ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
AZƏRBAYACAN İQTİDARI DİALOQDAN NİYƏ QAÇIR? | POLŞADA DONVURMADAN 62, RUMINİYADA 5, İTALİYADA İSƏ 16 NƏFƏR ÖLÜB | MÜƏLLİMLƏRİN İŞƏ QƏBULUNDA YENİLİK OLACAQ | İSVEÇRƏDƏ SOYUQ REKORD HƏDDƏ ÇATIB | ÇİN AVROPA BİRLİYİNİN QƏRARINA ETİRAZ ETDİ! | ABŞ VƏ ƏRƏB BİRLİYİ SURİYADA TERROR ƏMƏLİYYATLARINI ARTIRMAĞA QƏRAR VERİB | KİTABXANA RƏHBƏRLƏRİNƏ XƏBƏRDARLIQ EDİLDİ | MERKEL SARKOZİNİ DƏSTƏKLƏYİB | BU GÜN YUNANISTANDA TƏTİL ELAN OLUNUB | ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR |

Bizimlə Əlaqə
Foto Xəbər
BU GÜN ŞƏHİD MÜBARİZİN DOĞUM GÜNÜDÜR
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

"HAKİM PARTİYA ƏHALİNİN TALAN OLMUŞ VAR-DÖVLƏTİ HESABINA MALİYYƏLƏŞİR"

Fuad Qəhrəmanlı: "Hakim partiya açıqladığı hesabatla yalançı və korrupsioner fəaliyyətlərini ört-basdır etməyə

"ÖLKƏDƏ VƏZİYYƏT PREZİDENTİN SÖYLƏDİYİ KİMİ DEYİL"

DCUMH-un yığıncağında ölkə prezidenti İ. Əliyevin Almaniyada verdiyi telemüsahibəyə və siyasi məhbuslarla əlaqədar b<

"AZƏRBAYCANDA POLİS DƏYƏNƏYİNƏ SÖYKƏNƏN BİR RAHATLIQ VAR"

Əhməd Oruc: "Əhalinin böyük bir hissəsi indiki rejimdən və öz vəziyyətindən narazıdır"

RUSİYA NÜMAYƏNDƏSİ: "ƏDƏBLİ OL, YOXSA QƏTƏR XƏRİTƏDƏN SİLİNƏR"

Rusiyanın BMT nümayəndəsi bu sözləri Qətərin baş nazirinə söyləyib

HAKİMİYYƏTİN QARABAĞLA BAĞLI ƏN CİDDİ SƏHVİ

Cəmil Həsənli: "İstər Minsk Qrupu, istər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar 20 illik müddət ərzind&

Sorğu

HANSI KANALLAR DAHA OBYEKTİV XƏBƏR YAYIMLAYIR

AzTV
İctimai TV
ANS
Xəzər TV
Lider TV
ATV
Space TV
Xarici TV-lər
Heç biri

Nəticələr

Ən Çox Oxunanlar

n JİRİNOVSKİNİN EŞŞƏK QAMÇILADIĞI REKLAM ROLİKİ ƏN ÇOX İZLƏNİLƏNLƏR SIRASINDADIR
n SURİYANIN BİRİNCİ XANIMI ƏSMA ƏSƏD SUSQUNLUĞUNU POZDU
n BU GÜNDƏN HAVA ŞƏRAİTİ KƏSKİN PİSLƏŞƏCƏK
n ÖLKƏDƏ ELMƏ SİFARİŞ YOXDUR
n İTALİYALI KAPİTANA 2 MİN 697 İL HƏBS CƏZASI TƏLƏB EDİLDİ
n POLİS RƏİSİNİN KÖMƏKÇİSİ İŞ OTAĞINDA ÖLDÜ
n BU GÜN MİLLİ QƏHRƏMAN ŞƏHİD MÜBARİZİN DOĞUM GÜNÜDÜR
n YOL POLİSİ SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDİB
n TÜRKİYƏDƏ GÜLLƏLƏNƏN PROKUROR ÖLDÜ

Ən Çox Şərh Olunanlar

 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

 POLİSLƏRİMİZİN 20 YANVAR GÖRÜNTÜLƏRİ

Populyar teqlər

Get Adobe Flash player

 

 
 
 
EDOARDO ANİELLİ KİM OLUB?
 
 
Haqqında söhbət açacağım bu əhvalatı oxuduqca sizi də mənim kimi təəccüb və həyəcan bürüyəcək. Içinizi sükunətdə saxlayacaq ötən yüz ilin əqidə seçimində yaşanan bu faciə bir çoxlarını şoka saldı


07-09-2010


Bookmark and Share


 
Doğru əqidə seçimində milyardlarla dollarından, böyük həcmli varislik hüququndan imtina edən, İtaliya klanında yüksək mənsəbə malik əbədi təminatlanmış bu şəxs sonunda şiəlik əqidəsini qəbul etdiyi üçün böyük təzyiqlərə, mənəvi, maddi sıxıntılara məruz qaldı. Onun əlindən alınan hüquqları ilə xristianlığın mərkəzi olan Italiyada getdikcə daha çox dərinləşən inamından təhlükəyə düşənlər son qərar olaraq onun qətli üçün plan hazırladılar.

