Qondarma Abxaziya Respublikasının lideri Sergey Baqapş, Türkiyəyə rəsmi səfər etmək fikrindədir
09-09-2010
FaktXeber.com-un verdiyi məlumata görə, qondarma Abxaziya Respublikasının lideri Sergey Baqapş, Türkiyəyə səfər etmək istədiyini açıqlayıb. Abxaziyanın siyasi, iqtisadi və digər sahələrdə əldə etdiyi uğurlar barədə mətbuat konfransında çıxış edən Sergey Baqapş, Türkiyəyə səfər edəcəyini, lakin səfərin hansı vaxtda reallaşacağını bildirməyib. Qeyd edək ki, abxaziyalı lider çıxışı zamanı həmçinin bildirib ki, "Abxaziya dövlət başçısının 5 il ərzində bir dəfə də olsa Türkiyəyə səfər etməməsi düzgün deyil. Belə bir ziyarət reallaşmalıdır".