Vladiqafqazın mərkəzi bazarında partlayış törədilib: 9 ölü var
Vladiqafqazın mərkəzi bazarında partlayış törədilib, xeyli sayda ölən və yaralanan var
09-09-2010
Bu gün Şimali Osetiyanın paytaxtı Vladiqafqaz şəhərinin mərkəzi bazarında partlayış törədilib. FaktXeber.com-un "İnterfax" agentliyinə istandən verdiyi məlumata görə, partlayış nəticəsində ən azı 9 nəfər ölüb, 50 yaralı var. Milis insanları bazarın ətrafından uzaqlaşdırmağa çalışır. Hüquq-mühafizə orqanları bunu ikinci partlayışın baş verə biləcəyi təhlükəsi ilə izah edirlər. Bazarın üstündə qatı tüstü müşahidə olunur.
Son məlumatlara görə, partlayış bazarın mərkəzi girişində baş verib. Bazara bitişik yaşayış binasının qarşısında saxlanmış avtomobil partladılıb. Bombanın gücünün 10 kq trotil gücündə olduğu ehtimal edilir. Şahidlər yaralıların sayının 10-dan artıq olduğunu bildirirlər.