Putin prezidentliyə qayıdacağı barədə spekulyasiyalar güclənib
09-09-2010
Baş nazir Putin Qara Dəniz sahilində, Soçidə bir qrup xarici jurnalist və akademiklə görüşüb. Vladimir Putin müxtəlif mövzularda sualları cavablandırarkən narahat görünürmüş. Rusiyanın baş naziri Vladimir Putin, Leninin cəsədinin Qırmızı Meydandakı mavzoleydən çıxarılmasına tələsilmədiyni bildirib. Baş nazir Putin həmçinin prezidentliyə qayıdacağı barədə spekulyasiyaları qızışdırıb. Belə ki, o bu barədə jurnalistlərin verdiyi sualı cavabsız qoyub. Lakin baş nazir Rusiyadakı hökumət əleyhinə kiçik qrupları bilərəkdən polisi qəddarığa sövq etməkdə günahlandırıb. Onun sözlərinə görə, bəziləri sadəcə olaraq dəyənəklərlə döyülmək istəyir.
Rusiyada prezident seçkilərinə hələ bir il yarım var. Putin deyib ki, seçkilərə yaxın o və prezident Medvedev vaxt və vəziyyət nəzərə alınaraq kimin iştirak edəcəyinə dair qərar qəbul edəcəklər.