Mərhum Türkiyə prezidenti Turqut Özalın həyat yoldaşı Semra Özal bildirib ki, "Mən həyat yoldaşımı zəhərlədiklərini düşünürəm". Faktxeber.com-un "Kanaltürk" telekanalına istinadən verdiyi məlumata görə, telekanalda "Mərkəz Siyasəti" proqramında telefonla əlaqəsi ilıə iştirak edən Semra Özal şok açıqlamalar verib.
- Təcili yardım olsaydı xəstəxanaya xərək ilə gətirilərdi. Qarsonu və köməkçisi qucaqlayaraq iş avtomobili ilə aparmışlar. Orada həkim yox idi.
- Xəstəxanaya iki nəfərin qollarında gətirildi. Bu kadrlar hələ də mövcuddur. Bir televiziya kanalında izlədim təcili yardım gəlsə idi xəstəxanaya xərək ilə gətirilərdi.
- Mən həyat yoldaşımın zəhərləndiyini düşünürəm.
- Turqut Bəyin həyatında yemədiyi iki şey vardı: Biri quru fasülyə digəri limonata.
- Kaya Toper və yanındakı iki nəfər koktey içməyə getmək üçün israr etdilər. İsrarlardan sonra oraya getdilər.
- Axşam evə gələndə ona yemək hazırlamışdım. Mənə bir şey yeməyəcəyini söylədi. Hər şey ondan sonra başladı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.