Beləcə 2000-ci il noyabrın 15-i ötən illərin qış oyunları keçirildiyi Turin şəhərində İtaliyanın qeyri-rəsmi şahı sayılan məşhur Aniellilər klanının tək varisi, şiə əqidəli Eduardo Anielli gözlənilmədən özünü hündürlüyü 100 metrdən artıq olan körpüdən atıb öldürdü. Ilkin baxışlara əsasən hadisə Avropada hər gün minlərlə özünə qəsd edən şəxslərin aqibətindən heç nə ilə fərqlənməsə də, məsələ araşdırıldıqca yeni müəmmalar bir çox qaranlıq məqamları ilə bu ölüm hadisəsinin yeni faktlarını üzə çıxardı. Iki ilə yaxın heç bir araşdırmaya yol verməyən Anielli klanının qoca sahibi, senator Covanni Anielli oğlunun ölüm hadisəsini araşdıran müstəqil araşdırmaçıların, bir çox jurnalistlərin həbs olunmasına təşkilatçılıq etdi.

2000-ci ildə Italiyanın "Yuventus" və Ingiltərə klublarından biri arasında futbol oyununun başlanğıcında Anielli klanının tək varisi Eduardo Aniellinin vaxtsız ölümünü bir dəqiqəlik sükutla yad olundu və klan başçısı Covanni Anielliyə başsağlığı verildi. Onun gözlənilməz ölümü Italiyada rezonans doğursa da Italiya mətbuatında bu hadisə birmənalı qarşılanmadı. Belə ki, onların bir çoxu Eduardonun narkotika düşkünlüyü nəticəsində özünə qəsd etdiyini yazır, bəziləri onun artıq bir dəfə ruhu xəstəlikdən əziyyət çəkdiyindən bunu intiharın səbəbi kimi göstərirdilər. Hadisənin motivlərini bu günə qədər üzə çıxarmayan prokuror Vapsini isə hadisəni araşdırdığını deyirdi.

Hadisədən sonra Eduardonun körpüdən düşüb öldüyü ərazi polis işçiləri tərəfindən nəzarətə alınır. Hadisəni işıqlandırmaq istəyən kütləvi informasiya vasitələrindən heç biri əraziyə buraxılmır. Oradan götürülən predmetlər gizlədilir, cəsəd isə ekspertizadan keçmədən ertəsi gün Aniellilər ailəsinə məxsus qəbristanlıqda dəfn olunur, bununla da bu mövzuya son qoyulur.

Bir müddət müstəqil jurnalistlər bu hadisəni araşdırmağa çalışsalar da Aniellilərin sərt təzyiqilə üzləşdikdən sonra bunu özünəqəsd qiymətləndirərək öz yazılarına son qoyurlar. Lakin bu söhbətlər səngimə ərəfəsində ikən Iran-Italiya müştərək saytlarının birində yayılan məlumat hamını şoka saldı. Məlumatda bildirilirdi ki, Eduardo Anielli şiəliyi qəbul etdiyinə görə təzyiqlər nəticəsində öldürülmüşdür.

Nəhayət 2003-cü ildə bir qrup Iranlı jurnalistin araşdırması hadisəni tam araşdıraraq həqiqət simasını cilvələndirdi.

Eduardo Anielli! O, kim idi?

 Eduardo, Italiyanın varlı sahibkarlarından biri, qeyri-rəsmi şah adlandırılan Aniellilər klanının ən nüfuzlu şəxsi senator Covanni Aniellinin oğludur. O, 1954-cü ildə, yanvar ayının 6-da Amerikanın NyuYork şəhərində dünyaya gəlib. Anası fransız, atası italyandır. Orta təhsilini Italiyanın Turin şəhərində alan bu gənc ali təhsilini London şəhərində şərq fəlsəfəsi istiqamətində davam etdirmişdir. Qeyri-adi istedadı sayəsində bir çox nailiyyətlər əldə etmiş və doktorluq dərəcəsinə qədər yüksəlmişdir.
Ailənin özünə gəlincə isə Aniellilər ailəsi Italiyanın ən varlı ailələri arasında öncül olaraq böyük maliyyəli bizneslə məşğul olan klandır. Dünyanın bir çox ölkələri ilə müqavilələri olub onlara avtomobil ixrac edən "Fiat" firması da Aniellilər ailəsinə məxsusdur. Eyni halda bir çox zavod və fabriklərə malikdirlər. Vertalyot istehsal edən böyük zavod, böyük sahələri əhatə edən əkinçilik kompleksləri və məşhur "Yuventus" futbol klubu da bu ailənin maliyyələşdirdiyi qurumlardandır.

Eduardo varlı təbəqənin xüsusiləşmiş ailəsində dünyaya gəlsə də var-dövlət və əyləncəyə o qədər də meylli olmur. Elə uşaq yaşlarından elmə olan böyük marağı sonradan onu fəlsəfəylə maraqlanmağa sövq edir. Elə fəlsəfə də onu özünün dərinliklərinə çəkir. O, daha sonralar fəlsəfi məktəblər daxilində yaranan ideoloji mübarizələri və təriqətlər arasındakı fərqləri araşdırmaqla məşğul olur. Eduardonun məşhur klan daxilində ən böyük məşğuliyyəti əsası babası tərəfindən 100 il öncə qoyulan "Yuventus" futbol klubunun oyunlarında iştirak edib ona azarkeşlik etmək olur. O, hətta bir müddət klubun rəhbərliyini də öz üzərinə götürür. Oyunçularla daimi münasibüt və bərabərlik nümayiş etdirərək onlarda ruh yüksəkliyi yaradır. Lakin bu, onun araşdirmaları üçün ayırdığı vaxtı məhdudlaşdırdığı üçün futbola rəhbərlik etməkdən əl çəkməli olur. Həyatının son günlərinə qədər dini araşdırmalar və təriqətlər haqqında elmi baxışların təhlili ilə məşğul olur. O, eyni halda insan hüquqlarının müdafiəsi yönündə də çalışır.

