İngilis kəşfiyyat xidməti MI6-da işləyən 25 yaşlı Dainel Houghton, gizli xidmətdə işləyən 387 agentin şəxsi məlumatlarını Hollandiya kəşfiyyat xidmətinə 900 min sterlinqə (təxminən 1.2 milyon AZN) satdıqdan qısa bir müddət sonra həbs edilib.
06-09-2010
FaktXeber.com-un verdiyi məlumata görə, MI6-da şifrəsındırıcı kompüter mütəxəssisi olaraq xidmət edən əslən hollandiyalı İngiltərə vətəndaşı Dainel Houghton, MI6 agentlərinin şəxsi və xidmət yerləriylə əlaqədar əldə etdiyi gizli məlumatları Hollandiya kəşfiyyat xidmətinə satıb.
Hollandiya gizli xidməti agentləriylə Londonda bir oteldə görüşən Houghton, 900 min sterlinqi çantasına qoyduqdan sonra sürətlə oteldən uzaqlaşmaq istəyib. Bu vaxt pusquda duran dedektivlər, pul dolu çantayla zəfər sərxoşluğuna tutulan gənci mindiyi liftdə tutaraq həbs ediliblər.