ABŞ əsgərləri Əfqanıstanda insan qətlə yetirib doğramaqla əylənirmişlər
09-09-2010
ABŞ əsgərləri Əfqanıstanda insan qətlə yetirib doğramaqla əylənirmişlər.
Faktxeber.com-un “ArmyWar” saytına istinadən verdiyi məlumata görə, Amerikanın Əfqanıstandakı kontingetində qulluq edən 12 əsgər Əfqan xalqına qarşı insanlığa sığmayan cinayətlər törədirmişlər. Onlar insanları vəhşicəsinə öldürdükdən sonra əyləncə məqsədilə onların barmaqlarını kəsib özləri ilə götürürmüşlər.
Qeyd edək ki, bir qədər öncə WikiLeaks saytı Amerikanın İraq və Əfqanıstanda törətdiyi geniş miqyaslı cinayətləri ifşa edən məlumatları dərc etmişdir ki, bu məsələ ABŞ hökümətinin sərt reaksiyasına səbəb olmuşdur və nəticə də saytın məsul işçisinə qadın zorlama iddiası ilə cinayət işi açılmışdır.