Bu, onun həyatı haqqında ictimaiyyətə təqdim olunan qısa məlumat idi. Onun ölümü isə müəmma dolu bir aləm olduğu üçün bir qrup müstəqil Iranlı jurnalist onu araşdırmağa başlayır və heç bir çətinliyə baxmayaraq indi sizə təqdim edəcəyimiz faktları üzə çıxara bilirlər.

 Beləcə, Eduardo Aniellinin şəxsi münasibətləri, dostları, onu tanıyanlar. Hadisəni Iranın Italiyadakı səfiri Məhəmməd Həsən Qədiri nəql edir: Bazar gügü olduğu üçün səfirlik işləmirdi. Mən öz otağımda idim. Aşağıdan zəng vurdular ki, bir nəfər səfirlik mənsublarından biri ilə görüşmək istəyir. Mən səfirliyin  bazar günü işləmədiyini xatirladıb onun sabah müraciət etməsini istədim. Lakin qapıçı gələn şəxsin "Allah bütün bağlı qapıları açandır" söylədiyini bildirəndə maraqla aşağı endim. 25 yaşlı hündürboylu gənc özünü təqdim etdi: Eduardo Anielli.
Mən onun məşhur klanla hər hansı bir əlaqəsinin olduğunu soruşduqda o, senator Covanni Aniellinin tək oğlu olduğunu söylədi. Bu, təbii ki, məni çox təəccübləndirdi. Çünki bu ailə Italiyanın siyasi-iqtisadi həyatında xüsusi rol oynayırdı...

Eduardo öz araşdırmalarının qaranlıq qalan tərəflərinə cavab tapmaq üçün səfirliyin bu işdə ona kömək etməyini xahiş edir. Bununla da Iran səfirliyi ilə Eduardonun sıx əlaqələri başlayır...
 
Bu əlaqələr arxasında gizlənən araşdırmaların anlaşılmaz tərəflərinə cavab axtaran Anielli bu işdə ona köməkçi olmalarını istəyir. Iran Italiya Islam hərəkatının üzvləri iki qardaş olan Hüseyn və Məhəmməd Abdullahi qardaşlarının Eduardo arasında olan dostluqları bu xatirələr qoynunda maraqlı faktları üzə çıxardı.

Doktor Hüseyn Abdullahi: O, dinlər haqda geniş araşdırmalar aparır, maraqlı tədqiqatlar nəticəsində müəyyən təhlillər edirdi. Məhz bu araşdırmaların nəticəsi olaraq o, şiə əqidəsini qəbul etmişdi. Euardo hələ 20 yaşında (1974) ikən bir gün universitet kitabxanasında kitablar qarşısında əlinə Qurani-Kərim çıxır. Böyük maraq dairəsində olduğu Quranın mənəvi dünyasından zövq alan Eduardo Islamın zəngin din olması düşüncəsini öz içində bir daha təsdiqləyir.

O dövrün Iranın Italiyadakı səfirliyinin mədəniyyət şöbəsinin başçısı Salman Səfərinin söylədikləri: Onun səfirliyə gəlməsinə təəccüb etdim. Xristian təriqətli Anielli klanı və Iran Islam Respublikasının səfirliyi? O, məndən məsələ olaraq öyrənmək istədiyi fikir olduğunu bildirdi. Bunun nədən ibarət olmasını soruşduqda o, qəbul etdiyi şiə əqidəsini hər kəsə bildirməli olduğunu və  ya gizli saxlanmaqda günah olub olmadığını  bilmək istəyirdi. Bu barədə mən onun azad olduğunu, heç bir məcburiyyət olmadığını söylədim. O isə bu işin gizli qalmasının daha çox əhəmiyyət kəsb etdiyini bildirdi.

Şiə araşdırmaçısı Fəxrəddin Hicazi: Mənə bir gəncin mənimlə görüşmək istədiyini dedilər. Biz görüşdüyümüz zaman o, şiə əqidəsi haqqında müxtəlif şeylər soruşdu. Mən isə onun sorğularını lazımi qədərincə cavablandırmağa çalışdım. Sonda o, bu haqq dini qəbul etdiyini bildirdi. Lakin məndən xahiş etdi ki, onun bu əqidəni qəbul etməsini kimsəyə söyləməyim. O, getdikdən sonra mən onun kimliyininn soruşduqda onun məşhur senator Covanni Aniellinin oğlu Eduardo olduğunu bildirdilər. O, şiəliyi qəbul etdikdən sonra adını dəyişdirib Hişam qoydu. Əlbəttə, bu barədə yalnız ona yaxın olanlardan savayı heç kəs bilmirdi.

 Eduardo Aniellinin İran Inqilabının rəhbəri İmam Xomeyni ilə görüşü haqqında Ayətullah Rəfsəncani öz kitabında yazırdı: "Iranda baş tutan görüşdə onlar Islam dünyasının problemlərindən danışdılar. Gələcəkdə düzəldilməsi mümkün olan işlər haqqında fikir mübadiləsi apardıllar."

