ABŞ hәrbçilәrinin İraqdan çıxarılmasından sonra, ölkәdә qalan hәrbçilәrә qarşı hücumlar davam edir
09-09-2010
ABŞ hәrbçilәrinin İraqdan çıxarılmasından sonra, ölkәdә qalan hәrbçilәrә qarşı hücumlar davam edir. Duzhurmatı şәhәrindә 2 Amerika hәrbçisi hәlak olub. Ölkәdәki digәr hadisәlәr zamanı isә 9 nәfәr dünyasını dәyişib. Duzhurmatı şәhәrindә İraq ordu qüvvәlәrinә mәxsus hәrbi libas geyinmiş bir silahlı 2 Amerika әsgәrini öldürüb. Bağdad, Mosul vә Samarra şәhәrlәrindә törәdilәn hadisәlәrdә isә 7 nәfәr hәlak olub, onlarla şәxs yaralanıb. Bu arada, Kәrkükdә maşınlardan birinin içәrisindә 2 nәfәrin meyti tapılıb.