New Yorkda bir teatr bağlanılıb. Kentukidə məktəblər tətil edildib. Denverdə bir kitabxana dağılıb. San Fransiskoda turistlərin qaldığı çox sayda otel boşaldılıb. Bütün bunların səbəbkarı, gözlə görünməyən kiçik bir böcəkdir. Yataq böcəkləri yəni "taxtaqurdları", ABŞ-da sürətlə yayılır və heç kim bunun qarşısını ala bilmir
07-09-2010
Faktxeber.com-un Hüriyyət qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Kolorado əyalətində yaşayan Cenifer Burkart adlı qadın, 2008-ci ilin fevral ayında ailəsiylə birlikdə "Roki Mountain" milli parkında iştirak edən Estes Parkına getdi və hər il seçdikləri otelə yerləşdilər. Ancaq tətilin ilk səhəri, dörd uşaqlarından ən kiçiyi bədəninin bir çox yerində qızartı və qaşınıtı ilə oyanıb. Əvvəlcə böcəkdən şübhələnən ailə, daha sonra qızartıların kiçik dişləmələrdən əmələ gəldiyinin çahidi olublar. Burkart ailəsi iki günlük tətillərindən sonra evlərinə qaydıblar. Ancaq uşaqların hamısının bədənin qızartıları müşahidə ediblər. Bütün ailə heç görmədiyi böcəklə belə tanış olmuşdular.
BÖCƏK İSTİLASI
Təxminən bir ay sonra, bənzər çətinlikləri yaşayan ailə yataqlarını tərsinə çevirdi. Yatağın altında epidemiyaya işarə edən ləkələr var idi. Böcəklər gəzdikləri hər yerdə iz buraxmışdılar.
Evə böcək mütəxəssisləri çağırıldı, hər yer axtarıldı, amma böcəklərlə necə mübarizə edəcəklərini tapa bilmədilər. Sonda bütün siyirtmələrdəki ən kiçik əşyaya qədər hər yer boşaldıldı, şübhəli görülən hər əşya zibilliyə atıldı və ev təmizləndi.
ZƏFƏR
Ailə geridə qalan böcəklərlə mübarizə aparmaq üçün yeni bir nizam-intizam qurmaq məcburiyyətində idi. Hava yataqlarda yatmağa başlayan Cenifer və ailəsi, hər səhər evdən çıxmamamışdan əvvəl böcəklərdən xilas olmaq üçün duş alırdılar.
Ağcaqanad və yataq böcəkləri ilə yaşayan ailə bu böcəklərin çox asan yayılmaq xüsusiyyətinə malik olduğunu anladılar. Uşaqlarını dostları ilə oynamağa qoymadılar, heç kəsi evlərinə qonaq çağırmadılar.
Beləcə yataq böcəklərini öldürmək səyi üç ay davam etdi. Ancaq böcək şirkətindən xüsusi icazə lazım idi. Çünki ölmək bilməyən parazit üçün istifadə edilən kimyəvi maddə anormal miqdarda idi.
Kimyəvi dərmanlamadan sonbra Ceniferin əri əşyaları boşalmış otaqlarda yatırdı. Sonda, beş ay davam edən mübarizədən sonra son dərmanlama edildi və ailə böcəklərin məhv olduğuna inandı. Geriyə yarı boşalmış bir ev qaldı. Cenifer daha sonra bildirib ki, bəli, böcəklərdən xilas olduq, amma bu bizim üçün heç də gözəl bir xatirə olmayacaq."
Qeyd edək ki, ABŞ-ın bir çox ştatları gözlə gözlə görünməyən bu kiçik böcəklərdeən hələ də əziyyət çəkirlər. Burkart ailəsi isə böyük çətinliklərdən sonra bu kiçik böcəklərin istilasından qisməndə olsa xilas oldu.