Fransanın "Le Monde Diplomatique" qəzeti dünyadakı ən böyük ikinci kəşfiyyat bazasının İsraildə olduğunu ortaya çıxarıb
06-09-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Fransada nəşr olunan məşhur "Le Monde Diplomatique" qəzeti, İngiltərənin Yorkshire şəhərindəki Amerika-İngiltərə birgə kəşfiyyat bazasından sonra ən böyük kəşfiyyat bazasının İsraildə olduğunu yazıb.
Nəcəf Səhrasında yerləşən bazada böyüklü-kiçikli 30-dan çox peyk antenası var. Bu antenalar sayəsində Orta Şərqə, Avropaya, Afrikaya, Asiyaya edilən telefon zəngləri və göndərilən e-poçtlar ələ keçirilib deşifr edilə bilir.
Stansiyada dövlətlər, beynəlxalq və siyasi təşkilatlar, xarici şirkətlər də izlənilir. Fərqli ölkələrdəki İsrail səfirliklərinin bu bazayla xüsusi əlaqələri var.
Bu sistem üzərindən toplanan kəşfiyyatlar, daha sonra İsrail ordusu ilə İsrail kəşfiyyat orqaznı Mossada göndərilir. Bazanın Aralıq dənizidəki bütün gəmilərin, xüsusilə Qəzzaya doğru gedən yollardakı danışıqlara da davamlı nəzarət etdiyi bildirilir. "Mavi Mərmərə" gəmisindəki danışıqların da buradan dinlənildiyi iddia edilir.