Sonralar Eduardo, İmam Xomeyni ilə olan görüşünü həyatının bütünlüklə dəyişməsində xüsusi rol oynadığını deyirdi. Bəlkə də bu səbəbdən də Eduardo, İmam Xomeyninin qucaqlayıb öpdüyü ilk və son xarici vətəndaş idi.
 
Bu hadisədən xəbər tutan Italiya mediası Eduardonun İmam Xomeyni tərəfindən tilsimləndiyini yazdı. Bu yazılarda onun Islamı qəbul etməsi əsla qeyd olunmurdu. Təbii ki, bu xəbər senator Aniellini heç də sevindirmədi.

Turin şəhəri az qala bütövlüklə Anielli klanına məxsus idi. Bu klana aid olan bir çox zavod, fabrik, şirkətlərdə şəhər əhalisinin 70-80%-i işlə təmin olunmuşdu. Lakin təəccüb doğuran hal bu ailənin yeganə oğlu və varisi Eduardonun Islamı, xüsusilə də şiə əqidəsini qəbul edəndən sonra onun maddi çətinlikdə boğulması idi. O, təhqir olunur, böhtana məruz qalır, hətta həbs də olunurdu.

Doktor Hüseyn Abdullahi deyir: O, heç bir şey istəmir, durumundan şikayətlənmirdi. Eduardo sıxılır, əzilir, təhqir olunurdu.

Onun hər nəyi vardısa əlindən alınmışdı. Lakin o, əqidəsi naminə buna dözürdü.

Katolik xristianlığın beşiyi sayılan Italiyada klanın nüfuzunu qorumağa çalışanlar, başda Covanni Anielli olmaqla Eduardoya təzyiq göstərirdilər. Imkanları əlindən alınmaqla ona anbaan təzyiq artırdı. Getdikcə səfalət həddinə qədər enən Eduardo bunu əqidəsi yolunda bir imtahan adlandırırdı. Təzyiqlər isə davam edirdi.
 
Onun dostları bildirirdilər ki, Turin şəhərinin yuxarı ətrafında yerləşən Aniellilər qəsri heç bir ictimai nəqliyyat vasitəsinin keçə bilmədiyi ərazi olduğu üçün burada gediş-gəliş yalnız xüsusi nəqliyyatla mümkün idi. Bu baxımdan da Eduardo çox çətinlik çəkirdi. Şəxsi maşını olmadığı üçün evə taksi ilə gələrkən yol haqqını dostları ödəyirdi. Lakin o, təmkinli olmağa çalışır, təbəssüm edir və Allah yolunda iradəli olmağın önəmli bir şərt olduğunu söyləyirdi.
 
Senator Covanni Aniellli Eduardonu bu yolla əqidəsindən döndərə bilməyəcəyini görüb yeni bir təzyiqə əl atacaqdı. Onun bu dəfəki təzyiq vasitəsi Eduardonu ruhi xəstəxanaya yatırması oldu.
 
Eduardo  yəhudilərdən ibarət tibb heyətinin əlində bir gün öldürüləcəyini deyirdi. O, bu imtahana da dözdü.

Aldığı şərq fəlsəfəsinin elmi incəliyi, qəbul etdiyi Islam dininin mənəvi təfəkkür genişliyi və dostlarının əlaqələri onun tam sağlam olmasına əsas verərək ruhi xəstəxanadan çıxmasına kömək oldu. Xəstəxanadan çıxandan sonra dostları ona ölkəni tərk etməyi tövsiyə etdilər. Onun Irana getməsi daha məqsədəuyğun göründü. Lakin çox çalışsalar da Anielli klanı buna imkan vermir. Hətta Iran hava yolları da Eduardonun bu ölkəyə getməsini təmin edə bilmir. Səbəb isə Covanni Aniellinin bu işə qoyduğu açıq qadağa idi.

80-ci illərin sonu əqidə baxımından atası ilə yaranan konfliktlərin ardınca və Italiyanın nüfuzlu orqanlarının Eduardonun Islamı qəbul etməsini duyduqdan sonra senator Covanni Eduardo Anielli son addımını atdı. O, tək varisi, ailəsinin tək övladı Eduardonu varislikdən rəsmi surətdə məhrum edir. Bu addımına bir neçə şeyi əsas səbəb gətirsə də Islam bütün bunların fövqündə dururdu. Klan işlərinin idarə şurası Eduardonun bibisi oğlunu varis olaraq elan edir. Eduardo bu xəbəri eşidəndə bibisi oğluna məktub yazaraq varisliyə görə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayır.

