Bakının Nəsimi rayon ərazisində ucuz məktəbli yarmarkası keçirilib
06-09-2010
Bu gün paytaxt Bakının mərkəzində ucuz məktəbli yarmarkası keçirilib. Şəhərin Nəsimi rayonu ərazisində yerləşən Bakı Tikiş Fabrikinin yaxınlığındakı ticarət mərkəzində keçirilən yarmarkada xeyli insan iştirak edib. FaktXeber.com-un müxbiri hadisə yerində olarkən izdihamlı valideyn və məktəbli kütləsi ilə üzləşib.
“BTE” məktəbli dünyası ticarət mərkəzinə gələn valideynlər tez bir zamanda öz övladları üçün çanta, məktəbli geyimi almaq fikrində olub. Valideynlərin sayının çoxluğu ticarət mərkəzində əməlli-başlı basırıq yaratmışdı. Qeyd edək ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarmarkada Bakı Tikiş Fabrikinin məhsulları arasında, məktəbli geyimləri, çantalar və başqa vəsaitlər var idi.