Brent markalı neftin 1 barelinin dəyəri isə 0,43 dollar və ya 0,5% bahalaşaraq 78,17 dollar olub
09-09-2010
Sentyabrın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,58 dollar və ya 0,7% artaraq 1 barelə görə 74,67 dollar təşkil edib. Sentyabrın 8-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,43 dollar və ya 0,5% bahalaşaraq 78,17 dollar olub.