Serbiya məhkəməsi beynəlxalq müharibə cinayətləri məhkəməsi tərəfindən axtarılan bosniyalı serblərin keçmiş lideri Ratko Mladiçin rəsmən ölü elan edilməsi tələbini rədd edib. Ailəsi Mladiçin xəstə olduğunu və 2003-cü ildən sonra heç yerdə görünmədiyini, bu şərtlər altında tibbi yardım almadan bu qədər uzun müddət yaşamasının mümkün olmayacağını bildirərək onun rəsmən ölü sayılması üçün məhkəməyə müraciət edib. Qeyd edək ki, məhkəmə iddianı rədd edib. Ailə qərardan apellyasiya şikayəti verməyib.
Mladiç 1995-ci ildə Srebrenitsada 8 min bosniyalı kişinin qətlə yetirilməsi və digər müharibə cinayətlərində iştirak ittihamı ilə axtarışdadır.