Qətnamədə Gürcüstandakı münaqişələrin qurbanı olan qaçqın və məcburi köçkünlərin mülkiyyət hüquqlarının qorunmasının vacibliyi də vurğulanıb
08-09-2010
BMT Baş Assambleyası GUAM-ın təşəbbüsü ilə Gürcüstandakı münaqişələrə dair qətnamə qəbul edib. Qətnamədə qaçqın və məcburi köçkünlərin Abxaziya və Cənubi Osetiyadakı evlərinə qayıtmaq hüququ tanınıb. Qətnamədə Gürcüstanda münaqişələr nəticəsində demoqrafik durumun zorla dəyişdirilməsindən narahatlıq ifadə olunur. Baş Assambleya etnik mənsubiyyətindən asılı olmayaraq qaçqın və məcburi köçkünlərin və onların nəsillərinin Gürcüstan ərazisindəki, o cümlədən Abxaziya və Cənubi Osetiyadakı evlərinə qayıdaraq yaşam hüququnun bərpa edilməsini istəyib. Qətnamədə Gürcüstandakı münaqişələrin qurbanı olan qaçqın və məcburi köçkünlərin mülkiyyət hüquqlarının qorunmasının vacibliyi də vurğulanıb.