MAFİYA BAŞÇISI ERMƏNİSTAN HAKİMYYƏTİNİN YAXIN DOSTU ÇIXDI
ABŞ-da fırdaqçılıqla məşğul olan erməni şəbəkəsinin lideri Armen Kazaryanın, Ermənistan prezidenti Serj Sarkisyanla yaxın təmasda olduğu bildirilir. Kazaryan Ermənistandakı son seçkilərdə Sarkisyanın rəqibini qorxutmaq üçün ABŞ-dan Yerevana səfər edibmiş
18-10-2010 / 13:31
Faktxeber.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın Kaliforniya, Nyu York, Corciya Nyu Mexiko və Ohayo ştatlarında ötən çərşənbə keçirilən əməliyyatlar nəticəsində onlarla fırıldaqçı həbs edilmişdi. Əksəriyyəti erməni mənşəli olan şübhəlilər ABŞ-ın səhiyyə sığortası sistemi "Medicares"i 35 milyon dollar aldadıblar. Əgər şəbəkə çökdürülməsə, bu rəqəm 163 milyon dollara çatacaqmış.
Şəbəkənin lideri 1998-ci ildə Los-Ancelesdə yaşayan "Pzo" ləqəbli erməni mafiya başçısı Armen Kazaryandır. Kazaryan, Ermənistan prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın (Saşik) ABŞ-dakı işlərini idarə edən adam olaraq tanınır. Ermənistan sabiq daxili işlər naziri Vano Sıradyeryan 1996-cı ildə mafiyaya qarşı müharibə elan etdikdən sonra Kazaryan ABŞ-a qaçmışdı. Ermənistana son gəlişində həbs olunan Kazaryan Saşikin xahişiylə azadlığa buraxılmışdı.
"ERMƏNİSTAN MAFİYA HÖKUMƏTDİR"
Müxalifətdəki "Erməni Milli Konqresi" (ANC) koordinatoru Levon Zurabyan isə Kazaryanın prezident Sarkisyan və sələfi Robert Koçaryan ilə yaxın təmasda olduğunu bildirib. Zurabyan bildirib ki, Kazaryan, 2008-ci il prezident seçkilərində Sarkisyanın rəqibi olan Levon Ter-Petrosyana qarşı müxtəlif cinayətləri həyata keçirib. Türkiyə ilə əlaqələrin düzəlməsini istəyən Ter-Petrosyan, seçkiləri saxtakarlıqla uduzduğunu iddia edirdi. Zurabyan həmçinin bildirib ki, "Ermənistan müxalifəti olaraq, beynəlxalq mafiya ilə əməkdaşlıq edən və özü də mafiya halına gələn bir hökumətlə mübarizə aparmalıyıq."
Rəsmi Yerevandan isə mafiya başçısı Armen Kazaryanın həbs olunmasıyla əlaqədar rəsmi açıqlama verilməyib. Ana müxalifət lideri Aram Sarkisyan isə, dərhal erkən seçkilərin keçirilməsini tələb edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.