Demokratik Cəmiyyət Konqresi heyətiylə görüşən İraq prezidenti Cəlal Təlabani, terror təşkilatı PKK-ya sılahı yerə qoymağa çağırıb
09-09-2010
Faktxeber.com-un NTV telekanalına istinadən verdiyi məlumata görə, İraq prezidenti Cəlal Təlabani, terror təşkilatı PKK-ya silahı yerə qpymağı təklif edib. Kürd probleminin tək həllinin dialoq olduğunu qeyd edən Təlabani bildirib ki, demokratiya və insan haqqları sahəsində dəstək gündən günə artır. Bu konfrans sülh və demokratiya çərçivəsində təşkil edilib.
Konfransda PKK-nın silah yerə qoyması mövzusu müzakirə edilib.