Azərbaycan prezidenti İlham Əliyevin, Xankəndində Azərbaycan bayrağı yüksələcəyinə bağlı sözlərinə Ermənistanda açıqlama gəlib
06-09-2010
Faktxeber.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin, Xankəndində Azərbaycan bayrağı yüksələcəyinə bağlı sözlərinə Ermənistan xarici işlər naziri köməkçisi Şavarş Koçaryandan cavab gəlib. O keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın Xankəndində bayrağı dalğalanmasının bir yolu var, qondarma Dağlıq Qarabağı (DKC) tanımalı və Viyana konvensiyasına uyğun olaraq diplomatik əlaqələr qurmalıdır. Qarşılıqlı müqavilələr əsasında diplomatik nümayəndəliklərin açılmalıdır. Ancaq bundan sonra səfirlik binasında bayrağın ucaldılmasına icazə verərik.
Koçaryan çıxışı zamanı bildirib ki, çox təəssüf ki, Azərbaycan rəhbərliyi atdığı bu addımlarla, özünün çox gözlədiyi o günü uzaqlaşdırır.