Amerikanın Vircinya ştatında əri və oğulluğunu öldürdüyünə görə ruhi çatışmamazlığı olan qadına ölüm hökmü oxunub
09-09-2010
Amerikanın Vircinya ştatında əri və oğulluğunu öldürdüyünə görə ruhi çatışmamazlığı olan qadına ölüm hökmü oxunub.
Faktxeber.com-un Presstv-yə istinadən verdiyi məlumata görə, Teresa Lewis adlı bu qadın 2002-ci ildə killer tutaraq əri və oğulluğunu öldürülməsində ittiham olunur. Teresa tutduğu 2 killerə 350 min dollar verərək bu cinayəti törədib. Onun vəkillərini sözlərinə Teresa üzərində aparılmış müayinələr onun ruhi xəstə olmasını sübut edir. Bununla belə məhkəmə onun barsəində ölüm hökmü çıxarıb.
Teresa Lewis sentyabrın 23-də edam oluncaq.
Təkcə 2008-ci ildə Amerikada 38 nəfər edam edilib.
Bu elə halda baş verir ki, ABŞ və Qərb ölkələri digər ölkələrdə olan edam hökmünə qarşı çıxır və bunu insan haqlarına zidd addım hesab edir.