Məhəmməd peyğəmbərin (s) karikaturasını çəkən mükafatlandırılıb
09-09-2010
Almaniya kansleri Angela Merkel əziz İslam peyğəmbərini (s) bir vaxtlar təhqir etmiş və bütün İslam dünyasını hiddətləndirmiş danimarkalı karikaturaçının mükafatlandırılma mərasiminə qatılıb və nitq söyləyib. Dünyanın nifrət mənbəyinə çevrilmiş 75 yaşlı danimarkalı Kurt Vesterqaard “Avropada demokratiya və söz azadlığına verdiyi töhvələrə görə” iddialı KİV mükafatı alıb. Ən acınacaqlısı isə, Ramazan ayının öncəsində utanmadan müsəlman dünyasını təbrik edən Angela Merkelin həmin mərasimdə çıxış nitqi olub. “Vacib deyil ki, onun karikaturaları yaxşı olub, ya pis. Vacib deyil ki, onlar lazım idi, ya yox. Əsası budur ki, o bunu edə bilərdimi? Bəli, edə bilərdi!”, - deyə Vesterqaardın iyrənc əməli barədə danışan Merkel bəyan edib.
Xatırladaq ki, 2005-ci ildə Danimarkanın “Cilland-Posten” qəzetində Kurt Vesterqaardın Məhəmməd peyğəmbər (s) həsr olunmuş satirik rəsmlərinin dərcindən sonra böyük mübahisələr yaranmışdı. Daha sonra Avropanın 50-dən çox qəzeti bu rəsmləri dərc etmişdi. Müsəlman dünyası isə buna kütləvi nümayişlərlə etirazını çatdırmışdı. Daha sonra isə Danimarkanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə hücumlar olmuşdu. Nigeriya, Pakistan və Liviyada baş vermiş qarışıqlıqlarda isə onlarla insan ölmüşdü.
2008-ci ilin fevralında isə karikaturaçının rəsmləri yenidən dərc etməsi ilə ona qarşı sui-qəsd planlarının olduğu ilə bağlı məlumatlardan sonra Kurt Vesterqaard polsin mühafizəsi altındadır.