Ançelotti ilə Mourinyo İtaliyada birgə çalışdıqları vaxt aralarında soyuq münasibət yaranmışdı
07-09-2010
İngiltərənin “Çelsi” klubunun italiyalı baş məşqçisi Karlo Ançelotti həmkarı Joze Mourinyo ilə bir-birlərinə hörmət etdiklərini, lakin dost olmaqlarının mümkünsüzlüyünü bildirib. Məlumata görə, Ançelotti ilə Mourinyo İtaliyada birgə çalışdıqları vaxt aralarında soyuq münasibət yaranmışdı. Lakin “Milan”ın keçmiş çalışdırıcısı o vaxt “İnter”in sükanı arxasında olan Mourinyo ilə soyuqluğun arxada qaldığını bəyan edib. Bununla yanaşı, italiyalı mütəxəssis hazırda “Real”ın baş məşqçisi olan həmkarı ilə yaxın dostluq münasibətləri qurmasının mümkünsüzlüyünü də diqqətə çatdırıb: “O, tarixə düşmüş bir adam. A seriyasında çalışdığımız günlərdə yaşadığımız kiçik soyuqluq artıq arxada qalıb. Amma düşünmürəm ki, onunla nə vaxtsa dost olum”.