Faktxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Səhiyyə Nazirliyi rəsmisi Mustafa Ertek, bu günə qədər 5 mahalda 7 yoluxma hadisəsinə rast gəlinib. "Qərbi Nil" virusuna yoluxanlardan 3-2ü həyatını itirib.
"QƏRBİ NİL" VİRUSU NƏDİR?
"Qərbi Nil" virusu, ilk olaraq 1930-cu ilin sonlarında Afrikada yayılıb. Daha sonra Asiya, Avropa, Orta Şərq ilə Şimal və Cənub Amerikada yayılıb. Ağcaqanadların virus daşıdığı bölgələrə getmək və ya o bölgələrdə yaşamaq "Qərbi Nil" virusuna yoluxmaq riskini artırır.
"Qərbi Nil" virusu, yazın sonlarına doğru daha çox yayılır. Cənub iqlimlərində yaşayan insanlar, bütün il boyu infeksiyaya yoluxmaq riski ilə qarşı-qarşıyadırlar.
NECƏ TƏDBİR GÖRƏK
"Qərbi Nil" virusundan qorunmaq üçün xüsusilə xəstə quşlara diqqət yetirilməlidir. Ağcaqanadların daha çox uçduğu saatlarda, xüsusilə gün sonunda, gecə qaranlığında çöldə gəzməkdən çəkinmək lazımdır. Ağcaqanadların çox sahələrdə uzun qollu köynək və şalvar geyilməsi tövsiyə edilir. Dəri üzərinə ağcaqanad qovucu dərman sürtülməsi təklif edilir.
DÜNYADA ÖLƏNLƏRİN SAYI ARTIR
Digər tərəfdən Yunanıstanda keçən ay yayılan "Qərbi Nil" virusu səbəbiylə həyatını itirənlərin sayı 18 nəfəri olmuşdu. Yerli mətbuatda gedən xəbərlərdə, "Qərbi Nil" virusuna yoluxanların sayının 177 nəfər olduğu bildirlir. Xəstəliyin Rumıniyada da görüldüyü və ölümlərə gətirib çıxardığı qeyd edilib. Rusiyanın bəzi bölgələrində virusa yoluxanlar və ölənlər olduğu bildirlir.