 Eduardonun bundan sonrakı həyatı dini problemlərin həlli, ac və səfillərin acınacaqlı həyat tərzinin yaxşılaşdırılması istiqamətində davam edir.  O, bir çox şəhərlər gəzir, Iran-Italyan cəmiyyətinin xətti ilə yardımlar göstərir. 1990-cı ildə o, Keniyaya, Xose Marina şəhərinə yollanır. Bu çəhərin ən kasıb məhəllələrində yaşayan müsəlman zəncilərlə görüşür, onların taleyi, yaşayış tərzləri haqqında maraqlanır. Burada qalmaq Eduardo üçün yerli camaatla daha yaxın ünsiyyət qurmağa əsas verirdi.
Bir gün o, məhəlləni dolaşarkən qonşuluqda onunla bərabər yaşayan iki avstraliyalinin elə küçədəcə narkotik maddə qəbul etdiyini görür. Onlara yaxınlaşan Eduardo bu əməlin Allah tərəfindən mənfi olduğunu söyləyir, eyni halda başqalarına da mənfi təsir qoyacağını bildirir.  Bu hadisədən bir gün sonra isə klan tərəfindən qurulan oyunla həmin iki avstraliyalını həbs edən polis işçiləri qonşu evdə yaşayan Eduardonu da həbs edirlər. Ittiham olaraq bildirirlər ki, guya o, həbs zamanı əlində olan 300 qram narkotik maddəni pəncərədən həyətə atıb. Beləliklə Eduardo, avstraliyalılar ilə birlikdə həbs olunur.

Qısa bir müddətdə Italiya mətbuatı Eduardonun narkotika ilə məşğul olan düşgün narkoman olduğunu yazırlar. Oğlunun nüfuzunu guya qorumağa qalxan Covanni Anielli Keniyaya gəlir və Eduardonu Italiyaya qayıtmasını , bu işin isə vəkillər tərəfindən yoluna qoyulacağını təmin edəcəyini bildirir. Ancaq Eduardo bununla razılaşmır. Özü bu işlə məşğul olacağını, həqiqi adını bərpa edəcəyini bildirir.

Məhkəmədə şahid qismində olanlar Eduardonun narkotikanı pəncərədən atdığını iddia edirlər. Belə olan halda Eduardo onu həbs etdikləri yerə aparmağı və şahidlərin bu hadisəni gördükləri kimi göstərmələrini xahiş edir. Bu xahişi qəbul edən müstəntiqlər şahidlərlə birlikdə müttəhimi hadisə yerinə gətirirlər. Həmin evin sahibi göstərilən pəncərənin artıq neçə ildən bəri bağlı olduğunu və açılmasının mümkün olmadığını deyir. Məhz danılmaz fakta əsaslanandan sonra Eduardo azadlığa buraxılır. O, Turinə qayıdır.

1997-ci ildə Eduardonun varisliyə təyin olunmuş bibisi oğlu qəflətən dünyasını dəyişir.
 
Bundan sonra Covanni Anielli, qızının milliyyətcə yəhudi olan ikinci ərindən dünyaya gəlmiş oğlunu Con Elkonanı varis təyin edir. Lakin birinci varislikdən fərqli olaraq Eduardo kökü yəhudi olan Conun varisliyini çox sərt qarşılayır, kəskin surətdə bildirir ki, varislik hüququnu geri qaytaracaq. Pulun heç zaman əsas məqsəd deyil, yalnız vasitə olduğunu deyən 46 yaşlı fəlsəfəçi Eduardo öz hüquqlarını müdafiə etməyə qalxır.

Getdikcə işin mürəkkəbliyini görən dostları ona ehtiyatlı olmağı məsləhət bilirlər. O isə deyirdi: Nə qədər ki, atam sağdır, mənə heç bir şey edə bilməzlər.
 
O, öldürüləcəyini bilirdi.
 
Hüseyn Abdullahi: Onun ölümündən bir həftə qabaq biz bir yerdə idik. Mən ertəsi gün Irana gedəcəyimi ona dedim. O da getmək istəyirdi. Bir an düşünüb yaxın zamanda Irana gələcəyini bildirdi.
 
Hüseyn Abdullahi ilə son görüşündə yaxın müddətdə Irana gələcəyini, bu ölkədən siyasi sığınacaq alıb yaşayacağını, dini-elmi mərkəz olan Qum şəhərində dini təhsilini davam etdirəcəyini söyləmişdi.

Hüseyn Irana yola düşəndə o, növbəti görüşlərinin Iranda olacağına inanırdı.
 
Lakin onların son görüşündən bir həftə sonra 2000-ci il noyabr ayının 15-i General Franko adına körpünün üstündə Eduardoya məxsus avtomobilin qapıları açıq halda durduğunu görən Fiat şırkətinin işçilərindən biri Frankini maşınından düşür. Eduardonun maşınına yaxınlaşır.
 
Maşında heç kəsin olmadığını görəndə maraq və həyəcanla yaxınlıqdakı maşın təmiri məntəqəsinə gəlir. Heç bir şey öyrənə bilməyib yenidən geri qayıdır. Ətrafı gəzir və 100 metr hündürlükdən aşağı, çınqıllıqların üstündə Eduardonun cəsədini görəndə dəhşətlə qışqırır.
 
Ölüm xəbəri sürətlə yayılır. Başqalarından fərqli olaraq həmişə Eduardonun əhatəsində olan azsaylı əqidə dostları bu hadisənin mümkünsüzlüyünü deyirdilər.

Eduardonun yaxın dostlarından birinin araşdırmaları və göstərdiyi faktlar çox maraqlı idi.
 
Bu faktlar Eduardonu başqa yerdə öldürüb cəsədini özünəqəsd kimi körpüdən atıldığını təsdiqləyirdi.
 
Bu işlə məşğul olan prokurorluq isə nəinki işin gedişini izləməyi, hətta bu barədə maraq göstərənləri də təzyiqə məruz qoyurdu.
 
