Ötən ay Bakıda baş verən oğurluq hadisəsinin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, avqustun 27-si saat 09.00 radələrində Aydınbəyov küçəsində yaşayan Qaryağdı Cabbarovun mənzilindən oğurluq edilib.
Zərərçəkənin şikayəti əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda təqsirli bilinən Günay Qasımova sentyabrın 8-də Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşları tərəfindən tutularaq barəsində araşdırma başlanılıb.