Turqut Özalın oğlu atasına suiqəsd planı hazırlayanların ilk dəfə adlarını açıqlayıb
21-09-2010 / 18:00
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyənin 8-ci prezidenti Turqut Özalın oğulu Əhməd Özal, atasının ölümü ilə bağlı şok məlumatlar verib. Suiqəsd nəticəsində atasının öldürüldüyünü açıqlayan Əhməd Özal, bu işdə bir generalın da əlinin olduğunu bildirib. Türkiyənin "Habertürk" qəzetinə müsahibəsi zaman Əhməd Özal bildirib, "Atam ölkədə vəziyyət qarışmasın deyə bu adları açıqlamadı. Suiqəsdi hazırlayanlardan biri də dövrün MGK Mərkəzi Katibi və hərbi qüvvələrin generalı Səbri Yirmibeşoğlu olub. Bu adların hamısı Təhlükəsizlik və MİT-in arxivlərində var. Arxivlər açılsın hər şey aydın olacaq".
Nəzərinizə çatdıraq ki, Əmisi Korkut Özalın Turqut Özalın ölümündə Ergenekon izinin olduğunu bildirməsinə də münasibət bildirən Əhməd Özal, "Əgər arxivlər açılsa, atama qarşı hazırlanan suiqəsd hadisəsi ilə Ergenekon arasındakı əlaqələr aydın olacaq. Ölümlə suiqəsdin birğə araşdırılması lazımdır"-deyə Əhməd Özal bildirib.
Xatırladaq ki, Türkiyənin eks-prezidenti Turqut Özalın Bakıya səfərdən döndükdən az sonra sui-qəsdə məruz qalaraq öldürüldüyü barədə məlumatlar çoxdan yayılmışdı. Hətta bu məlumatı Türkiyənin polis əks-kəşfiyyatı idarəsinin keçmiş rəisi Bülənt Orakoğlu da təsdiqləçişdi. Keçmiş polis rəisi“Haberacanda” jurnalına müsahibəsində bildirmişdi ki, "Özala qarşı sui-qəsdi təşkil edən Türkiyənin yüksək rütbəli dövlət məmurudur: Mən bu adamın adını da bilirəm".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.