Beləcə Aniellilər klanına məxsus böyük mafiya Eduardonun ölüm faktını özünəqəsd kimi qiymətləndirərək bu işi bitmiş hesab etdilər. Turindən 40 km aralıda, Aniellilərin şəxsi qəbristanlığında yalnız yaxın ailə üzvlərinin iştirakı ilə Eduardo xristian təriqətilə dəfn olundu.

Baş verən hadisə xristianlığın ürəyi sayılan Italiyada cərəyan etdiyindən şiə təriqətli insanın qətlə yetirilməsi danılmaz bir fakt idi.

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

03/02/2012 - 16:42 MİLYONDA BİR RAST GƏLİNƏN XƏSTƏLİKLƏR

n

02/02/2012 - 14:36 HƏYATIMIZDA BAŞ VERƏ BİLƏCƏK FƏLAKƏTLƏRİN QARŞISINI ALMAQ ÜÇÜN NƏLƏRƏ DİQQƏT ETMƏLİYİK?

n

30/01/2012 - 15:49 FACEBOOKUN KÖHNƏ DİZAYNINA NECƏ QAYIDAQ?

n

30/01/2012 - 13:12 BÜDCƏ VƏSAİTLƏRİNİ MƏNİMSƏMƏK ÜÇÜN NÖVBƏTİ TƏLƏ

n

28/01/2012 - 10:32 YASAMAL BAZARI YERLƏ-YEKSAN EDİLDİ

n

27/01/2012 - 17:08 QIRMIZIDƏRİLİLƏR DƏ ORTA ASİYALI İMİŞ

n

27/01/2012 - 15:30 NEMƏT PƏNAHLININ EVİNƏ BİR AYDIR İŞIQ VERİLMİR

n

26/01/2012 - 14:55 1,5 MİLYARDA DOLLAR HARA XƏRCLƏNİB?

n

19/01/2012 - 11:11 OSMANLI PADŞAHLARININ BƏZİLƏRİNİN UŞAĞININ OLMADIĞINI BİLİRDİNİZMİ?

n

18/01/2012 - 17:54 ƏSİR VƏ GİROVLARIMIZDAN NƏ XƏBƏR VAR?

n

18/01/2012 - 10:26 ERMƏNİSTANDAKI AZƏRBAYCANLI ƏSİRLƏRDƏN CANLI DONOR KİMİ İSTİFADƏ OLUNURMUŞ

n

14/01/2012 - 13:31 ABŞ-ın QUANTANAMO SİMASI

n

13/01/2012 - 15:41 "OĞLUM PEYVƏNDDƏN SONRA AUTİZM XƏSTƏLİYİNƏ TUTULUB" - Foto

n

12/01/2012 - 14:58 AVROPANIN ƏN BAHALI HOTELLƏRİ AZƏRBAYCANDAYMIŞ!

n

12/01/2012 - 11:40 GEY-PARAD MÜZAKİRƏLƏRİ GƏRGİNLİYƏ SƏBƏB OLDU!

n

11/01/2012 - 13:32 İTALİYA MAFİYASININ İLLİK GƏLİRİ 140 MİLYARD AVRODUR

n

10/01/2012 - 17:43 AZƏRBAYCAN PAYTAXTINDA "QOLUBOY"LAR 4 GÜN MİTİNQ KEÇİRƏCƏKLƏR!

n

30/12/2011 - 16:21 2011-Cİ İLİN ƏN YAXŞI PC OYUNLARI

n

29/12/2011 - 12:37 PKK TERROR TƏŞKİLATININ DİNİ BATAQLIĞI

n

27/12/2011 - 17:45 BMT-nin YENİ QANUNU AZƏRBAYCANI NƏYƏ VADAR EDƏCƏK?!

n

24/12/2011 - 12:32 ƏLCƏZAİR SOYQIRIMI - Made in France

n

23/12/2011 - 16:45 DİKTATORLARIN SƏKKİZ SİRRİ

n

23/12/2011 - 16:45 FRANSANIN TÖRƏTDİYİ SOYQIRIMLAR

n

23/12/2011 - 16:06 AZƏRBAYCANIN ABORT BƏLASI

n

23/12/2011 - 13:10 KXDR-in YENİ RƏHBƏRİNİN 10 HOBBİSİ

n

22/12/2011 - 11:44 FƏLƏSTİNLİ BUŞRA İSRAİL HƏBSXANASINDAN DANIŞIB

n

19/12/2011 - 16:07 CƏLLAD HƏYATA KEÇİRDİYİ EDAMLAR BARƏDƏ DANIŞDI

n

12/12/2011 - 10:00 DİNİ ƏDƏBİYYATIN 200 MANAT CƏRİMƏDƏN 5 İLƏDƏK DƏYİŞƏN CƏZASI

n

09/12/2011 - 15:17 "ALTI DÜŞÜNCƏ PAPAĞI" ÜSULU NƏDİR?

