İspaniyada ETA terror qruplaşması silahli mübarizəni dayandırır
07-09-2010
Bask separatçı-terror qruplaşması-ETA, silahlı mübarizəni dayandırır. Bu barədə təşkilatın internet vasitəsilə yaydığı video-müraciətində deyilir. Video görüntüdəki maskalı 3 şəxs, təşkilatın İspaniya hökuməti ilə dialoqa hazır olduqlarını da bildiriblər. Onlar Bask-ın müstəqilliyini siyasi yolla əldə etmək istədiklərini deyiblər. Lakin müraciətdə silahlı mübarizənin müvəqqəti və ya tamamilə dayandırıldığına dair məlumat verilmir. Rəsmi Madrid ETA separatçı qruplaşmasının bu bəyanatına münasibət açıqlayıb. Ölkənin daxili işlər naziri Alfredo Peres Rubalkaba bildirib ki, ETA tamamilə zorakılıqdan əl çəkməlidir. 1959-cu ildən fəaliyyət göstərən Bask separatçı-terror qruplaşması indiyədək 825 nəfərin ölümünə səbəb olub.