Azərbaycana məxsus "Tayfun" gəmisi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd idarəsinin əməkdaşları tərəfindən saxlanılıb
09-09-2010
Azərbaycana məxsus “Tayfun” gəmisi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Məlumata görə, gəmidə 10 Azərbaycan vətəndaşı olub. Gəmi sentyabrın 7-də tutulub. Baxış zamanı gəmidə 3000 kq nərə balığı, həmçinin xeyli balıqçı toru və ləvazimatları aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Araşdırmaların yekununda aşkar olunmuş balıq qanunvericiliyə uyğun olaraq məhv ediləcək.