n

08/12/2011 - 10:33 PREZİDENTİN MAAŞI MÜƏLLİMİN MAAŞINDAN 61 DƏFƏ ÇOXDUR

n

07/12/2011 - 15:43 MAFİYA TARİXİ BARƏDƏ BİLMƏDİKLƏRİMİZ

n

05/12/2011 - 15:15 MİSİR SEÇKİLƏRİ İSRAİLİ ƏMƏLLİ-BAŞLI QORXUYA SALIB

n

01/12/2011 - 15:31 UŞAĞIN ÇÖPÜ QALMIŞDI, ÇÖPÇÜ ÇIXARTDI - İKİ FƏRQLİ MÖVQE

n

01/12/2011 - 15:37 "TÜRKİYƏNİN ƏN AZI 10 ATOM BOMBASI VAR"

n

28/11/2011 - 11:48 QISIRLAŞAN VƏ QISIRLAŞDIRILAN DƏRMANLAR

n

19/11/2011 - 11:43 "JALƏ"DƏN YALANÇI HƏDİYYƏLƏR KAMPANİYASI

n

19/11/2011 - 10:42 "RASTAMOŞKA"DA VAHİD PƏNCƏRƏ NƏYİ DƏYİŞİB?

n

16/11/2011 - 17:22 QOBİ SƏHRASINDAKI OBYEKTLƏRİN SİRRİ NƏDİR?

n

16/11/2011 - 11:11 ERMƏNİ TERROR TƏŞKİLATLARI

n

14/11/2011 - 12:16 SON BİR İLDƏ NEÇƏ NƏFƏR MÜSƏLMAN OLDU?

n

09/11/2011 - 15:35 SAAKAŞVİLİ HÖKUMƏTİ TÜRKLƏRİN BAŞINA OYUN AÇIR

n

05/11/2011 - 14:27 BOŞANANLARIN SAYINI AZALTMAQ ÜÇÜN NƏ EDƏK?

n

04/11/2011 - 15:17 HƏR 80 DƏQİQƏDƏ BİR NƏFƏR ABŞ HƏRBÇİSİ İNTİHAR EDİR

n

31/10/2011 - 10:42 2018-cı İLƏ QƏDƏR AVROPADA MÜHARİBƏ OLACAQ

n

29/10/2011 - 15:39 SAATLARIN ÇƏKİLMƏSİNİN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

n

24/10/2011 - 12:00 DİKTATORLARIN DƏRS ÇIXARMASI LAZIM OLAN HƏYAT HEKAYƏLƏRİ

n

22/10/2011 - 13:26 ÖLKƏNİN QAZ GƏLİRLƏRİ GİZLƏDİLİR!

n

18/10/2011 - 11:52 BİZ NƏ İÇİRİK?

n

17/10/2011 - 10:48 YENƏ ŞİKAYƏT, YENƏ TƏHSİL NAZİRLİYİ

n

14/10/2011 - 17:35 GENİNİ DƏYİŞDİRMƏK İSTƏMƏYƏNLƏRİN NƏZƏRİNƏ!

n

13/10/2011 - 13:39 DÜNYANIN ƏN BAHALI 100 BRENDİ -2

n

12/10/2011 - 17:57 DÜNYANIN ƏN BAHALI 100 BRENDİ -1

n

12/10/2011 - 10:47 İŞ DƏFTƏRLƏRİNİN PULU KİMİN CİBİNƏ GEDİR?

n

10/10/2011 - 17:09 ÇİN MODELİNDƏN NƏ GÖTÜRMƏK OLAR?

n

10/10/2011 - 10:40 DİREKTORUN VALİDEYNDƏN İSTƏDİYİ PULLARIN SİYAHISI

n

04/10/2011 - 16:40 ATOM STANSİYALARI VƏ ONLARIN İŞİ BARƏDƏ BİLMƏDİKLƏRİMİZ

n

04/10/2011 - 15:38 ƏSGƏRİN DİAQNOZU və NASİST HƏKİM

n

03/10/2011 - 13:36 BU ÖLKƏDƏ YAŞAMAQ HAVAYIDIR!

n

30/09/2011 - 14:31 MƏKTƏBİ SİNİFDƏ QALA-QALA BİTİRƏN TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİ

n

28/09/2011 - 14:27 MARKS ÖZÜ KAPİTALİST OLUB

n

27/09/2011 - 17:22 DÜNYANIN ALINAN VƏ SATILAN KƏŞFİYYATÇILARI - 2

n

26/09/2011 - 10:10 AZƏRBAYCANDA ÇÖRƏK İSRAF ELƏMƏYİN SƏBƏBİ NƏDİR?

n

23/09/2011 - 16:40 ALMANİYADA RUS CASUSLARI KABUSU

n

21/09/2011 - 12:59 MÜASİR HƏYATI RƏDD EDƏN QƏBİLƏ

n

20/09/2011 - 14:34 DÜNYANIN ALINAN VƏ SATILAN KƏŞFİYYATÇILARI - 1

n

17/09/2011 - 14:31 3 ÇEÇENİN QƏTLİNDƏ MARAQLI DETALLAR

n

17/09/2011 - 12:12 PARTİYA SƏDRİNİN ADI NAZİRİN "MAAŞ CƏDVƏLİ"NDƏ

n

15/09/2011 - 10:10 PAYTAXTDA AVTOBUS DAYANACAĞI OYUNU

n

14/09/2011 - 11:05 BULVARDAKI KAFEDƏ YƏHUDİ İZİ

n

12/09/2011 - 15:36 HƏR İL 1,5 MİLYON İNSAN NİYƏ ÖLÜR?

