O gecə gecə nələr oldu? Yarılma nə üçün həyata keçirilmədi? Ailəsi nəyi istəmədi? GHTAnın növbətçi həkimi o gecənin sirrini açıqladı...
02-10-2010 / 13:42
Əhməd Özalın "Atamı keçmiş Milli Təhlükəsizlik Təşkilatı başçısı və keçmiş Xüsusi Hərb Dairə başçısı Sabri Yirmibeşoğlu öldürtdü" iddialarından sonra ötən gün Ankara Cümhuriyət Baş Prokurorluğu istintaqa başlayıb.
17 aprel 1993-cü ildə dünyasını dəyişən səkkizinci cumhurbaşqanı Turqut Özalın ürək çatışmazlığı diaqnozu ilə öldüyü açıqlanmış, ailəsinin istəmədiyi üçün yarılma edilmədiyi bildirilmişdi. GHTAda (Gülhanə Hərbi Tibb Akademiyasın - red) prezident Özal üzərində əməliyyat aparan qrupun içində olan prof.Dr. Mustafa Sarsılmaz, o günlərdə yarılmanın gündəmdə olmadığını söyləyərək, mətbuatda yazılan "Ailə icazə vermədiyi üçün yarılma aparılmadı" iddialarına açıqlıq gətirib.
Özalın öldüyü gecə Gülhanə Hərbi Tibb Akademiyasında növbətçi komandir olan prof.Dr.Mustafa Sarsılmaz "Özal ailəsi cəsədin çürüməməsi və morfoloji araşdırma aparmağı asanlaşdıran mumiyalama əməliyyatının edilməsini istəməmişdi. O vaxtlar yarılma gündəmdə deyildi. Yarılma ailənin icazəsiylə ola biləcəyi kimi, bir az da dövlət iradəsinə bağlıdır. Prezidentdən söz getdiyi bir hadisədə dövlət iradə ortaya qoyaraq yarılma əməliyyatlarını qətiliklə həyata keçirməli idi. İndi yenidən yarılma həyata keçirilə bilər, amma hüceyrələrin hamısı çürüyüb, yalnız sümüklər qalıb. Bu gün texnologiya inkişaf edib, ona görə də cənazədən bəzi nümunələr çıxardıla bilər. Dünya səviyyəsində olan toksikologiya mütəxəssislərini əməkdaşlığa çağıraraq nəticə əldə edəcək araşdırmalar aparıla bilər" - deyə bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.