
Azərbaycan yığması xalqımıza növbəti futbol faciəsini yaşadıb. Millimiz Berti Foqtsun oyundan əvvəlki möhtəşəm "motivasiya"sının nəticəsi olaraq, Köln səfərindən 6 topla qayıdır. Meydanda 90 dəqiqə nə etdiyini bilməyən Foqtsun komandası, matçın 57-ci dəqiqəsində həmin toplardan birinin əvəzini çıxa bilib. Bəli, qapıçı Manuel Noyerin əli ilə öz qapısına saldığı qolun altına Rail Məlikovun adının yazılması və Əskişəhir camiəsinin oyununu maraqla izlədiyi kapitan Rəşad Sadıqovun yığmada avtoqol hesabını açması, Almanya faciəsinin əsrarəngiz məqamlarındadır.
Oyunu bütün futbolsevərlər televiziya vasitəsi ilə izlədiyindən, geniş şərhə ehtiyac görmürük. Sadəcə bu matça hazırlıq və sərgilənən futbol komedyasına görə, Berti Foqtsun bir öncə Azərbaycandan rədd olub getməsini ölkə futbolunun gələcyi baxımından faydalı hesab edirik. Və bütün Azərbaycan mediasından, futbol azarkeşlərindən Qurban Qurbanovun təcili yığmanın sükanı arxasına keçməsi istiqamətində aksiyalara başlamaqlarını xahiş edirik!
ALMANİYA - AZƏRBAYCAN 6:1
Baş hakim: Markus Strömberqsson (İsveç)
Hakim köməkçiləri: Stefan Vittberq, Fredrik Nilson, Daniel Stalhammer (hamısı İsveç)
Hakim-inspektor: Stefan Ormancev (Bolqarıstan)
UEFA nümayəndəsi: David Georgi Kollins (Uels)
Köln. “Raynenerqiştadium” stadionu
QOLLAR: Vestermann, 28, Podolski, 45, Kloze, 45+1, 90+2, Sadıqov, 53-ız qapısına, Badştuber, 86 - Məlikov, 57
ALMANİYA: 1. Manuel Noyer, 4. Saşa Rieter, 6. Sami Hedira, 7. Bastian Şvaynştayger (19. Kakau, 80), 8. Məsut Özil, 10. Lukas Podolski, 11. Miroslav Kloze, 13. Tomas Müller (21. Marko Marin, 61), 14. Holger Badştuber, 16. Filip Lam (k), 17. Per Mertezaker (5. Heyko Vestermann, 12).
Ehtiyat oyunçular: 22. Rene Adler, 9. Stefan Kisslinq, 18. Toni Kroos, 23. Mario Qomes.
Baş məşqçi: Yoahim Löv
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 2. Rail Məlikov, 3. Saşa Yunisoğlu (13. Vurğun Hüseynov, 58), 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov, 8. Aleksandr Çertoqanov (6. Rəşad Sadiqov, 64), 9. Samir Abbasov, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (22. Araz Abdullayev, 85), 18. Maksim Medvedev.
Ehtiyat oyunçular: 23. Səlahət Ağayev, 16. Amit Quluzadə, 19. Rahid Əmirquliuyev, 20. Fabio Luis Ramim.
Baş məşqçi: Berti Foqts