İki yığma komanda arasında yoldaşlıq görüşü keçirilib
08-09-2010
Dünən Avro-2012-nin seçmə mərhələ oyunları ilə yanaşı yoldaşlıq görüşləri də keçirilib. Günən ən maraqlı qarşılaşması son Dünya çempionu İspaniya yığması ilə Argentina seçmə komandası arasında baş tutub.
Bu görüşdə cənubi amerikalılar rəqiblərini böyükhesablı məğlubiyyətə uğradıb – 4:1. Argentina yığma heyətində Messi, İquain, Tevez, Aquera fərqlənib.
İspaniya seçmə komandasının heyətində isə təsəlli qoluna Lorente imza atıb.