidə liderlərini vurmaq məqsədiylə təşkil etdiyi pilotsuz hava hücumalarının miqyası artıb. Amerika Vətəndaş Azadlıqlar Birliyi xüsusilə Evlakinin Yəməndə hədəfə alınmasına qarşı çıxıb. Təşkilat, silahlı qarşıdurmanın mərkəzi olan Əfqanıstan ilə sakitlik hökm sürən Yəmən arasında fərq olduğunu deyib. Silahlı qarşıdurma olmayan bölgələrdə ABŞ hökumətini, vətəndaşların haqqlarına göz yummamağa çağırıb. Bundab əlavə Amerika Vətəndaş Azadlıqlar Birliyi ABŞ konstitusiyanın dördüncü maddəsində, hökumətin vətəndaşlarına qarşı həddindən artıq güc istifadəsini, beşinci maddə isə mühakimə müddəti olmadan öldürülmənin qadağan etdiyini xatırladıb.
Hökumət vəkilləri, ABŞ-ın baş verə biləcək terror hücumlarına qarşı qorunması üçün hakimlərin verdikləri qərarı ABŞ başçısına və məsləhətçilərin öhdəsinə buraxmağın zəruri olduğunu deyiblər. Hal-hazıda ölüm hökmünü verən şəxslərin prezident Barak Obama, müdafiə naziri Robert Geyts və CİA rəhbəri Leon Panetta olduğunu deyirlər.
Yazı "Can US kill American-born cleric Anwar al-Awlaki? Judge to hear case." başlıqlı məqalədən götürülmüşdür.
Hazırladı: Emin Nəsirli