n

07/09/2011 - 17:47 KRALİÇANI ÖLDÜRƏN KREM

n

07/09/2011 - 15:59 ABŞ-ın TROYA ATI

n

06/09/2011 - 17:17 DOĞUM TARİXİ PEŞƏ SEÇİMİNƏ TƏSİR GÖSTƏRİR

n

03/09/2011 - 11:44 DİKTATORLARIN SARAY HƏYATI

n

01/09/2011 - 15:35 DÜNYANIN ƏN TƏHLÜKƏSİZ AVİAŞİRKƏTLƏRİ

n

25/08/2011 - 16:47 ABŞlı MÜSƏLMANLARA QARŞI QEYRİ-QANUNİ TƏQİB

n

24/08/2011 - 16:10 ERMƏNİ QƏDDARLIĞI VƏ SAXTAKARLIĞI

n

24/08/2011 - 13:14 WİKİLEAKS HARA GETDİ?

n

24/08/2011 - 10:41 MƏRKƏZƏ 1 MİLYARD, TƏHSİL OCAQLARINA 20 MİLYON

n

22/08/2011 - 18:24 TARİXİN ƏLİ QANLI DİKTATORLARI

n

22/08/2011 - 16:47 MÜRİDLƏRİNƏ 57 DUYĞU VƏD EDƏN TƏRİQƏT

n

19/08/2011 - 16:29 MİLYARDLARI OLAN MƏHŞURLA BU TƏRİQƏTƏ ÜZV OLUR -1

n

17/08/2011 - 14:15 ÖZƏL ALİ MƏKTƏBLƏRİN ÖZƏL QİYMƏTLƏRİ

n

13/08/2011 - 14:46 TUĞRA NƏDİR?

n

11/08/2011 - 13:52 TÜRKİYƏDƏ CƏLLAD QƏBİRSTANLIQLARI İTİB

n

10/08/2011 - 15:38 ƏN GÜCLÜ ALMAN AVTOMOBİLLƏRİ

n

06/08/2011 - 13:48 ERMƏNİSTANIN QURTULUŞU ÜÇÜN GİZLİ ERMƏNİ ORDUSU

n

05/08/2011 - 12:38 XARİCDƏ ERMƏNİLƏŞƏN AZƏRBAYCANLILAR

n

04/08/2011 - 18:25 ALMANİYA ÜÇÜN BAŞLADILAN I DÜNYA MÜHARİBƏSİ

n

01/08/2011 - 13:08 AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN YARANMASI

n

30/07/2011 - 13:23 MASAZIRDAKI "BADAM VİLLA"LAR KİMƏ MƏXSUSDUR?

n

29/07/2011 - 10:33 RAMİZ HƏSƏNOVLA ŞAHİN MUSTAFAYEVİN YOXLAMA DAVASI

n

26/07/2011 - 11:06 ƏRDOĞANIN BAKI SƏFƏRİNİN GİZLİNLƏRİ

n

25/07/2011 - 18:10 İNDİ DƏ SKYPE AZƏRBAYCAN ƏRAZİSİNİ TƏHRİF EDİB

n

25/07/2011 - 17:17 TÜRK MƏTBUATI AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDDİNDƏN YAZDI

n

15/07/2011 - 19:02 POMPEY - ÖLÜ ŞƏHƏRİN İBRƏTAMİZ HEKAYƏSİ

n

14/07/2011 - 13:21 HACI İBRAHİM BARƏDƏ ŞOK İDDİA YAYILDI

n

12/07/2011 - 11:06 "AKKORD"un "GƏNCLİK" MƏŞƏQQƏTİ DAVAM EDİR

n

09/07/2011 - 11:57 QAFQAZ İSLAM ORDUSU (I YAZI)

n

7/7/2011 - ERMƏNİLƏRİN SİYASİ TERRORLARI - DAŞNAKSÜTUN (V-yazı)

Günün Sitatı
CƏMİL HƏSƏNLİ
"İstər Minsk Qrupu, istər Avropa Birliyi, istərsə də digər beynəlxalq təşkilatlar 20 illik müddət ərzində bir şey edə bildilər. Onlar Azərbaycanın boynuna qoydular ki, münaqişə dinc yolla həll olunacaq"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

GEY SEVGİSİ
Aqil Mehdi
aqilmehdi@gmail.com

1 000 000 İNSAN ÖLÜR, AMMA 1 NƏFƏR AĞLAMIR...
Emilya Tağıyeva

"İMİC" XƏSTƏLİYİ, YAXUD QEYRƏTSİZLİYİN TƏBLİĞİ
Xəyal Şükür

PENSİYALAR 30 MANAT AZALDILSIN!
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

SƏNİN VƏ MƏNİM ŞƏHƏRİM
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

VAXTSIZ VERİLMİŞ SUAL
Cəfər Talıb

TƏQAÜD ƏHVALATLARI
 
Türk yazarlar
Meryem Tuna

TÜRKİYE ALEYHİNDEKİ OYUN
Fuat Türker

DÜNYALIK PEŞİNDEKİ DİN ADAMLARI
İbrahim Akın

Tek Sanatçı Olan Allah, Sani Sıfatıyla Dilediği Kulunda Tecelli Eder
 
Arxiv



 
Sayğac


Fakt Xəbər FACEBOOK-da
 

 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dərc olunan materilların mətninə görə sayt heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.

 
 
2009 FAKTXƏBƏR   www.faktxeber.com
faktxeber@gmail.com
Müəllif hüquqları qorunur
Dizayn :Networkbil.net