Türkiyə polisi, bu yunan qadın agentin axatrışındadır
29-10-2010 / 18:12
Faktxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, casusluqda şübhəli bilinən 12 nəfər dünən ədliyyəyə gətirilib. 4 nəfər prokurorluq tərəfindən azad edilib. Dünən təqaüddə olan polkovnik İbrahim Sezər, hərbiçilər Əkrəm Saltuk Baysal, Deniz Mehmet Irak, Burak Çetin həbs olunublar.
Casusluq şəbəkəsi, Marmaris-Aksaz Dəniz Hərbi komandirliyi, Dəniz Qüvvələri komandirliyi və Dəniz Hərb komandirliyinə aid qərargahlardan sənəd oğurlayıb. Sənədlər arasında təlimlər, əmliyyat planları olub. Yunanıstanla ola biləcək bir müharibənin planları da oğurlanan sənədlər arasındadır.
POLİS YUNAN QADIN AGENTİ AXTARIR
Amerika ilə Rusiya arasındakı agent Anna çapman kimi Türkiyə ilə Yunanıstan arasında gizli hərbi sənədləri oğurlayan qadın agent olub. Qadın agent sənədləri Türkiyədən Yunanıstana ötürüb.
YAXA KAMERASIYLA CASUSLUQ EDİLİB
Əməliyyatlar daxilində aparılan axtarışlarda gizli kamerayla çəkilən çox sayda görüntülər tapılıb. Kocaelidə olan Cengiz Topel birliyinə aid bütün yol və binaların görüntüləri də bunların arasındadır. Bundan əlavə anqarlar və içində olan təyyarələrdə gizli kamera ilə çəkilib. Agentlər bunu yaxalarına taxdıqları gizli kameralarla çəkdiyi bildirilir. Əməliyyatda elektronik hərb proyektinə aid sənədlər ilə milli təhlükəsizlik üçün çox əhəmiyyətli bir plan da tapılıb. Prokurorluğun sualına cavab göndərən baş qərargah, planın yüksək gizliliyə sahib olduğunu bildirib. Şəbəkənin məlumatları tək mərkəzdə toplanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.