Əgər qitə futbol qurumu bunu haqlı saysa, marsellilər ÇL-nin qrupundan kənarlaşdırılacaq
06-09-2010
Fransanın “Marsel” klubunun Çempionlar Liqasının cari mövsümündə iştirakına problem yaranıb.Son ölkə çempionunun gələn həftə start götürəcək ÇL-nin qrup mərhələsində iştirakı sual altındadır. Buna səbəb “Marsel”in “Nitsa” klubu ilə hücumçusu Loik Reminin keçidi ilə bağlı transfer razılaşmasını yerinə yetirməməsidir. “Nitsa” bununla bağlı UEFA-ya rəsmi şikayət edəcək. Əgər qitə futbol qurumu bunu haqlı saysa, marsellilər ÇL-nin qrupundan kənarlaşdırılacaq. Qeyd edək ki, “Marsel” İngiltərənin “Çelsi”, Rusiyanın “Spartak” və Slovakiyanın “Jilina” klubu ilə bir qrupa düşüb.